/ / Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Avrasiya Departamentinin direktor müavini Van Minlə görüşüb
Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Avrasiya Departamentinin direktor müavini Van Minlə görüşüb
31.03.2016 [11:23]
Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndə heyəti Çin Kommunist Partiyasının dəvəti ilə bu ölkədə səfərdədir.
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadənin rəhbərlik etdiyi nümayəndə heyəti səfər çərçivəsində dünən Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Avrasiya Departamentinin direktor müavini Van Minlə görüşüb.
Görüşdə Azərbaycan ilə Çin, eləcə də YAP ilə Çin Kommunist Partiyası arasında qarşılıqlı əlaqələrin, dostluq və əməkdaşlıq münasibətlərinin mövcud durumu və gələcək inkişaf perspektivləri müzakirə olunub, partiyalar arasında əməkdaşlığın inkişaf səviyyəsindən məmnunluq ifadə olunub. YAP nümayəndə heyətinin rəhbəri Arif Rəhimzadə qeyd edib ki, hazırda Çin-Azərbaycan əlaqələri ən yüksək səviyyədə inkişaf etməkdədir və ölkələrimiz arasındakı qarşılıqlı siyasi anlaşma getdikcə daha da dərinləşir. Arif Rəhimzadə xüsusilə vurğulayıb ki, Çin-Azərbaycan münasibətlərinin təməli partiyamızın qurucusu, Ümummilli lider Heydər Əliyevin 1994-cü ildə bu ölkəyə səfəri ilə qoyulub. Bu tarixi səfərdən ötən müddət ərzində ölkələrimiz, eyni zamanda, YAP ilə Çin Kommunist Partiyası arasında münasibətlərin inkişafında müsbət tendensiya müşahidə olunub.
Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Avrasiya Departamentinin direktor müavini Van Min hələ 1999-cu ildə Yeni Azərbaycan Partiyasının ilk qurultayında iştirak etmək üçün ölkəmizə səfər etdiyini xatırladaraq o vaxtdan bəri həm ölkəmizin dinamik inkişafını, həm də YAP-ın Azərbaycanın ictimai-siyasi həyatında mövqeyinin və rolunun artmasını yüksək qiymətləndirib. Onun sözlərinə görə, iki partiya arasında əməkdaşlığın inkişaf etdirilməsi, eyni zamanda, iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsinə öz töhfəsini verir. Van Min ümid etdiyini bildirib ki, bu cür qarşılıqlı səfərlər davam edəcək və partiyalar arasında əlaqələrin daha da inkişaf etdirilməsinə imkan yaradacaq.
Görüşün sonunda aparılan müzakirələrdən məmnunluq ifadə olunub, bu tipli səfərlərin gələcəkdə də davam etdirilməsinin vacibliyi vurğulanıb.
Aprelin 6-dək davam edəcək səfər çərçivəsində nümayəndə heyəti paytaxt Pekindən sonra Şanxay və Çendu şəhərlərində yerli hakimiyyət orqanlarının rəhbərləri ilə görüşlər keçirəcək, sənaye obyektlərinin fəaliyyəti ilə tanış olacaq.
Xəbər lenti
Hamısına baxDünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45

