YAP Gədəbəy rayon təşkilatı seçkilərə hazırdır
03.11.2009 [09:07]
Yeni Azərbaycan Partiyası (YAP) Gədəbəy rayon təşkilatı qərargahının növbəti iclası keçirilib. İclasda çıxış edən rayon təşkilatının sədri Ramazan Muradov təşkilat tərəfindən bələdiyyə üzvlüyünə namizədlərin irəli sürüldüyünü və imzatoplama kampaniyasının başa çatdığını bildirib. R.Muradovun sözlərinə görə, Yeni Azərbaycan Partiyasının təşəbbüsünə qoşulan partiyanın Gədəbəy rayon təşkilatı bələdiyyələrdə qadınların və gənclərin xüsusi çəkisinin artması istiqamətində uğurlu təşviqat işləri aparıb. Məhz bunun nəticəsində, təşkilat tərəfindən irəli sürülmüş 285 namizədin 31 faizini gənclər, 44 faizini isə qadınlar təşkil edib.
“2008-ci və 2009-cu illər hər bir Azərbaycan vətəndaşı, o cümlədən, YAP üzvləri üçün uğurlu olub. Bu uğurlar hələ də davam etməkdədir”, - deyən Ramazan Muradov əlavə edib ki, 2008- ci ilin 15 oktyabrında Azərbaycan xalqı yenidən Ulu öndər Heydər Əliyevin siyasi kursunun davamçısı cənab İlham Əliyevə səs verməklə uğurlu gələcəyə, inkişafa, tərəqqiyə səs verib. Eyni zamanda, bu il martın 18-də keçirilən ümumxalq səsverməsində də YAP Gədəbəy rayon təşkilatının üzvləri fəallıqları ilə seçiliblər: “Əvvəlki seçkilərdə olduğu kimi, bu seçkidə də YAP-ın üzvləri öz səylərini əsirgəməyəcəklər. çünki bələdiyyə seçkiləri digər siyasi kampaniyalardan daha fərqlidir. Burada əsas amil insanlarla münasibətdə olan şəxslərin nüfuzu, şəxsi keyfiyyətidir. Bələdiyyələrə seçilmiş şəxslər yerli əhali ilə sıx münasibətlər qurmalı, problemlərin aradan qaldırılmasında böyük rol oynamalıdırlar”.
Rayon təşkilatının sədri bildirib ki, hər bir siyasi kampaniyada olduğu kimi, bələdiyyə seçkilərində də Gədəbəy rayonu yüksək nəticə göstərəcək: “Bu seçkidə də Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədlərin qələbə qazanacağına inanırıq”.
YAP Gədəbəy rayon təşkilatı Gənclər Birliyinin sədri, qərargah üzvü Elşad Bayramov qeyd edib ki, ötən sekilərdə olduğu kimi, budəfəki siyasi kampaniya zamanı da gənclər yüksək fəallıq nümayiş etdirəcəklər: “Gənclər cəmiyyətimizin ən aktiv üzvləridir. Bu baxımdan da, çalışacağıq ki, qarşımızda duran vəzifələrin öhdəsindən layiqincə gələk”.
YAP Gədəbəy rayon təşkilatı Qadınlar Şurasının sədri, qərargah üzvü Nəzakət Hüseynova deyib ki, qadınlar cəmiyyətin aparıcı üzvləri kimi, siyasi proseslərdə də aktiv iştirak edirlər: “Əvvəlki siyasi kampaniyalarda YAP Gədəbəy rayon təşkilatının Qadınlar Şurası yüksək fəallıq nümayiş etdirib. çalışacağıq ki, budəfəki siyasi kampaniyada qadınların seçkilərdə iştirak payı yüksək olsun”.
Xəbər lenti
Hamısına baxDünya
17 Sentyabr 20:17
Dünya
17 Sentyabr 19:59
Xəbər lenti
17 Sentyabr 19:21
Xəbər lenti
17 Sentyabr 18:26
YAP xəbərləri
17 Sentyabr 17:59
Siyasət
17 Sentyabr 17:24
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Gündəm
17 Sentyabr 17:16
Gündəm
17 Sentyabr 17:04
Gündəm
17 Sentyabr 17:01
YAP xəbərləri
17 Sentyabr 16:49
YAP xəbərləri
17 Sentyabr 16:47
Analitik
17 Sentyabr 16:45
YAP xəbərləri
17 Sentyabr 16:42
YAP xəbərləri
17 Sentyabr 16:39
Gündəm
17 Sentyabr 16:11
Gündəm
17 Sentyabr 15:52
YAP xəbərləri
17 Sentyabr 15:47
Hadisə
17 Sentyabr 15:27
Xəbər lenti
17 Sentyabr 15:10
Siyasət
17 Sentyabr 15:06
Sosial
17 Sentyabr 15:01
Siyasət
17 Sentyabr 14:57
Siyasət
17 Sentyabr 14:55
Siyasət
17 Sentyabr 14:13
İdman
17 Sentyabr 13:59
Gündəm
17 Sentyabr 12:57
Xəbər lenti
17 Sentyabr 12:55
Xəbər lenti
17 Sentyabr 12:53
Sosial
17 Sentyabr 12:22
Sosial
17 Sentyabr 12:21
İqtisadiyyat
17 Sentyabr 12:20
Sosial
17 Sentyabr 12:19
Siyasət
17 Sentyabr 11:08
Gündəm
17 Sentyabr 11:02
Siyasət
17 Sentyabr 10:15
İqtisadiyyat
17 Sentyabr 09:58
Analitik
17 Sentyabr 09:25
Analitik
17 Sentyabr 08:50
MEDİA
17 Sentyabr 08:36
İqtisadiyyat
16 Sentyabr 23:31
Dünya
16 Sentyabr 23:19
Dünya
16 Sentyabr 22:56
YAP xəbərləri
16 Sentyabr 22:26
İdman
16 Sentyabr 22:20
YAP xəbərləri
16 Sentyabr 22:14
Elanlar
16 Sentyabr 22:10
İqtisadiyyat
16 Sentyabr 21:43
Dünya
16 Sentyabr 21:18
Dünya
16 Sentyabr 20:49
Dünya
16 Sentyabr 20:25
Dünya
16 Sentyabr 19:52
Dünya
16 Sentyabr 19:17
YAP xəbərləri
16 Sentyabr 19:03
YAP xəbərləri
16 Sentyabr 18:48
Dünya
16 Sentyabr 18:29
YAP xəbərləri
16 Sentyabr 18:03
YAP xəbərləri
16 Sentyabr 18:01
YAP xəbərləri
16 Sentyabr 17:57
YAP xəbərləri
16 Sentyabr 17:53
Dünya
16 Sentyabr 17:35
Analitik
16 Sentyabr 17:08
Dünya
16 Sentyabr 16:22
Sosial
16 Sentyabr 16:21
Hərbi
16 Sentyabr 16:18
Dünya
16 Sentyabr 15:51
Sosial
16 Sentyabr 15:51
Dünya
16 Sentyabr 15:18

