Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Azadlığı – Ərazi Bütövlüyü və Tam Suverenliyin Zəfər Salnaməsi

Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Azadlığı – Ərazi Bütövlüyü və Tam Suverenliyin Zəfər Salnaməsi

17.09.2026 [18:35]

Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində 20 Sentyabr tarixi xüsusi şən, qürurverici və müqəddəs bir mərhələnin rəmzidir. Prezident İlham Əliyevin Sərəncamına əsasən təsis edilmiş Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq üçüncü ildir ki, ölkəmizdə və onun hüdudlarından kənarda böyük təntənə, milli birgəlik və yüksək ruhla qeyd olunur. Bu əlamətdar gün 2023-cü ilin sentyabr ayında keçirilmiş uğurlu lokal antiterror tədbirləri nəticəsində Azərbaycanın öz suverenliyini tam və qəti şəkildə bərqərar etməsinin, separatizmə son qoymasının canlı təsdiqidir.

Vətən müharibəsindən sonra azad edilmiş torpaqlara davamlı səfərlər edən Prezident İlham Əliyev hər bir şəhər və kəndimizdə üçrəngli bayrağımızı ucaltmış, dövlətimizin sarsılmaz iradəsini bəyan etmişdir:

· Xankəndi şəhəri: 15 oktyabr 2023-cü ildə Prezident İlham Əliyev Xankəndi şəhərində və Kərkicahan qəsəbəsində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. 8 noyabr 2023-cü ildə Xankəndidə Vətən müharibəsində elde edilən Zəfərin üçüncü ildönümünə həsr olunan möhtəşəm hərbi parad keçirildi. 21 dekabr 2023-cü ildə 'Qarabağ'-MOİK oyunu ilə azad torpaqlarda idman bayramı yaşandı. 7 fevral 2024-cü ildə müstəqil Azərbaycanın tarixində ilk dəfə bütün suveren ərazimizdə keçirilən Prezident seçkilərində dövlət başçısı və ailə üzvləri Xankəndidə səs verdilər.

· Xocalı rayonu: 20 iyul 2023-cü ildə Çanaqçı və Sığnaq kəndlərinə, 15 oktyabr 2023-cü ildə isə Xocalı şəhərinə və Əsgəran qəsəbəsinə səfər edilərək bayrağımız ucaldııb, Əsgəran qalasına baxış keçirildi. 20-22 dekabr 2023-cü il tarixlərində Şuşakənd, Dağdağan, Naxçıvanlı, Pircamal, Xanabad və Pirlər kəndlərinə baxış oldu. 26 fevral 2024-cü ildə isə Xocalıda Soyqırımı Memorialının təməli qoyuldu.

· Xocavənd rayonu: 14 yanvar 2021-ci ildə Böyük Tağlar kəndi, 15 mart 2021-ci ildə Edilli, Düdükçü, Hünərli, Tuğ, Azıx kəndləri və Hadrut qəsəbəsi ziyaret olundu, Hadrutda bayraq ucaldıldı. Şükürbəyli-Cəbrayıl-Hadrut yolunun təməli qoyuldu. 14 iyun 2021-ci ildə Zəfər yolunun Xocavənd ərazisindən keçən 86 metrlik tunelinin təməlqoyma mərasimi keçirildi.

· Ağdərə rayonu: 15 oktyabr 2023-cü ildə Ağdərə şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağı ucaldıldı və rayonun tarixi inzibati statusu bərpa olundu.

20 Sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü sadəce təqvim günü deyil, milli ləyaqətimizin, ədalətin və hüququn tam bərpasının bayramıdır. Bu gün Qarabağda separatizmin kökünün kəsilməsi, dövlət sərhədlərimizin və daxili asayişimizin tam təmin edilməsi ilə tariximizə həkk olunmuşdur. Azad olunmuş bu şəhərlər bu gün sürətlə dirçəlir, yenidən qurulur və Azərbaycanın parlayan incilərinə çevrilir.

Azər SÜLEYMANOV,

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri

Paylaş:
Baxılıb: 55 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30