Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Qaradağ rayon təşkilatının seçki qərargahının iclası keçirilib

YAP Qaradağ rayon təşkilatının seçki qərargahının iclası keçirilib

07.04.2018 [10:01]

Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının seçki qərargahının iclası keçirilib. İclasda çıxış edən seçki qərargahının və YAP Qaradağ rayon təşkilatının sədri, Milli Məclisin deputatı Aydın Hüseynov prezident seçkiləri prosesinin gedişi, kampaniya çərçivəsində indiyə qədər görülmüş işlər barədə məlumat verib. Aydın Hüseynov YAP Qaradağ rayon təşkilatının seçki qərargahının işini YAP İcra Katibliyinin müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq qurduğunu xatırladıb. Artıq təbliğat-təşviqat kampaniyasının son günlərinə daxil olduğumuzu deyən A.Hüseynov bildirib ki, kampaniya çərçivəsində keçirilən görüşlər və cəmiyyətimizin ümumi əhval-ruhiyyəsi bir daha təsdiq edir ki, YAP-ın namizədinə xalqımız böyük etimad və sevgi bəsləyir. Azərbaycan xalqının alternativsiz lideri olan cənab İlham Əliyevin 15 illik prezidentliyi dövründə qazanılmış əzəmətli nailiyyətlər seçicilər tərəfindən yüksək qiymətləndirilir: “Bu gün hər bir Azərbaycan seçicisi məmnunluq hissi ilə dərk edir ki, Azərbaycanın əzəmətli inkişafı birbaşa Prezident, YAP Sədri İlham Əliyevin adı və həyata keçirdiyi siyasətlə bağlıdır. Möhtərəm Prezidentimiz İlham Əliyev ötən müddət ərzində Öz fəaliyyəti ilə hər bir azərbaycanlının Prezidenti olduğunu təsdiq edib. Cənab İlham Əliyevin rəhbərliyi ilə 2003-cü ildən bu günə qədər keçilən yol inkişaf və sabitliklə xarakterizə olunur və dövlətçilik tariximizə parlaq hərflərlə yazılıb”.
İclasda həmçinin qarşıdakı dövrdə nəzərdə tutulan məsələlər geniş müzakirə olunub, müvafiq tapşırıq və tövsiyələr verilib.

Paylaş:
Baxılıb: 888 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30