Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Azərbaycan həm Türk dünyasının, həm də Qafqazın ayrılmaz tərkib hissəsidir

Azərbaycan həm Türk dünyasının, həm də Qafqazın ayrılmaz tərkib hissəsidir

17.09.2026 [10:37]

Azərbaycan tarixən müxtəlif sivilizasiyaların, mədəniyyətlərin və dini ənənələrin qovuşduğu məkan kimi tanınıb. Bu torpaqlarda formalaşan zəngin mənəvi irs yalnız Azərbaycan xalqının deyil, bütövlükdə Türk dünyasının, İslam aləminin və Qafqaz xalqlarının ümumi mədəni xəzinəsinin mühüm hissəsini təşkil edir. Bu baxımdan Bakıda beynəlxalq dini və elmi tədbirlərin keçirilməsi ölkəmizin tarixi-mədəni irsinin təbliği ilə yanaşı, müxtəlif xalqlar və dini icmalar arasında dialoqun inkişafı baxımından da əhəmiyyət daşıyır.
2026-cı il sentyabrın 15-də Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvləri və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib. Görüşdə dövlət başçısı çıxış edərək Bakıda keçirilən iki mühüm tədbirin - TDT Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısının və Seyid Yəhya Bakuvi haqqında beynəlxalq konfransın - eyni vaxta təsadüf etməsinin əhəmiyyətinə diqqət çəkib. XV əsrdə yaşamış və fəaliyyət göstərmiş Seyid Yəhya Bakuvi Azərbaycan tarixinin görkəmli mütəfəkkirlərindən biri kimi təqdim olunub.
Dövlət başçısı Azərbaycanın Nizami Gəncəvi, Xaqani Şirvani, İmadəddin Nəsimi, Yəhya Bakuvi, Şah İsmayıl Xətai və Məhəmməd Füzuli kimi böyük şəxsiyyətlər yetişdirdiyini vurğulayıb. Bu yanaşma Azərbaycan xalqının çoxəsrlik elmi, fəlsəfi və ədəbi irsinin müasir dövrdə də əhəmiyyətini qoruduğunu göstərir. Tarixi şəxsiyyətlərin irsinin öyrənilməsi yalnız keçmişin xatırlanması deyil, həm də həmin irsdə mövcud olan ümumbəşəri dəyərlərin müasir nəslə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Seyid Yəhya Bakuvinin irsi də bu baxımdan xüsusi maraq doğurur. Onun adı ilə bağlı olan elmi-fəlsəfi və mənəvi irs müxtəlif ölkələrdə tədqiqatçıların diqqətini cəlb edir. Bakıda onun irsinə həsr olunmuş beynəlxalq konfransın keçirilməsi də bu tarixi-mədəni irsin beynəlxalq səviyyədə öyrənilməsi baxımından mühüm hadisədir. Azərbaycanın bu prosesdə ev sahibi kimi çıxış etməsi ölkəmizin Türk dünyası ilə əlaqələrinin çoxşaxəli xarakterini də nümayiş etdirir. Prezident İlham Əliyevin çıxışında Azərbaycanın həm Türk dünyasının bir hissəsi, həm də Qafqaz ölkəsi olması xüsusi qeyd edilib.
Müasir dünyada müxtəlif xalqlar və dini icmalar arasında qarşılıqlı anlaşmanın qorunması mühüm məsələlərdən biridir. Ölkəmizin İslam həmrəyliyinin gücləndirilməsi istiqamətindəki fəaliyyətindən danışan dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycan hər zaman çalışıb ki, bu həmrəyliyi əməli-praktiki addımlarla, öz real işi ilə möhkəmləndirsin. Dini liderlərin bir arada olması dostluq və qardaşlıq əlaqələrini daha da gücləndirir, dünyaya sülh və əmin-amanlıq mesajları verir.
Müsəlman dini liderlərinin hər bir sözü icmalar üçün çox dəyərlidir və bu sözlər barışığa yönələndə regionda sülh bərqərar olur. Azərbaycanda İslam Əməkdaşlıq Təşkilatı və ICESCO xətti ilə çoxsaylı tədbirlər keçirilib, 2017-ci ildə Bakıda təşkil edilən IV İslam Həmrəylik Oyunları isə təkcə idman yarışı kimi deyil, böyük birlik bayramı kimi yadda qalıb.

Azər Ağayev
YAP Tərtər rayon təşkilatının sədr müavini

Paylaş:
Baxılıb: 65 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30