Yeni Azərbaycan Partiyası hər zaman gənclərə etimad göstərir
09.12.2009 [09:58]
Dünən Yeni Azərbaycan Partiyası qarşıdan gələn bələdiyyə seçkiləri ilə bağlı təbliğat kampaniyası çərçivəsində növbəti görüşünü Sumqayıt şəhərində keçirib. Şəhərin 10-cu mikrorayonunda reallaşan tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının sədri, partiyanın bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsi Asif İmaməliyev bələdiyyələrin fəaliyyəti ilə bağlı məlumat verib. Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatında yerləşən seçki qərargahının fəaliyyətindən danışan A.İmaməliyev təbliğat kampaniyasının da uğurla davam etdirildiyini dilə gətirib: “Bələdiyyələrin insanların həyatındakı yeri və rolu da artmaqdadır. Sumqayıtda 3 bələdiyyə üzrə 47 yerə Yeni Azərbaycan Partiyası tərəfindən namizədlər irəli sürülüb. İrəli sürülən namizədlər arasında qadınların və gənclərin sayı 30 faizdən yuxarıdır. Yeni Azərbaycan Partiyası hər zaman gənclərin fəallığının artmasında maraqlıdır. Sumqayıt bələdiyyəsi üzvlüyünə irəli sürülən gənclər şəhərimizdə kifayət qədər fəal və tanınmış gənclərdir. İnanırıq ki, dekabrın 23-də Sumqayıt seçiciləri ümummilli lider Heydər Əliyev siyasi kursuna, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına və dövlət başçımızın Sədri olduğu Yeni Azərbaycan Partiyasına olan inamını və sevgisini növbəti dəfə nümayiş etdirəcəklər. Mən şəhər sakinlərini Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıram”.
çıxış edən Sumqayıt şəhər bələdiyyəsi üzvlüyünə namizəd Əbülfəz Babayev Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkilərinə 15 mindən artıq namizədlə qatıldığını bildirib. Onun sözlərinə görə, bu, bir daha xalqla Yeni Azərbaycan Partiyasının vəhdət təşkil etdiyini göstərir: “Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kurs ölkə vətəndaşlarının rifahına, dövlətimizin inkişafına xidmət göstərir. Azərbaycan xalqı bütün seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədlərinə inandıqlarını, etimad göstərdiklərini verdikləri dəstəklə nümayiş etdirib. ölkəmizin son dövrlərindəki inkişafında ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rolu müstəsnadır. Sumqayıt şəhər bələdiyyəsi problemlərin həlli istiqamətində son beş ildə əsaslı addımlar atıb. Mikrorayonların abadlaşdırılmasında, o cümlədən, vətəndaşlara xidmət sahəsində əsaslı yeniliklər əldə olunub. İnanıram ki, Sumqayıt sakinləri şəhər bələdiyyəsinin gördüyü işlərdən razı qalıb və dekabrın 23-də Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən namizədlərə etimad göstərəcək”.
çıxış edən Sumqayıt şəhər bələdiyyəsinə Yeni Azərbaycan Partiyasının namizədi Məhəbbət Nağıyev də seçiciləri qarşıdan gələn bələdiyyə seçkisində aktiv olmağa çağırıb. Son illərdə Azərbaycanda aparılan inkişafa istiqamətlənən siyasətin uğurlarla yadda qaldığını deyən natiq bu uğurların davamlılığını təmin etmək üçün Yeni Azərbaycan Partiyasına etimad göstərməyin ilkin şərtlərdən olduğunu önə çəkib. Onun sözlərinə görə, son illərdə təhsil, səhiyyə, idman və başqa sahələrə ölkə Prezidenti tərəfindən göstərilən diqqət bu sahələrin paralel inkişafını təmin edib: “Azərbaycan artıq öz təhsil sisteminə görə Avropa ilə rəqabət aparmaq gücündədir. Bu gün Azərbaycanın ali təhsil müəssisələri ilə yanaşı, orta ümumtəhsil məktəblərində də yeni texnologiyalardan, informasiya-kommunikasiya sistemlərindən istifadə olunur. Gənclərimiz xarici ölkələrin ali məktəblərinə daxil olurlar, orada təhsillərini davam etdirirlər. Bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində baş verir. Mən bütün Sumqayıt seçicilərini dekabrın 23-də seçki məntəqələrinə gəlmələrini xahiş edirəm və bütün seçiciləri Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıram”.
çıxış edən gənc namizəd Məhəmməd Hacıyev təmsil etdiyi partiyanın hər zaman gənclərə etimad göstərdiyini önə çəkib. Onun sözlərinə görə, gənc namizədlər seçiləcəkləri təqdirdə həm partiyanın, həm də seçicilərin etimadını doğrultmağa çalışacaq: “Bizlər-Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkisində namizəd kimi iştirak edən üzvləri bu etimadı var gücümüzlə, görəcəyimiz işlərlə doğrultmağa çalışacağıq. Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməklə şəhər sakinləri görülən işlərin davamlılığına şərait yaratmış olacaqlar”.
