Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Qaradağ rayon təşkilatında məşvərətçi səs hüquqlu üzvlər və müşahidəçilər üçün treninq keçirilib

YAP Qaradağ rayon təşkilatında məşvərətçi səs hüquqlu üzvlər və müşahidəçilər üçün treninq keçirilib

17.03.2018 [09:18]

Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatında aprelin 11-də keçiriləcək prezident seçkilərində müvafiq seçki komissiyalarının məşvərətçi səs hüquqlu üzvləri və müşahidəçilər üçün treninq keçirilib. Tədbirdə seçki hərəkətləri, məşvərətçi səs hüquqlu üzvlərin və müşahidəçilərin hüquq və vəzifələri, digər prosedurlar barədə geniş məlumat verilib. Həmçinin məşğələlərdə müxtəlif mövzular ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb. Treninqdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri, Milli Məclisin deputatı Aydın Hüseynov deyib ki, aprelin 11-də keçiriləcək prezident seçkilərinə hazırlıq işləri uğurla aparılır. Məntəqələrdə seçkilərin şəffaf və demokratik keçirilməsi, komissiya üzvlərinin normal fəaliyyəti üçün lazımi şərait yaradılıb. Onun sözlərinə görə, seçki komissiyaları lazımi texniki avadanlıqla və məlumat kitabçaları ilə tam təchiz edilib. A.Hüseynov bildirib ki, ölkəmizdəki ictimai-siyasi sabitlik, müvafiq seçki komissiyalarının yüksək hazırlığı və ölkənin seçki qanunvericiliyi prosesin tam şəffaf, ədalətli və demokratik prinsiplərə uyğun keçiriləcəyini söyləməyə əsas verir. Millət vəkili əlavə edib ki, Azərbaycan dövləti seçkilərin demokratik təşkili sahəsində zəngin təcrübəyə və güclü iradəyə malikdir: “Bütün bunlar isə nəticə etibarilə prezident seçkilərinin yüksək səviyyədə həyata keçiriləcəyini söyləməyə ciddi əsaslar yaradır”.

Paylaş:
Baxılıb: 857 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30