Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Gəncə şəhər təşkilatının Seçki Qərargahı çevik, operativ fəaliyyət göstərir

YAP Gəncə şəhər təşkilatının Seçki Qərargahı çevik, operativ fəaliyyət göstərir

10.10.2015 [12:23]

Dünən Milli Məclisə seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınmış namizədlərin seçkiqabağı təşviqat kampaniyasına start verilib. Yeni Azərbaycan Partiyası (YAP) bütün seçkilərdə qələbə qazandığı kimi, bu seçkidə də “Yeni hədəflərə doğru!” şüarı ilə qələbə qazanmaq əzmindədir.
YAP Gəncə şəhər təşkilatının Seçki Qərargahı parlament seçkiləri ilə bağlı çevik, operativ fəaliyyət göstərir, partiya üzvləri bu kampaniyanın yüksək səviyyədə keçirilməsi üçün tam səfərbər edilib, partiya fəallarından, ziyalılardan və nüfuzlu şəxslərdən ibarət təbliğat qrupu yaradılıb. Seçki Qərargahının tədbirlər planı hazırlanıb. Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Kərimzadə Pərvin Orxan qızı, Həmzəyev Naqif Ələşrəf oğlu, Fətiyev Xanlar Nuru oğlu və Quliyev Musa İsa oğlunu ictimaiyyətə daha yaxından tanıtmaq üçün təbliğat aparılacaq və onlar yerlərdə seçicilərlə görüşəcəklər.
Təbliğat-təşviqat kampaniyası 37, 38, 39 və 40 saylı Seçki dairələri üzrə müəyyən olunmuş xüsusi yerlərdə namizədlərin şəkilləri əks olunmuş plakatların asılması ilə başlayıb. Namizədlərin təbliğatı üçün hazırlanmış bukletlər, təbliğat-təşviqat materialları da seçicilərə çatdırılacaq.

Paylaş:
Baxılıb: 960 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30