/ / “YAP və müasir Azərbaycan gəncliyi: nailiyyətlər və perspektivlər” mövzusunda “dəyirmi masa” keçirilib
“YAP və müasir Azərbaycan gəncliyi: nailiyyətlər və perspektivlər” mövzusunda “dəyirmi masa” keçirilib
07.11.2017 [10:09]
Noyabrın 6-da Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının qərargahında “YAP və müasir Azərbaycan gəncliyi: nailiyyətlər və perspektivlər” mövzusunda “dəyirmi masa” keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev çıxış edərək partiyanın yaranmasından ötən 25 ildə əldə olunan uğurlardan və ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətindən danışıb. Bildirilib ki, partiyanın yaradıcısı, Ümummilli lider Heydər Əliyev Azərbaycan gəncliyinə daim böyük diqqət yetirib. Dahi rəhbərin zəngin dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tutub. Ulu öndər hakimiyyətdə olduğu hər iki dövrdə Azərbaycan gənclərinin müasir tələblərə cavab verən, inkişaf etmiş, yüksək intellektli qüvvə kimi formalaşması üçün çalışıb. Məhz Ulu öndər Heydər Əliyevin Fərmanı ilə 1994-cü ildə Gənclər və İdman Nazirliyi yaradılıb. 1996-cı il fevralın 2-də müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilib. 1997-ci il fevralın 1-də forumun ildönümü münasibətilə gənclərin bir qrupunu qəbul edən Ümummilli lider Heydər Əliyev “2 fevral - Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında” Sərəncam imzalayıb. Bundan sonra MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq, məhz Azərbaycanda Gənclər Günü dövlət səviyyəsində qeyd olunmağa başlanıb.
Diqqətə çatdırılıb ki, Ümummilli lider Heydər Əliyev yalnız dövlətçiliyimizin, müstəqilliyimizin qurucusu deyil, eyni zamanda, gənclər sahəsində dövlət siyasətinin yeni forma və çalarlarla zənginləşməsinin, milli mənəvi əsaslara söykənən gənclər siyasətinin qurucusudur. Bu gün ölkəmizin sürətli iqtisadi inkişaf yoluna qədəm qoyması məhz Ulu öndərin düşünülmüş siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilməsinin nəticəsidir. Dövlətimizin başçısının uzaqgörənliklə reallaşdırdığı bu siyasətin həyata keçirilməsində gənclərin də üzərinə mühüm vəzifələr düşür.
Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində regionun lider dövlətinə çevrilən Azərbaycanın qazandığı uğurlardan, ölkəmizin təşəbbüsü ilə həyata keçirilən layihələrdən danışan Ş.Hacıyev bildirib: “1994-cü il sentyabrın 20-də Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın yeni neft strategiyasının başlanğıcı sayılırsa, bu il sentyabrın 14-də Bakıda imzalanan “Azəri-Çıraq-Günəşli” yataqlarının birgə işlənməsinə dair saziş bu strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini göstərir. Yeni sazişlə “Azəri-Çıraq-Günəşli”dən 2050-ci ilədək çıxarılacaq neftdən gələn gəlirlər ölkəmizin sosial-iqtisadi inkişafını daha da sürətləndirəcək. Bundan başqa, bu il oktyabrın 30-da açılışı olan və dəmir İpək Yolu adlandırılan Bakı-Tbilisi-Qars dəmir yolu da Azərbaycanın inkişafına öz töhfəsini verəcək. Bu dəmir yolu təkcə iqtisadi deyil, həm də geostrateji əhəmiyyət daşıyır. Bütün bu irimiqyaslı layihələr məhz Azərbaycan dövlətinin və xalqının, o cümlədən gənclərimizin işıqlı sabahına hesablanıb”.
YAP Səbail rayon təşkilatı Gənclər Birliyinin sədri Rəşad Fərəcov bildirib ki, sabitlik diyarı kimi tanınan Azərbaycan uğurları ilə beynəlxalq aləmin diqqətini cəlb edir. Bu uğurlar gənclərimizdə böyük qürur hissi yaradır, onların daha səylə çalışmalarına stimul verir. Azərbaycan gəncləri Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində ölkəmizin dinamik inkişafının davamlılığını təmin etmək üçün üzərlərinə düşən vəzifələri yüksək səviyyədə yerinə yetirməyə çalışırlar.
Digər çıxışlarda da əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilməsi sayəsində əldə olunan nailiyyətlərdən danışılıb. Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan siyasət Azərbaycanı daha da qüdrətləndirmək, gücləndirmək, müasirləşdirmək məqsədinə xidmət edir. Bu istiqamətdə həyata keçirilən uğurlu dövlət siyasəti və əldə olunan nailiyyətlər Azərbaycan gəncliyini daha səylə çalışmağa ruhlandırır.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 Aprel 18:30
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40

