Laçında hər bir şərait yaradılır
25.08.2026 [13:29]
Ümumi sahəsi 1835 kvadrat kilometr olan Laçın rayonu 1930-cu ildə inzibati ərazi
vahidi statusu alıb və 1 şəhər, 1 qəsəbə, 125 kənddən ibarətdir. Rayon şimaldan
Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən
isə Ermənistanla həmsərhəddir. İşğala qədər Laçında 72 min hektar yaylaq sahəsi
və 34 min hektar zəngin meşə massivi mövcud olmuşdur.
18 may 1992-ci ildə işğal olunan Laçın rayonunda 217 mədəniyyət, 101 təhsil, 142
səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi,
1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif
təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən talan və məhv edilib. 54 dünya,
200-dən çox yerli əhəmiyyətli tarixi abidə erməni vandalizminə məruz qalıb. İşğal
nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalmış, 300-dən
artıq hərbi və mülki şəxs həlak olmuş və itkin düşmüşdür. Rayonun əhalisi 79.1
min nəfər olmaqla respublikanın 57 şəhər və rayonunda müvəqqəti
məskunlaşmışdır.
İşğal etdikləri digər ərazilərimizdə olduğu kimi Laçın rayonunda da rəsmi İrəvanın
hərbi cinayətləri sərhəd tanımamışdır. Ermənistan işğalçı tərəf olaraq Cenevrə
Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın
rayonunda coğrafi adları dəyişdirmiş, rayonun təbii resurslarının talan edərək
qazanc mənbəyinə çevrilmişdir. Məqsədyönlü məskunlaşma siyasəti aparan
Ermənistan əsasən, Suriyadan olan erməni əsilli qaçqınları Laçın ərazisində
yerləşdirməklə demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllər ilə
məşğul olmuşdur.
27 sentyabr 2020-ci ildə başlanan və cəmi 44 gün davam edən Vətən
müharibəsində əldə etdiyimiz möhtəşəm Zəfər nəticəsində Ermənistan
kapitulyasiya aktına imza atmaq məcburiyyətində qaldı və imzalanmış Üçtərəfli
Bəyanata əsasən 3 rayon Azərbaycana qaytarıldı ki, həmin rayonlardan biri də
Laçın rayonu oldu. Hərbi əməliyyatlar zamanı Güləbürd, Səfiyan və Türklər
kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmiş Laçın
rayonu 1 dekabr 2020-ci il tarixdə Azərbaycana təhvil verildi. 2022-ci ilin 26
avqust tarixində isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü.
2023-cü ilin 28 may tarixindən başlayaraq laçınlıların doğma yurda qayıdışına start
verilib. Köçürülən ailələrin Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son
qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya
yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.
Laçında həyata keçirilən genişmiqyaslı quruculuq işləri yüksək zövq və keyfiyyətlə
aparılır. Baş plan layihəsində təbii yaşıllıqlarla əhatələnmiş şəhərin tarixən mövcud
olmuş təxminən 258 hektar məskunlaşma ərazisində həyətyanı sahəsi olan fərdi
evlərə üstünlük verilib. Laçın şəhərində əhalinin istirahətinin səmərəli təşkili
istiqamətində də tədbirlər həyata keçirilir. Laçında bütün lazımi şərait yaradılır ki,
həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması
Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun.
Əlişah Rəcəbov
YAP Ağdaş rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
19 Sentyabr 18:22
Dünya
19 Sentyabr 17:38
Sosial
19 Sentyabr 16:35
Hadisə
19 Sentyabr 15:30
Gündəm
19 Sentyabr 14:46
Sosial
19 Sentyabr 14:43
Sosial
19 Sentyabr 14:35
Gündəm
19 Sentyabr 13:19
Dünya
19 Sentyabr 12:23
Gündəm
19 Sentyabr 11:05
Siyasət
19 Sentyabr 11:00
İqtisadiyyat
19 Sentyabr 10:59
Gündəm
19 Sentyabr 10:40
Siyasət
19 Sentyabr 10:25
Gündəm
19 Sentyabr 10:23
İqtisadiyyat
19 Sentyabr 09:41
Analitik
19 Sentyabr 09:14
Ədəbiyyat
19 Sentyabr 08:57
Ədəbiyyat
19 Sentyabr 08:31
Gündəm
19 Sentyabr 08:16
Dünya
18 Sentyabr 23:46
Dünya
18 Sentyabr 23:21
Dünya
18 Sentyabr 22:49
Dünya
18 Sentyabr 22:17
Dünya
18 Sentyabr 21:53
Dünya
18 Sentyabr 21:25
Dünya
18 Sentyabr 20:43
Dünya
18 Sentyabr 20:18
Dünya
18 Sentyabr 19:59
Dünya
18 Sentyabr 19:20
YAP xəbərləri
18 Sentyabr 19:07
YAP xəbərləri
18 Sentyabr 19:03
YAP xəbərləri
18 Sentyabr 19:00
Dünya
18 Sentyabr 18:25
Analitik
18 Sentyabr 18:15
Siyasət
18 Sentyabr 18:03
Dünya
18 Sentyabr 17:45
Dünya
18 Sentyabr 17:19
YAP xəbərləri
18 Sentyabr 16:30
YAP xəbərləri
18 Sentyabr 16:23
Dünya
18 Sentyabr 16:23
Elanlar
18 Sentyabr 16:21
Din
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40
İqtisadiyyat
18 Sentyabr 15:32
Dünya
18 Sentyabr 15:31
YAP xəbərləri
18 Sentyabr 14:56
YAP xəbərləri
18 Sentyabr 14:54
Dünya
18 Sentyabr 14:50
Sosial
18 Sentyabr 14:50
Siyasət
18 Sentyabr 14:28
Dünya
18 Sentyabr 14:27
İqtisadiyyat
18 Sentyabr 13:55
Dünya
18 Sentyabr 13:42
Dünya
18 Sentyabr 13:19
YAP xəbərləri
18 Sentyabr 13:07
Dünya
18 Sentyabr 12:50
Gündəm
18 Sentyabr 12:35
Dünya
18 Sentyabr 12:21
Formula 1
18 Sentyabr 12:12
Hadisə
18 Sentyabr 12:12
Elm
18 Sentyabr 12:11
Mədəniyyət
18 Sentyabr 12:10
İdman
18 Sentyabr 12:10
Sosial
18 Sentyabr 11:55
Sosial
18 Sentyabr 11:49

