Azərbaycan və Özbəkistan: Qardaşlıq, Sürətli İnkişaf və Yeni Hədəflər
25.08.2026 [16:17]
Azərbaycan və Özbəkistan arasında əlaqələr tarixinin ən parlaq və məhsuldar dövrünü yaşayır. Prezident İlham Əliyevin 2026-cı il avqustun 23-də Özbəkistana etdiyi dövlət səfəri iki qardaş ölkə arasında yeni bir səhifə açdı. Dövlətimizin başçısı çıxışında xüsusi vurğuladı ki, Daşkəndə hər səfərində Özbəkistanın necə sürətlə inkişaf etdiyinin şahidi olur. Prezident Şavkat Mirziyoyevin rəhbərliyi ilə Özbəkistanda iqtisadiyyat demək olar ki, sıfırdan və möhkəm təməllər üzərində yenidən qurulub, sənaye və kənd təsərrüfatı şaxələndirilib, ölkəyə böyük xarici investisiyalar cəlb edilib. Bu gün Özbəkistan dünya birliyinin böyük hörmətlə yanaşdığı, güclü infrastruktura malik bir ölkəyə çevrilib.
Maraqlı faktlardan biri odur ki, Şavkat Mirziyoyev hakimiyyətə gəlməzdən əvvəl iki ölkə arasında heç bir birgə iqtisadi layihə yox idi. Bu gün isə vəziyyət tamamilə dəyişib və tərəflər yaxın illərdə qarşılıqlı ticarət dövriyyəsini 1 milyard dollara çatdırmağı hədəfləyir. Hazırda iqtisadiyyatın demək olar ki, hər sahəsində güclü işbirliyi var. SOCAR-ın Özbəkistanın pərakəndə satış bazarına daxil olması, neft-qaz kəşfiyyatı işlərinin aparılması, aparıcı Azərbaycan banklarından birinin Özbəkistan bazarına girməsi və avtomobil sənayesində birgə layihələr bu əməkdaşlığın real göstəriciləridir. Eyni zamanda, artıq üçdə biri konkret layihələrlə təmin olunmuş və milyardlarla dollar dəyərində işləri maliyyələşdirəcək birgə investisiya fondu da uğurla fəaliyyət göstərir.
İki ölkə arasındakı münasibətlərin təkcə maddi deyil, həm də çox güclü mənəvi təməli var. Prezident İlham Əliyev Özbəkistanın Qarabağın bərpasına verdiyi dəstəyi xüsusi qeyd edərək, Füzulidə inşa edilən Mirzə Uluqbəy adına 960 şagird yerlik məktəbi və Xankəndidə yaradılan tikiş fabrikini qardaşlıq köməyinin ən gözəl nümunələri adlandırdı. Bütün bu inkişaf dinamikası bir daha sübut edir ki, Azərbaycan və Mərkəzi Asiya artıq vahid geosiyasi və geoiqtisadi məkan kimi formalaşır. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq formatına qoşulmasında isə Özbəkistanın və şəxsən Şavkat Mirziyoyevin çox böyük rolu olub.
Səfər çərçivəsində Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şurasının 3-cü iclası keçirildi və əməkdaşlığı rəsmiləşdirən mühüm sənədlər imzalandı. Görüşün ən yaddaqalan və duyğusal anlarından biri isə prezidentlərin bir-birini ali dövlət mükafatları ilə təltif etməsi oldu. Belə ki, Prezident Şavkat Mirziyoyev dövlətimizin başçısına Özbəkistanın ali dərəcəli “Dostluq” ordenini, Prezident İlham Əliyev isə həmkarına Azərbaycanın ən ali mükafatı olan “Heydər Əliyev” ordenini təqdim etdi.
Sonda Prezident İlham Əliyev bu inkişaf tempindən qürur duyduğunu bildirərək, Özbəkistan Prezidentini onun üçün əlverişli olan vaxtda Azərbaycana dövlət səfərinə dəvət etdi. Bu səfər və səsləndirilən bəyanatlar iki ölkə arasındakı qardaşlığın və ortaq gələcəyə inamın sarsılmazlığını bir daha bütün dünyaya nümayiş etdirmiş oldu
Tutu Kamalqızı
YAP Zəngilan rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxSosial
19 Sentyabr 19:17
Dünya
19 Sentyabr 18:22
Dünya
19 Sentyabr 17:38
Sosial
19 Sentyabr 16:35
Hadisə
19 Sentyabr 15:30
Gündəm
19 Sentyabr 14:46
Sosial
19 Sentyabr 14:43
Sosial
19 Sentyabr 14:35
Gündəm
19 Sentyabr 13:19
Dünya
19 Sentyabr 12:23
Gündəm
19 Sentyabr 11:05
Siyasət
19 Sentyabr 11:00
İqtisadiyyat
19 Sentyabr 10:59
Gündəm
19 Sentyabr 10:40
Siyasət
19 Sentyabr 10:25
Gündəm
19 Sentyabr 10:23
İqtisadiyyat
19 Sentyabr 09:41
Analitik
19 Sentyabr 09:14
Ədəbiyyat
19 Sentyabr 08:57
Ədəbiyyat
19 Sentyabr 08:31
Gündəm
19 Sentyabr 08:16
Dünya
18 Sentyabr 23:46
Dünya
18 Sentyabr 23:21
Dünya
18 Sentyabr 22:49
Dünya
18 Sentyabr 22:17
Dünya
18 Sentyabr 21:53
Dünya
18 Sentyabr 21:25
Dünya
18 Sentyabr 20:43
Dünya
18 Sentyabr 20:18
Dünya
18 Sentyabr 19:59
Dünya
18 Sentyabr 19:20
YAP xəbərləri
18 Sentyabr 19:07
YAP xəbərləri
18 Sentyabr 19:03
YAP xəbərləri
18 Sentyabr 19:00
Dünya
18 Sentyabr 18:25
Analitik
18 Sentyabr 18:15
Siyasət
18 Sentyabr 18:03
Dünya
18 Sentyabr 17:45
Dünya
18 Sentyabr 17:19
YAP xəbərləri
18 Sentyabr 16:30
YAP xəbərləri
18 Sentyabr 16:23
Dünya
18 Sentyabr 16:23
Elanlar
18 Sentyabr 16:21
Din
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40
İqtisadiyyat
18 Sentyabr 15:32
Dünya
18 Sentyabr 15:31
YAP xəbərləri
18 Sentyabr 14:56
YAP xəbərləri
18 Sentyabr 14:54
Dünya
18 Sentyabr 14:50
Sosial
18 Sentyabr 14:50
Siyasət
18 Sentyabr 14:28
Dünya
18 Sentyabr 14:27
İqtisadiyyat
18 Sentyabr 13:55
Dünya
18 Sentyabr 13:42
Dünya
18 Sentyabr 13:19
YAP xəbərləri
18 Sentyabr 13:07
Dünya
18 Sentyabr 12:50
Gündəm
18 Sentyabr 12:35
Dünya
18 Sentyabr 12:21
Formula 1
18 Sentyabr 12:12
Hadisə
18 Sentyabr 12:12
Elm
18 Sentyabr 12:11
Mədəniyyət
18 Sentyabr 12:10
İdman
18 Sentyabr 12:10
Sosial
18 Sentyabr 11:55

