FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
06.09.2026 [10:47]
Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.
Nazirlikdən APA-ya verilən xəbərə görə, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ölkə ərazisində qeyri-sabit və yağıntılı hava şəraitinin müşahidə olunacağı, yağıntıların bəzi yerlərdə intensiv xarakter alacağı, bir sıra dağ çaylarından qısamüddətli sel keçəcəyi, güclü külək əsəcəyi və şimşək çaxacağı proqnozlaşdırılır.
Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladır:
“İntensiv yağıntılarla əlaqədar bəzi çaylarda mümkün sel və daşqından, habelə subasmadan qorunmaq üçün təhlükəli ərazilərdən uzaq durmaq, belə təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq, xilasedicilərin çağırış və tövsiyələrinə sözsüz əməl etmək lazımdır.
Bundan əlavə, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Eləcə də kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar.
Həmçinin, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün ildırım çaxarkən elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil telefon, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir.
Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!”.
Xəbər lenti
Hamısına baxSosial
07 Sentyabr 15:52
İqtisadiyyat
07 Sentyabr 15:52
Elanlar
07 Sentyabr 15:21
Dünya
07 Sentyabr 15:17
İqtisadiyyat
07 Sentyabr 14:58
İqtisadiyyat
07 Sentyabr 14:57
Dünya
07 Sentyabr 14:26
Sosial
07 Sentyabr 14:10
Sosial
07 Sentyabr 14:10
Siyasət
07 Sentyabr 14:09
YAP xəbərləri
07 Sentyabr 13:53
Gündəm
07 Sentyabr 13:28
Dünya
07 Sentyabr 13:19
Dünya
07 Sentyabr 12:35
Siyasət
07 Sentyabr 12:22
Sosial
07 Sentyabr 12:19
Dünya
07 Sentyabr 11:41
Dünya
07 Sentyabr 11:13
Dünya
07 Sentyabr 10:58
İqtisadiyyat
07 Sentyabr 10:57
Sosial
07 Sentyabr 10:56
Sosial
07 Sentyabr 10:55
YAP xəbərləri
07 Sentyabr 10:29
Dünya
07 Sentyabr 10:24
Gündəm
07 Sentyabr 10:20
Dünya
07 Sentyabr 09:42
Dünya
07 Sentyabr 09:15
Dünya
07 Sentyabr 08:50
Dünya
07 Sentyabr 08:37
Dünya
06 Sentyabr 23:19
İdman
06 Sentyabr 22:40
Dünya
06 Sentyabr 21:54
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Siyasət
06 Sentyabr 18:45
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Dünya
06 Sentyabr 15:59
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Siyasət
06 Sentyabr 11:46
Dünya
06 Sentyabr 11:43
Siyasət
06 Sentyabr 11:36
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Sosial
06 Sentyabr 10:47
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33

