Zəfərin ünvanları: Xankəndi, Xocalı, Xocavənd və Ağdərə
17.09.2026 [14:43]
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu bir sıra tarixi Zəfərlərə imza atıb. 2020-ci ilin sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsində şanlı ordumuz Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa şəhərini, ümumilikdə 300-dən çox yaşayış məntəqəsini işğaldan azad etdi. Cənab İlham Əliyevin müdrik, qətiyyətli siyasəti nəticəsində Ağdam, Laçın və Kəlbəcər şəhərləri bir güllə atılmadan Azərbaycana qaytarıldı. Müharibədən sonra Azərbaycan dəfələrlə Ermənistana davamlı sülh üçün çağırışlar etsə də, qarşı tərəf danışıqlardan boyun qaçırır, ölkəmizin suveren ərazilərində silahlı təxribatlar törədirdilər. 2021-ci ilin noyabr ayında sərhəddə birinci silahlı toqquşma baş verdi. 2022-ci ilin sentyabr ayında isə müharibədən sonra ən qanlı toqquşma oldu. 2023-cü ilin mart ayında Azərbaycanın Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələri və buradakı separatçılara məxsus qanunsuz hərbi dəstələr Şuşa istiqamətində hərbi təxribatlar törətdilər. 2020-ci il 10 noyabr üçtərəfli Bəyanata əsasən Ermənistan öz silahlı qüvvələrini Qarabağdan çıxarmalı, separatçılara məxsus silahlı dəstələr tərk-silah olunmalı idi. Lakin Ermənistan buna əməl etmirdi, əksinə Qarabağdakı hərbi birləşmələrini silahlandırır, zirehli texnikalarla təchiz edirdi. Azərbaycan dəfələrlə Ermənistan rəhbərliyinə və onun xaricdəki havadarlarına müraciət edərək ermənilərin qanunsuz əməllərinə son qoyulmasını tələb edirdi. Ermənistan və Qarabağdakı separatçılar silahlı təxribatlar törətməklə yanaşı, Qarabağdakı təbii sərvətlərimizi də qanunsuz olaraq talayırdılar. 2023-cü ilin aprelin 23-də Laçın-Xankəndi yolunda Azərbaycanın nəzarət-buraxılış məntəqəsinin yaradılması Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli və ardıcıl siyasətinin nəticəsidir.
Dövlətimizin başçısı azərbaycanlılarla ermənilərin birgə yaşayışının təmin ediləcəyi barədə humanitar təklif irəli sürmüş, ikitərəfli danışıqların münasibətlərin normallaşmasına böyük töhfə verə biləcəyini vurğulamışdı. Lakin Ermənistan və Qarabağdakı separatçılar bu təklifi düzgün qiymətləndirmədilər. Qarabağda separatçılar özlərinin oyuncaq “prezident”ini seçdilər, qondarma “parlament”ləri adından Azərbaycan dövlətinin əleyhinə bəyanatlar səsləndirdilər. 2023-cü ilin 19 sentyabr tarixində erməni silahlı dəstələri Azərbaycanın Qarabağ bölgəsində bir sıra geniş miqyaslı hərbi təxribatlar törətdilər. Təxribatlar nəticəsində azərbaycanlı mülki şəxslər və hərbi qulluqçular şəhid oldular və yaralandılar. Bütün bu təxribatların qarşısının alınması və Azərbaycan Respublikasının Konstitusiya quruluşu bərpa olunması üçün ordumuz bölgədə lokal xarakterli antiterror tədbirlərinə başladı. Sentyabrın 19-da başlayan və cəmi 23 saat 43 dəqiqə davam edən antiterror əməliyyatları nəticəsində ermənilər ağ bayraq qaldırdılar və təslim oldular. Azərbaycan ordusu ermənilərin bütün hərbi istehkamlarını, texnikalarını təmamilə məhv etdi. Antiterror tədbirləri zamanı qəhrəman ordumuz böyük peşəkarlıq nümayiş etdirdi. 2023-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan bayrağını ucaltdı. Bu hadisə həmin şəhərlərin tarixində mühüm rəmzi məna daşıyan hadisələrdən biri kimi yadda qaldı.
Bu gün Xankəndidə yeni inkişaf mərhələsi başlayıb. Şəhərdə infrastrukturun yenilənməsi, sosial və mədəni obyektlərin bərpası, təhsil və digər sahələrin inkişaf etdirilməsi istiqamətində işlər görülür. 2024-cü ildə Qarabağ Universitetinin Xankəndidə fəaliyyətə başlaması da şəhərin yeni həyatında mühüm hadisələrdən biri oldu. Həmin il Xankəndidə bir sıra sosial və təhsil obyektlərinin açılışı həyata keçirilib.
