Nəriman Əliyev Masallıda seçicilərlə növbəti görüşünü keçirib
23.10.2015 [11:20]
Noyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək seçkilərdə Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən deputatlığa namizədlikləri irəli sürülən şəxslərin təbliğat-təşviqat kampaniyası çərçivəsində görüşləri uğurla davam etdirilir. Dünən belə görüşlərdən biri də YAP tərəfindən 70 saylı Masallı şəhər Seçki Dairəsindən deputatlığa namizədliyi irəli sürülən Əliyev Nəriman Əlibala oğlu ilə rayonun Həsənli kəndinin seçiciləri arasında olub.
Görüşü giriş sözü ilə açan YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə çoxsaylı uğurların əldə olunduğunu bildirib: “Ölkəmiz son illərdə çox böyük layihələrə imza atıb. İnanıram ki, əldə olunan bu uğurları göz önündə tutan Azərbaycan xalqı yenə də öz doğru seçimini edərək, gələcəkdə də bu uğurların davamlı olması üçün YAP-ın namizədlərini dəstəkləyəcək”.
Həsənli kənd sakinləri - üzvü Əliağa Hüseynov, Vəli Vəlişov, Məmmədhüseyn Hüseynov və Nazilə Hüseynova öz çıxışlarında Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Nəriman Əliyevin layiqli namizəd olduğunu qeyd edərək seçki günü yekdilliklə ona səs verəcəklərini bildiriblər.
Sonra çıxış edən Yeni Azərbaycan Partiyasının 70 saylı Masallı şəhər Seçki Dairəsi üzrə deputatlığa namizədi Nəriman Əliyev bildirib ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən mükəmməl strategiya nəticəsində Azərbaycan yüksək sürətlə inkişaf edən ölkələr sırasına daxil olub. Bu inkişaf özünü ölkəmizin hər bir regionunda açıq şəkildə göstərir. Daha sonra seçicilərin etimadını qazanıb millət vəkili seçiləcəyi təqdirdə görəcəyi işlər haqqında da məlumat verən Nəriman Əliyev çıxışını belə yekunlaşdırıb: “Parlament üzvünün vəzifələri qanunlarla müəyyənləşib. Deputatların əsas vəzifəsi qanun yaradıcılığı işi ilə məşğul olmaqdır. Amma seçicilərin dəstəyi ilə parlamentə seçilən şəxs həmin insanların problemləri ilə maraqlanmağa və həllinə çalışmağa borcludur. Mən də sizi əmin edirəm ki, bütün gücümlə sizin etimadınızı doğrultmağa çalışacağam. Hamınızı noyabrın 1-də seçki məntəqələrinə gələrək YAP-ın namizədinə səs verməyə çağırıram”.
Sonda kənd sakinləri mövcud problemlər barədə namizədə məlumat verib, təkliflər irəli sürüblər.
Xəbər lenti
Hamısına baxİdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41

