Sumqayıt şəhərində laçınlı seçicilərlə növbəti görüş keçirilib
29.03.2018 [10:28]
Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatı partiyamızın prezidentliyə namizədi cənab İlham Əliyevin uğurla aparılan təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüşü Sumqayıt şəhərində məskunlaşmış laçınlı seçicilərlə keçirib.
Görüşü giriş sözü ilə açan YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov aprelin 11-də keçiriləcək prezident seçkiləri barədə ətraflı məlumat verib. O, əminliyini ifadə edərək bildirib ki, laçınlı seçicilər əvvəlki seçkilərdə olduğu kimi aprelin 11-də də cənab İlham Əliyevə səs verəcəklər. “Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində qaçqın və məcburi köçkünlərin sosial vəziyyəti, yaşayış şəraiti getdikcə yaxşılaşr. İndiyədək reallaşdırılan müvafiq Dövlət proqramlarına uyğun olaraq respublikanın müxtəlif regionlarında qaçqın və məcburi köçkünlər üçün 100-dək müasir yaşayış kompleksi inşa olunub. 2018-ci ildə daha 20 min məcburi köçkünün mənzil-məişət şəraitinin yaxşılaşdırılması nəzərdə tutulub. Cənab İlham Əliyevin gördüyü işlər qələbələr partiyası olan YAP-ın cəmiyyətdə nüfuzunu daha da artırıb”, - deyə İ.İlyasov bildirib.
Tədbirdə çıxış edən millət vəkili Mahir Abbaszadə bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz qüdrətlənir, xalqımız əmin-amanlıq içərisində yaşayır. Milli Məclisin deputatı bildirib ki, prezidentliyə namizəd cənab İlham Əliyevin seçki proqramının əsas məğzi ölkəmizi bundan sonra da iqtisadi cəhətdən inkişaf etdirməkdən, xalqın maddi rifah halını daha da yüksəltməkdən, respublikamızı beynəlxalq aləmdə tanıtmaqdan ibarətdir.
Görüşdə çıxış edən rayon ağsaqqalları və ziyalıları Şikar Qasımov, Səlim Səlimbəyli, Solmaz Məhərrəmova, Tapdıq Abbasov, Murad Eyvazov, Şahin Məmmədov, Mikayıl Zeynalov və başqaları yekdilliklə vurğulayıblar ki, laçınlılar aprelin 11-də keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevə səs verəcəklər.
Xəbər lenti
Hamısına baxHadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18

