YAP Səbail rayon təşkilatı İdarə Heyətinin iclası keçirilib
28.09.2017 [10:18]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının İdarə Heyətinin iclası keçirilib. Əvvəlcə cari ilin sentyabr ayında Azərbaycanın ictimai-siyasi həyatında baş verən mühüm hadisələr haqqında ətraflı bəhs edən rayon təşkilatının sədri, millət vəkili Şəmsəddin Hacıyev 14 sentyabr tarixində Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanmasını Azərbaycanın müasir tarixində müstəsna əhəmiyyət kəsb edən hadisə kimi qiymətləndirib.
Çıxışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 72-ci sessiyasının açılışındakı nitqində səsləndirdiyi fikirlərin əhəmiyyətindən də danışan rayon təşkilatının sədri dövlətimizin başçısının proqram xarakterli nitqinin hər bir azərbaycanlı kimi, partiyanın üzvləri qarşısında da yeni vəzifələr müəyyənləşdirdiyini vurğulayıb.
Sonra gündəlikdəki məsələlər müzakirə olunub. Gələn ay YAP-ın təsis olunmasının 25 illiyinin geniş qeyd ediləcəyini vurğulayan Ş.Hacıyev bu münasibətlə nəzərdə tutulan tədbirlərdən danışıb. O deyib ki, YAP-ın 25 illik yubileyinin təntənəli qeyd olunması məqsədilə rayon təşkilatı tərəfindən cari ilin oktyabr-noyabr aylarını əhatə edən genişspektrli tədbirlər planı hazırlanıb. Sədr diqqətə çatdırıb ki, partiya fəallarının, gənclərin və qadınların yaxından iştirak edəcəyi tədbirlər planı çərçivəsində YAP-ın qızıl fondu - “91-lər”lə görüş, Səbail rayon İcra Hakimiyyəti ilə birgə ağacəkmə aksiyası, “Səs” qəzeti ilə birlikdə “dəyirmi masa”, Cocuq Mərcanlıda tədbir, elmi konfranslar və “dəyirmi masa”lar, Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə birgə təntənəli tədbir, rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə bayram konserti və digər bu səpkili görüş və tədbirlərin təşkili nəzərdə tutulur.
Daha sonra rayon təşkilatının ərazi ilk partiya təşkilatlarında görülmüş işlər haqqında məlumatlar dinlənilib. “Azərbaycan Tarixçiləri” (Milli Azərbaycan Tarix Muzeyi) ərazi ilk partiya təşkilatının sədri Pərvanə Əzimova, “Ziyalılar evi” ərazi ilk partiya təşkilatının sədri, rayon təşkilatı sədrinin müavini Arzuman Muradlı, “Muzeyşünaslıq” (Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi) ərazi ilk partiya təşkilatının sədri Xatirə Bəşirli və “Kosmos mütəxəssisləri” (“Azərkosmos” ASC) ərazi ilk partiya təşkilatının sədri Anar Həsənov görülən işlər haqqında çıxış ediblər.
İclasda həmçinin cari məsələlər müzakirə olunub.
Xəbər lenti
Hamısına baxDünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43

