/ / YAP İcra katibinin müavini Siyavuş Novruzov Monteneqro Sosialistlərinin Demokratik Partiyasının nümayəndə heyəti ilə görüşüb
YAP İcra katibinin müavini Siyavuş Novruzov Monteneqro Sosialistlərinin Demokratik Partiyasının nümayəndə heyəti ilə görüşüb
15.09.2018 [10:23]
Sentyabrın 14-də Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov ölkəmizdə səfərdə olan Monteneqro Sosialistlərinin Demokratik Partiyasının nümayəndə heyəti ilə görüşüb.
Qonaqları salamlayan Siyavuş Novruzov bu səfərin partiyalar arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyini bildirib. Siyavuş Novruzov deyib ki, YAP-la Monteneqro Sosialistlərinin Demokratik Partiyasının geniş əlaqələri mövcüddur. Partiyalar arasında əməkdaşlıq haqqında sənədin də imzalandığını, qarşılıqlı səfərlərin baş tutduğunu xatırladan S.Novruzov bütün bunların əlaqələrin inkişafına xidmət etdiyini diqqətə çatdırıb. Siyavuş Novruzov tərəflərin həmçinin beynəlxalq təşkilatlar, o cümlədən NATO Parlament Assambleyası çərçivəsində də fəal əməkdaşlıq etdiyini söyləyib.
Azərbaycanla Monteneqro arasında münasibətlərin yüksək səviyyədə olduğunu deyən YAP İcra katibinin müavini hər iki ölkənin prezidentlərinin qarşılıqlı səfərlərinin, eləcə də dövlətlər arasında imzalanmış sənədlərin münasibətlərin genişlənməsində mühüm rol oynadığını vurğulayıb. Siyavuş Novruzov bildirib ki, iki ölkə arasında siyasi, iqtisadi, mədəni, o cümlədən turizm sahəsində əlaqələr yüksələn xətlə inkişaf edir. Onun sözlərinə görə, dövlətlər və partiyalar arasında münasibətlər bütövlükdə xalqlarımız arasında əlaqlərin inkişafına xidmət edir.
Monteneqro Sosialistlərinin Demokratik Partiyasının Siyasi məsələlər üzrə direktoru Tarzan Miloşeviç Azərbaycana səfər etmələrindən məmnunluğunu bildirib. Azərbaycanla Monteneqro arasında münasibətlərin çox yüksək səviyyədə olduğunu deyən Tarzan Miloşeviç bu münasibətlərin inkişafında dövlət başçılarının rolunu xüsusi vurğulayıb.
Münasibətlərin bir çox sahələri əhatə etdiyini deyən qonaq Azərbaycanın Monteneqroya böyük sərmayə yatırdığını xüsusi vurğulayıb. Azərbaycan dövləti tərəfindən Monteneqroda ən müasir standartlara cavab verən uşaq baxçasının tikilib istifadəyə verildiyini qeyd edən Tarzan Miloşeviç bildirib ki, bu hadisə ölkəsində minnətdarlıqla qarşılanır. O, bütün sahələrdə olduğu kimi partiyalar arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə edib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb.
Görüşdə YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva da iştirak edib.
Xəbər lenti
Hamısına baxHadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18