Yeni Azərbaycan Partiyasının bələdiyyə üzvlüyünə namizədi Emil Abbasov bələdiyyələrin yaranma tarixi və statusundan bəhs edib. Bu sistemin nəzəri əsaslarının XIX əsrin birinci yarısında Qərbi Avropada işlənib hazırlandığını önə çəkən natiq bələdiyyələrin fəaliyyətinin özünüidarənin ictimai nəzəriyyəsi, yerli cəmiyyət və birliklərin öz səlahiyyətlərini yerinə yetirmək azadlığının tanınması prinsipinə əsaslandığını qeyd edib: “Azərbaycanda yerli özünüidarəetmə forması bələdiyyələr adlandırılır. 1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında hazırlanan və 1995-ci ildə qəbul olunan müstəqil Azərbaycanın ilk Konstitusiyasında keçmiş postsovet məkanı üçün tamamilə yeni olan hüquqi təsisat - yerli özünüidarə orqanları, qeyri-dövlət təşkilatı olan bələdiyyələr institutu təsis edilib. Bələdiyyələrin formalaşması və hüquqları Azərbaycan Respublikasının Konstitusiyasının 142-ci maddəsində müəyyən olunur. Göstərilir ki, yerli özünüidarəni həyata keçirən bələdiyyə seçkilər əsasında yaradılır. Bələdiyyələrə seçkilərin qaydaları və bələdiyyələrin statusu qanunla müəyyən edilir. Qarşıdan gələn bələdiyyə seçkisi Azərbaycanda keçirilən üçüncü bələdiyyə seçkisidir. Bu baxımdan artıq Azərbaycan bələdiyyələrinin inkişaf yolunda olduğunu qeyd etmək olar. Mən inanıram ki, Sumqayıt seçiciləri Azərbaycanda bələdiyyə sisteminin inkişafında müstəsna rola malik Yeni Azərbaycan Partiyasının namizədlərinə etimad göstərəcəklər”.
çıxış edən Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər bələdiyyəsi üzvlüyünə namizədi Ucal Qasımov Yeni Azərbaycan Partiyasının seçki proqramından bəhs edib: “Yeni Azərbaycan Partiyası hər zaman ölkədə keçirilən seçkilərdə yüksək səs çoxluğu ilə qələbə qazanıb. Bu, xalqımızın ümummilli lider Heydər Əliyev siyasi kursuna sevgisindən və Yeni Azərbaycan Partiyasının xalqın partiyası olmasından irəli gəlir. Mən Sumqayıt seçicilərini dekabrın 23-də Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıram”.
Tədbir iştirakçıları seçiciləri maraqlandıran sualları cavablandırıblar.
Xəbər lenti
Hamısına baxDünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
YAP xəbərləri
13 Yanvar 18:49
Gündəm
13 Yanvar 18:38
Gündəm
13 Yanvar 18:34
YAP xəbərləri
13 Yanvar 17:51
YAP xəbərləri
13 Yanvar 17:25
Gündəm
13 Yanvar 17:04
Sosial
13 Yanvar 16:56
Gündəm
13 Yanvar 16:49
Gündəm
13 Yanvar 16:37
YAP xəbərləri
13 Yanvar 16:34
Hadisə
13 Yanvar 15:55
Siyasət
13 Yanvar 15:53
YAP xəbərləri
13 Yanvar 15:46
Gündəm
13 Yanvar 15:34
Dünya
13 Yanvar 15:26
Dünya
13 Yanvar 15:26
İdman
13 Yanvar 15:22
Xəbər lenti
13 Yanvar 15:22
YAP xəbərləri
13 Yanvar 15:13
Dünya
13 Yanvar 14:41
Gündəm
13 Yanvar 14:37
Gündəm
13 Yanvar 14:31
Dünya
13 Yanvar 14:26
Sosial
13 Yanvar 14:18
İqtisadiyyat
13 Yanvar 13:53
Xəbər lenti
13 Yanvar 13:52
Dünya
13 Yanvar 13:41
Gündəm
13 Yanvar 13:35
YAP xəbərləri
13 Yanvar 13:32
Dünya
13 Yanvar 13:16
Dünya
13 Yanvar 12:50
Dünya
13 Yanvar 12:29
Hadisə
13 Yanvar 12:24
Dünya
13 Yanvar 12:19
Dünya
13 Yanvar 11:48
Sosial
13 Yanvar 11:28
YAP xəbərləri
13 Yanvar 11:16
Siyasət
13 Yanvar 11:12
İqtisadiyyat
13 Yanvar 11:11
İqtisadiyyat
13 Yanvar 11:10
Sosial
13 Yanvar 11:09
Sosial
13 Yanvar 10:54
İqtisadiyyat
13 Yanvar 10:35
Siyasət
13 Yanvar 10:31
Hadisə
13 Yanvar 10:26
Analitik
13 Yanvar 10:17
Analitik
13 Yanvar 09:59
Dünya
13 Yanvar 09:50
Dünya
13 Yanvar 09:45
Analitik
13 Yanvar 09:36
Hadisə
13 Yanvar 09:21
Analitik
13 Yanvar 09:11
Sosial
13 Yanvar 08:51
Sosial
13 Yanvar 08:38
Gündəm
13 Yanvar 08:14
Dünya
13 Yanvar 07:10
Dünya
13 Yanvar 07:10
Dünya
12 Yanvar 23:47
YAP xəbərləri
12 Yanvar 23:25
Elm
12 Yanvar 23:12
YAP xəbərləri
12 Yanvar 23:07
Hadisə
12 Yanvar 22:58
YAP xəbərləri
12 Yanvar 22:32
Sosial
12 Yanvar 22:17
Dünya
12 Yanvar 21:46
Dünya
12 Yanvar 21:20