Xocalı adı Azərbaycan xalqının yaddaşında xüsusi və həssas yer tutur. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş vermiş faciə Azərbaycanın müasir tarixinin ən ağır və qanlı səhifələrindən biridir. Lokal antiterror tədbirləri nəticəsində Xocalı şəhəri də işğaldan azad olunmuş, burada dövlət suverenliyimiz tam bərpa edilmişdir. Bu gün Xocalıda genişmiqyaslı quruculuq işləri aparılır, şəhər sakinləri öz doğma ocaqlarına geri dönür və Xocalı təkrar dirçələrək sülh və inkişaf rəmzinə çevrilir.
Zülfüqar Cəfərov
YAP Sabunçu rayon təşkilatının sədr müavini, Vətən müharibəsi iştirakçısı
Xəbər lenti
Hamısına baxDünya
17 Sentyabr 19:59
Xəbər lenti
17 Sentyabr 19:21
Xəbər lenti
17 Sentyabr 18:26
YAP xəbərləri
17 Sentyabr 17:59
Siyasət
17 Sentyabr 17:24
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Gündəm
17 Sentyabr 17:16
Gündəm
17 Sentyabr 17:04
Gündəm
17 Sentyabr 17:01
YAP xəbərləri
17 Sentyabr 16:49
YAP xəbərləri
17 Sentyabr 16:47
Analitik
17 Sentyabr 16:45
YAP xəbərləri
17 Sentyabr 16:42
YAP xəbərləri
17 Sentyabr 16:39
Gündəm
17 Sentyabr 16:11
Gündəm
17 Sentyabr 15:52
YAP xəbərləri
17 Sentyabr 15:47
Hadisə
17 Sentyabr 15:27
Xəbər lenti
17 Sentyabr 15:10
Siyasət
17 Sentyabr 15:06
Sosial
17 Sentyabr 15:01
Siyasət
17 Sentyabr 14:57
Siyasət
17 Sentyabr 14:55
Siyasət
17 Sentyabr 14:13
İdman
17 Sentyabr 13:59
Gündəm
17 Sentyabr 12:57
Xəbər lenti
17 Sentyabr 12:55
Xəbər lenti
17 Sentyabr 12:53
Sosial
17 Sentyabr 12:22
Sosial
17 Sentyabr 12:21
İqtisadiyyat
17 Sentyabr 12:20
Sosial
17 Sentyabr 12:19
Siyasət
17 Sentyabr 11:08
Gündəm
17 Sentyabr 11:02
Siyasət
17 Sentyabr 10:15
İqtisadiyyat
17 Sentyabr 09:58
Analitik
17 Sentyabr 09:25
Analitik
17 Sentyabr 08:50
MEDİA
17 Sentyabr 08:36
İqtisadiyyat
16 Sentyabr 23:31
Dünya
16 Sentyabr 23:19
Dünya
16 Sentyabr 22:56
YAP xəbərləri
16 Sentyabr 22:26
İdman
16 Sentyabr 22:20
YAP xəbərləri
16 Sentyabr 22:14
Elanlar
16 Sentyabr 22:10
İqtisadiyyat
16 Sentyabr 21:43
Dünya
16 Sentyabr 21:18
Dünya
16 Sentyabr 20:49
Dünya
16 Sentyabr 20:25
Dünya
16 Sentyabr 19:52
Dünya
16 Sentyabr 19:17
YAP xəbərləri
16 Sentyabr 19:03
YAP xəbərləri
16 Sentyabr 18:48
Dünya
16 Sentyabr 18:29
YAP xəbərləri
16 Sentyabr 18:03
YAP xəbərləri
16 Sentyabr 18:01
YAP xəbərləri
16 Sentyabr 17:57
YAP xəbərləri
16 Sentyabr 17:53
Dünya
16 Sentyabr 17:35
Analitik
16 Sentyabr 17:08
Dünya
16 Sentyabr 16:22
Sosial
16 Sentyabr 16:21
Hərbi
16 Sentyabr 16:18
Dünya
16 Sentyabr 15:51
Sosial
16 Sentyabr 15:51
Dünya
16 Sentyabr 15:18
İqtisadiyyat
16 Sentyabr 15:10

