Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlıq genişlənir
25.08.2026 [12:53]
Məlum olduğu kimi, Azərbaycan - Özbəkistan arasındakı münasibətlər
Cənubi Qafqazda və Mərkəzi Asiyada ən sürətlə inkişaf edən strateji tərəfdaşlıq
formatlarından birinə çevrilib. Prezident İlham Əliyevin Özbəkistan Milli
İnformasiya Agentliyinə verdiyi müsahibədə də ikitərəfli münasibətlərin inkişaf
dinamikası və qarşıdakı perspektivlər geniş şəkildə açıqlanır. Müsahibədən bir
daha aydın olur ki, iki qardaş ölkə arasında əlaqələr son illərdə keyfiyyətcə yeni
mərhələyə qədəm qoyub. Dövlət başçımızın da söylədiyi kimi, Bakı və Daşkənd
münasibətlərinin təməlində xalqlarımızın ortaq tarixi, dili, mədəniyyəti, mənəvi
dəyərləri və əsrlər boyu formalaşmış qarşılıqlı rəğbət dayanır. Bu tarixi-mədəni
yaxınlıq son illərdə dövlətlərarası münasibətlərin sürətli inkişafı üçün mühüm
zəmin yaradıb. Möhkəm təməl üzərində qurulan münasibətlər artıq ən yüksək
pilləyə – müttəfiqlik səviyyəsinə yüksəlib. Bu prosesdə Azərbaycan və Özbəkistan
Prezidentləri arasında formalaşmış səmimi dostluq və qarşılıqlı etimad xüsusi
əhəmiyyət daşıyır. Dövlət başçılarının müntəzəm təmasları və qarşılıqlı səfərləri
iki ölkə arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu nümayiş etdirir. 2024-
cü ildə Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri, 2025-ci ildə isə
Özbəkistan Prezidentinin Azərbaycana dövlət səfəri zamanı imzalanan sənədlər
münasibətlərin hüquqi-siyasi bazasını daha da möhkəmləndirib. Xüsusilə “Strateji
tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə” və “Müttəfiqlik
münasibətləri haqqında Müqavilə” iki ölkənin münasibətlərində yeni mərhələnin
göstəricisidir. 2023-cü ildə yaradılan Ali Dövlətlərarası Şura isə bu münasibətlərin
institusional əsaslarını gücləndirərək uzunmüddətli əməkdaşlığın prioritetlərini
müəyyənləşdirmək üçün mühüm platformaya çevrilib.
Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, hər iki ölkə çoxvektorlu siyasəti
dəstəkləyir, müstəqil şəkildə hərəkət edir və milli maraqlara əsaslanan praqmatik
xarici iqtisadi model formalaşdırır. Münasibətlərinin siyasi müstəvidə əldə etdiyi
yüksək səviyyə iqtisadi əlaqələrdə də özünü qabarıq göstərir. Ənənəvi neft-qaz
layihələri ilə yanaşı, Azərbaycan, Özbəkistan və Qazaxıstan arasında yaşıl enerji
sahəsində əməkdaşlıq genişlənir. “Yaşıl Dəhliz Birliyi”nin yaradılması Mərkəzi
Asiyada istehsal olunan bərpaolunan enerjinin Azərbaycan üzərindən ixracı üçün
yeni imkanlar yaradır. Bu layihə Azərbaycanın yaşıl enerjinin mühüm tranzit
mərkəzlərindən birinə çevrilmək potensialını da artırır. Nəqliyyat və logistika
sahəsində əməkdaşlıq isə Azərbaycan - Özbəkistan münasibətlərinin regional
əhəmiyyətini ön plana çıxarır. Azərbaycan Cənubi Qafqazda, Özbəkistan isə
Mərkəzi Asiyada mühüm geostrateji mövqeyə malikdir. Bu iki coğrafiyanın
nəqliyyat baxımından əlaqələndirilməsi Şərqlə Qərb arasında yeni imkanlar
yaradır.
Onu da qeyd edək ki, Prezident İlham Əliyevin Çin – Qırğızıstan -
Özbəkistan dəmir yolu layihəsinin Orta Dəhliz və TRIPP ilə inteqrasiyasını xüsusi
qeyd etməsi bu baxımdan təsadüfi deyil. Bu inteqrasiya Mərkəzi Asiyanın dünya
bazarlarına çıxışını genişləndirəcək, Azərbaycanın isə Şərq - Qərb nəqliyyat
bağlantısındakı rolunu daha da gücləndirəcək. Azərbaycan - Özbəkistan
əməkdaşlığı Türk dünyasının inteqrasiyası baxımından da mühüm strateji
əhəmiyyət daşıyır. Hər iki ölkənin Türk Dövlətləri Təşkilatı çərçivəsində fəal
əməkdaşlığı siyasi, iqtisadi, nəqliyyat, təhsil və mədəni-humanitar istiqamətlərdə
inteqrasiyanın dərinləşməsinə xidmət edir. Münasibətlər humanitar sahədə də
inkişaf etməkdədir. Azərbaycan və Özbəkistanda keçirilən qarşılıqlı mədəniyyət
günləri, Şuşa Günləri, elmi və ədəbi tədbirlər xalqlar arasında əlaqələrin daha da
möhkəmlənməsinə şərait yaradır. Təhsil sahəsində əməkdaşlıq bu humanitar
işbirliyinin davamlılığını təmin edən mühüm istiqamətlərdəndir. Füzuli şəhərində
Özbəkistanın təşəbbüsü ilə inşa edilən Mirzə Uluqbəy adına orta məktəb iki
ölkənin qardaşlığının ən uğurlu nümunələrindən biridir. Bu layihə həm də qardaş
ölkənin işğaldan azad edilmiş ərazilərin bərpasına göstərdiyi mənəvi və praktiki
dəstəyin ifadəsidir.
