Tovuzda 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib
24.09.2026 [22:25]
27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbir Yeni Azərbaycan Partiyası (YAP) Tovuz rayon təşkilatının, Tovuz Dövlət Sosial-İqtisadi Kolleci PHŞ-in və Tovuz Gənclər Evi sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və dövlət himni səsləndirilib
Tədbirdə çıxış edən Tovuz Dövlət Sosial-İqtisadi Kolleci PHŞ-in ərazi partiya təşkilatının sədri, direktor vəzifəsini müvəqqəti icra edən Ramilə Tağıyeva 27 Sentyabr – Anım Gününün xalqımızın yaddaşında mühüm yer tutduğunu bildirib. O, Vətən müharibəsinin başlanmasına aparan proseslər, Tovuz döyüşlərindən sonra xalqımızın nümayiş etdirdiyi birlik və həmrəylik, eləcə də Vətən uğrunda mübarizədə Azərbaycan xalqının göstərdiyi qətiyyət barədə fikirlərini bölüşüb. Çıxışda şəhidlərimizin və qazilərimizin göstərdiyi qəhrəmanlığın gənc nəslə örnək olduğu vurğulanıb.
YAP Tovuz rayon təşkilatının sədr müavini İlqar Kərimov çıxışında 27 Sentyabr – Anım Gününün şəhidlərimizin müqəddəs xatirəsinə dərin ehtiramın ifadəsi olduğunu qeyd edib. O, Vətən müharibəsində Azərbaycan xalqının nümayiş etdirdiyi birlik və həmrəyliyin Qələbənin əldə olunmasında mühüm rol oynadığını bildirib. Şəhidlərin əziz xatirəsinin daim uca tutulmasının hər bir vətəndaşın mənəvi borcu olduğunu vurğulayan İlqar Kərimov, Cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, şəhidlərimizin əziz xatirəsinin Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını və onların Vətən qarşısındakı misilsiz xidmətlərinin heç zaman unudulmayacağını diqqətə çatdırıb.
Tovuz Dövlət Sosial-İqtisadi Kolleci PHŞ-in tərbiyə işləri üzrə direktor müavini Lamiyə Namazova çıxışında gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasının vacibliyindən danışıb. Bildirib ki, şəhidlərin həyat yolu və Vətən uğrunda göstərdikləri fədakarlıq gənclər üçün örnəkdir. Təhsil müəssisələrində bu istiqamətdə keçirilən tədbirlərin gənclərin milli-mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsinə xidmət etdiyi qeyd olunub.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Tovuz rayon şöbəsinin sədri Etibar Vəliyev, müharibə veteranları Etibar Həsənov və Elçin Hüseynov çıxışlarında Vətən müharibəsi iştirakçılarının keçdiyi döyüş yolundan, əsgər və zabitlərimizin göstərdiyi şücaətdən bəhs ediblər. Çıxışlarda şəhidlərin xatirəsinin əbədiləşdirilməsinin və onların keçdiyi şərəfli yolun gələcək nəsillərə çatdırılmasının əhəmiyyəti vurğulanıb.
Şəhid atası Əli Məmmədov çıxışında şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışaraq, Vətən uğrunda canından keçən övladların xatirəsinin ailələri üçün olduğu kimi, bütün Azərbaycan xalqı üçün əziz olduğunu bildirib.
Tovuz Gənclər İdman Sektorunun baş məsləhətçisi Yaşar Orucov çıxış edərək gənclərin vətənpərvərlik ruhunda formalaşmasında şəhidlərin qəhrəmanlıq nümunələrinin mühüm əhəmiyyət daşıdığını qeyd edib. O, gənclərin milli-mənəvi dəyərlərə, dövlətçilik ənənələrinə və Vətənə sədaqət ruhunda tərbiyəsinin diqqətdə saxlanılmasının vacibliyini vurğulayıb.
Vətən müharibəsi qazisi, Kollecin müəllimi Səddam Abbasov isə Vətən müharibəsində Azərbaycan əsgərinin göstərdiyi əzmkarlıq və qəhrəmanlıqdan danışaraq, döyüş yoldaşlarının xatirəsini daim ehtiramla yad etdiyini bildirib. O, gənclərə Vətəni sevməyin, onun müdafiəsinə hər zaman hazır olmağın vacibliyi barədə tövsiyələrini çatdırıb.
Tədbirin sonunda Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin tələbələri Günay Abdullayeva, İradə Həsənova və İsfəndiyar Qocayev şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş şeirlər səsləndirib, Vətənə və şəhidlərimizə həsr olunmuş musiqi nümunələri ifa ediblər.
Xəbər lenti
Hamısına baxDünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24
Dünya
28 Sentyabr 19:09
Sosial
28 Sentyabr 18:37
Sosial
28 Sentyabr 18:35
Sosial
28 Sentyabr 18:34
Dünya
28 Sentyabr 18:16
İdman
28 Sentyabr 18:11
Siyasət
28 Sentyabr 17:39
Dünya
28 Sentyabr 17:31
Dünya
28 Sentyabr 17:22
YAP xəbərləri
28 Sentyabr 16:40
Dünya
28 Sentyabr 16:31
YAP xəbərləri
28 Sentyabr 16:23
Xəbər lenti
28 Sentyabr 16:12
Elanlar
28 Sentyabr 15:59
Sosial
28 Sentyabr 15:30
Dünya
28 Sentyabr 15:19
Elanlar
28 Sentyabr 15:16
Sosial
28 Sentyabr 14:31
Dünya
28 Sentyabr 14:25
Din
28 Sentyabr 14:03
İdman
28 Sentyabr 13:55
Sosial
28 Sentyabr 13:41
Dünya
28 Sentyabr 13:30
Sosial
28 Sentyabr 13:06
Sosial
28 Sentyabr 12:48
Siyasət
28 Sentyabr 12:44
Sosial
28 Sentyabr 12:34
Sosial
28 Sentyabr 12:33
Dünya
28 Sentyabr 12:14
YAP xəbərləri
28 Sentyabr 12:13
Hadisə
28 Sentyabr 12:12
Sosial
28 Sentyabr 12:12
İqtisadiyyat
28 Sentyabr 11:58
Dünya
28 Sentyabr 11:26
Xəbər lenti
28 Sentyabr 11:18
YAP xəbərləri
28 Sentyabr 11:17
Mədəniyyət
28 Sentyabr 11:05
Gündəm
28 Sentyabr 11:04
Sosial
28 Sentyabr 10:40
Sosial
28 Sentyabr 10:39
Dünya
28 Sentyabr 10:39
YAP xəbərləri
28 Sentyabr 10:17
YAP xəbərləri
28 Sentyabr 10:05
YAP xəbərləri
28 Sentyabr 10:02
YAP xəbərləri
28 Sentyabr 10:00
YAP xəbərləri
28 Sentyabr 09:55
Dünya
28 Sentyabr 09:45
Hadisə
28 Sentyabr 09:17
Dünya
28 Sentyabr 08:50
Dünya
28 Sentyabr 08:23
Siyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33
Hərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45

