YAP Səbail rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib
13.04.2019 [10:00]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP İcra katibinin müavini Mübariz Qurbanlının, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Ülvi Quliyevin, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlunun, Səbail rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalovun, YAP Gənclər Birliyinin sədr müavini Samirə Quliyevanın, partiyanın və rayon təşkilatının gənclər birliklərinin üzvlərinin iştirak etdiyi konfransı giriş sözü ilə millət vəkili, YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev açaraq ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətindən, gənclər üçün yaradılan əlverişli şəraitdən danışıb.
Natiq bildirib ki, Azərbaycanda dövlət gənclər siyasətinin təşəkkülü və inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Azərbaycana rəhbərliyinin bütün dövrlərində gənclərə həmişə böyük qayğı göstərib, onların hərtərəfli inkişafına xüsusi diqqət yetirib. Bunun sayəsində hazırda gənclər dövlət orqanlarında, parlamentdə, iri biznes və maliyyə qurumlarında, bələdiyyələrdə geniş təmsil olunur, ölkəmiz üçün taleyüklü məsələlərin həllində fəal rol oynayır, təhsil, mədəniyyət, idman və digər sahələrdə parlaq nailiyyətləri ilə Azərbaycanı dünyada uğurla təbliğ edirlər.
Diqqətə çatdırılıb ki, Azərbaycanda həyata keçirilən gənclər siyasəti bir çox ölkələr üçün nümunədir. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf etdirilir, bu istiqamətdə ardıcıl tədbirlər görülür, əhəmiyyətli nəticələr əldə olunur. Sevindirici haldır ki, ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edən gənclər arasında Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri, o cümlədən YAP Səbail rayon təşkilatının gənc üzvləri də ilk sıralardadırlar.
Azərbaycanda həyata keçirilən uğurlu dövlət gənclər siyasətindən bəhs edən videoçarxın nümayişindən sonra YAP Səbail rayon təşkilatı Gənclər Birliyinin sədri Rəşad Fərəcov IV konfransdan ötən müddət ərzində görülən işlər barədə hesabat məruzəsi ilə çıxış edib.
YAP Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva, Birliyin ofisinin əlaqələndiricisi Elmar Məmmədov və “Qərbi Kaspi” Universitetinin tələbəsi Fuad Heydərli hesabat məruzəsi ətrafında çıxış edərək, görülmüş işləri qənaətbəxş qiymətləndiriblər.
Konfransda çıxış edən YAP İcra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı YAP Səbail rayon təşkilatı Gənclər Birliyinə uğurlar arzulayıb. Mübariz Qurbanlı bildirib ki, YAP bu gün nəinki Azərbaycanın, eləcə də Cənubi Qafqaz regionunun ən böyük siyasi təşkilatıdır. Bu isə özlüyündə həmin böyük qüvvənin gənclər qurumu olaraq YAP Gənclər Birliyinin, o cümlədən YAP Səbail rayon təşkilatı Gənclər Birliyinin üzvlərinin üzərinə əlavə məsuliyyət qoyur. Çünki Azərbaycanın hədəfləri böyükdür və həmin hədəflərə çatmaq naminə gənclərimiz bütün imkanlarını səfərbər etməlidirlər: “Partiyamızın sıralarında yüksək intellektli gənclər birləşiblər ki, onlar üzərlərinə düşən vəzifələri yerinə yetirməyə qadirdirlər. Az öncə biz burada tarixi bir videofilm izlədik. Bir anlıq keçmişə ekskursiya etmiş olduq. Orada gördüyünüz kimi, Ulu Öndər Öz kabinetində gənclərlə görüş keçirmişdi. Hər bir gənc üçün örnək ola biləcək tövsiyələrini vermişdi. Həmin gənclər sırasında yer alanlar bu gün cəmiyyətdə artıq yer tutmuş və Azərbaycanın nümunəvi vətəndaşlarıdırlar. Onlar bu gün Milli Məclisdə, dövlət orqanlarında, icra strukturlarında çalışırlar”.
YAP İcra katibinin müavini deyib ki, partiyamız davamlı şəkildə böyük uğurlara imza atmaqla cəmiyyətdə nüfuzunu, siyasi çəkisini daha da artırıb: “YAP yarandığı gündən siyasi mübarizələrlə zəngin yol keçib. Artıq bu gün partiyamız növbəti zəfərlərə doğru inamla irəliləyir. Yeni Azərbaycan Partiyası Azərbaycan siyasi palitrasında milli siyasi iradəni təmsil edən avanqard siyasi qüvvədir”.
YAP İcra katibinin müavini bildirib ki, gələcəyin sahibləri olan gənclərimiz üçün dövlətimiz bütün imkanları yaradıb: “Ona görə də gənclərimiz yüksək biliklərə yiyələnib Azərbaycanın daha da inkişafı üçün səylər göstərməli, ölkəmizin beynəlxalq miqyasda nüfuzunun daha da artmasına töhfələr verməlidirlər. Sevindirici haldır ki, ölkə gəncliyi birmənalı olaraq Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyir”.
Çıxış edən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu Azərbaycan dövlətinin gənclərə göstərdiyi yüksək diqqət və qayğıdan, Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu dövlət gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsi nəticəsində gənclərimizin qazandıqları nailiyyətlərdən danışıb.
Millət vəkili qeyd edib ki, ölkəmizdə gənclərə göstərilən hərtərəfli qayğı onların siyasi mövqelərinin düzgün formalaşmasında mühüm rol oynayır: “Yeni Azərbaycan Partiyası hər bir gəncin ictimai-siyasi fəaliyyəti üçün çox böyük motivasiyadır”.
Partiyamızın gənclərə öz potensiallarını nümayiş etdirmək üçün hər cür şərait yaratdığını vurğulayan millət vəkili “İnanıram ki, gələcəyin nazirləri də, millət vəkilləri də, icra başçıları da siz olacaqsınız. Əminəm ki, gənclərimiz bu sözləri mayak tutaraq daim irəliyə doğru gedəcəklər”, - deyə əlavə edib.
Konfransda çıxış edən Səbail rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov rayon gənclərinin bütün təşəbbüslərinin daim dəstəkləndiyini diqqətə çatdırıb. İcra Hakimiyyətinin başçısı digər gənclər kimi, YAP Səbail rayon təşkilatının Gənclər Birliyinin üzvlərinin də ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak etmələrindən məmnunluğunu bildirib, birliyin fəaliyyətini yüksək qiymətləndirib.
Milli Məclisin Gənclər və idman komitəsinin sədri Ülvi Quliyev də tədbirdə çıxış edərək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Hazırda dünyada mürəkkəb proseslərin baş verdiyini deyən Ülvi Quliyev gənclərə təşəbbüskar olmağı tövsiyə edib. O, Prezident İlham Əliyevin ölkə gəncliyinin inkişafını daim diqqət mərkəzində saxladığını bildirib.
Daha sonra təşkilati məsələlərə baxılıb. YAP Səbail rayon təşkilatı Gənclər Birliyi Şurasının, İdarə Heyətinin tərkibi müəyyənləşib. Belə ki, Şuraya 43, İdarə Heyətinə isə 25 nəfər seçilib. Səsvermə nəticəsində Ayxan Həsənov YAP Səbail rayon təşkilatı Gənclər Birliyinin sədri seçilib.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxGündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51