Xüsusilə qeyd etmək lazımdır ki, Cənab Prezident müsahibədə Azərbaycanın
Mərkəzi Asiya ölkələri ilə münasibətlərinin inkişafına da xüsusi yer ayırıb.
Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərinə
tamhüquqlu iştirakçı kimi qoşulması ölkəmizin regionla münasibətlərində
keyfiyyətcə yeni mərhələnin başlanğıcıdır. Bu proses Azərbaycan üçün xüsusi
əhəmiyyət daşıyır. Çünki ölkəmiz Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında təbii
bağlantı rolunu oynayır. Xəzər dənizi isə bu iki regionu birləşdirən mühüm coğrafi
körpüdür. Nəticədə Azərbaycan–Özbəkistan əməkdaşlığı daha geniş regional
inteqrasiyaya xidmət edir.
Ən əsası, bu gün Özbəkistan Mərkəzi Asiyanın istehsal və tranzit mərkəzinə
çevrilməyi hədəfləyir, Azərbaycan isə Xəzər dənizi vasitəsilə Avropa bazarına
çıxış üçün vacib logistika mərkəzi kimi mövqeyini gücləndirir. Beləliklə, siyasi
müttəfiqlik iqtisadi tərəfdaşlıqla, iqtisadi əlaqələr nəqliyyat və enerji layihələri ilə,
bu istiqamətlər isə humanitar və mədəni əməkdaşlıqla tamamlanır.
Habil İsmayılov,
YAP Göygöl rayon təşkilatı üzrə Qırıqlı kənd ərazi partiya təşkilatının sədr
müavini
Xəbər lenti
Hamısına baxSiyasət
22 Sentyabr 09:16
Gündəm
22 Sentyabr 08:54
Gündəm
22 Sentyabr 08:30
Hadisə
22 Sentyabr 07:52
Sosial
22 Sentyabr 07:23
Dünya
21 Sentyabr 23:34
İqtisadiyyat
21 Sentyabr 23:19
Sosial
21 Sentyabr 22:56
Dünya
21 Sentyabr 22:20
Dünya
21 Sentyabr 21:43
Dünya
21 Sentyabr 21:15
Dünya
21 Sentyabr 20:58
Dünya
21 Sentyabr 20:26
Dünya
21 Sentyabr 19:41
Sosial
21 Sentyabr 19:34
Dünya
21 Sentyabr 19:14
YAP xəbərləri
21 Sentyabr 19:00
İqtisadiyyat
21 Sentyabr 18:41
Sosial
21 Sentyabr 18:15
YAP xəbərləri
21 Sentyabr 18:10
Sosial
21 Sentyabr 18:10
YAP xəbərləri
21 Sentyabr 18:06
Sosial
21 Sentyabr 18:05
YAP xəbərləri
21 Sentyabr 17:53
Dünya
21 Sentyabr 17:47
İdman
21 Sentyabr 17:31
Dünya
21 Sentyabr 17:25
İdman
21 Sentyabr 16:46
YAP xəbərləri
21 Sentyabr 16:41
Elm
21 Sentyabr 16:19
Elm
21 Sentyabr 15:48
YAP xəbərləri
21 Sentyabr 15:15
YAP xəbərləri
21 Sentyabr 14:53
İdman
21 Sentyabr 14:36
Formula 1
21 Sentyabr 14:35
Elm
21 Sentyabr 14:27
YAP xəbərləri
21 Sentyabr 14:23
Siyasət
21 Sentyabr 13:34
Sosial
21 Sentyabr 13:27
Sosial
21 Sentyabr 13:25
Hadisə
21 Sentyabr 13:24
YAP xəbərləri
21 Sentyabr 13:21
Xəbər lenti
21 Sentyabr 12:45
YAP xəbərləri
21 Sentyabr 12:37
Siyasət
21 Sentyabr 12:27
İqtisadiyyat
21 Sentyabr 11:43
İqtisadiyyat
21 Sentyabr 11:42
Dünya
21 Sentyabr 11:41
Dünya
21 Sentyabr 11:40
Siyasət
21 Sentyabr 11:38
Dünya
21 Sentyabr 11:19
Siyasət
21 Sentyabr 11:12
Hadisə
21 Sentyabr 11:09
Sosial
21 Sentyabr 11:00
Dünya
21 Sentyabr 10:57
Avropa
21 Sentyabr 10:53
İqtisadiyyat
21 Sentyabr 10:47
Daxili siyasət
21 Sentyabr 10:43
Sosial
21 Sentyabr 10:40
Dünya
21 Sentyabr 10:25
Xəbər lenti
21 Sentyabr 10:21
Dünya
21 Sentyabr 09:42
Dünya
21 Sentyabr 09:16
Dünya
21 Sentyabr 08:58
Dünya
20 Sentyabr 23:18
Hadisə
20 Sentyabr 22:31
Sosial
20 Sentyabr 21:13
Dünya
20 Sentyabr 20:35
Dünya
20 Sentyabr 19:21
Dünya
20 Sentyabr 18:13

