Naxçıvanın sosial-iqtisadi inkişafı yeni mərhələyə qədəm qoyur
14.08.2026 [13:29]
Elşən Alıyev
YAP Daşkəsən rayon təşkilatının sədr müavini
Prezident İlham Əliyevin avqustun 11-də Naxçıvana səfəri çərçivəsində
Azərbaycan Televiziyasına verdiyi müsahibə muxtar respublikanın gələcək
inkişafının əsas istiqamətlərini geniş və sistemli şəkildə nümayiş etdirir.
Müsahibədə Naxçıvanın müdafiə potensialının gücləndirilməsindən
sənayeləşməyə, enerji təhlükəsizliyindən bərpaolunan enerji imkanlarına, kənd
təsərrüfatından sosial xidmətlərə, nəqliyyat dəhlizlərindən isə Azərbaycanın milli
maraqları baxımından strateji əhəmiyyət daşıyan Naxçıvan bağlantısına qədər bir
sıra mühüm məsələlərə toxunulub.
Naxçıvanın Azərbaycanın təhlükəsizlik sistemində xüsusi mövqeyi coğrafi və
geosiyasi xüsusiyyətlərlə şərtlənir. Muxtar respublikanın Azərbaycanın əsas hissəsi
ilə birbaşa quru bağlantısının olmaması burada təhlükəsizlik məsələlərinə xüsusi
diqqət yetirilməsini zəruri edir. Prezident İlham Əliyevin müsahibəsində müdafiə
potensialının gücləndirilməsini “birinci şərt” kimi təqdim etməsi də məhz bu
reallığın ifadəsidir. Son illərdə Naxçıvanda hərbi infrastrukturun
təkmilləşdirilməsi, silahlı qüvvələrin ən müasir texnika ilə təchiz edilməsi və yeni
komando qüvvələrinin yaradılması istiqamətində mühüm addımlar atılıb. Səfər
çərçivəsində bayrağın təqdim edilməsi mərasimində Naxçıvanın hərbi gücünün
nümayiş etdirilməsi də bu prosesin real nəticələrinin göstəricisidir. Dövlətimizin
başçısı qeyd edib: “Naxçıvanın müdafiə potensialının gücləndirilməsi prioritet
məsələdir. Bu istiqamətdə də böyük işlər görüldü və bu gün bayrağın təqdimetmə
mərasimində bir daha Naxçıvanın hərbi gücü özünü göstərdi, həm texnika ilə
təchizat, - özü də ən müasir texnika ilə, – həm də yeni komando qüvvələrinin
yaradılması. Bu da Azərbaycan Silahlı Qüvvələrində son vaxtlar müşahidə olunan
mənzərədir”.
Naxçıvanda Əlahiddə Ordunun yaradılması isə muxtar respublikanın təhlükəsizlik
xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilmiş strateji qərarlardan biridir.
Əlahiddə Ordu Azərbaycan Silahlı Qüvvələrinin ayrılmaz hissəsi olmaqla
Naxçıvanın müdafiəsinin etibarlı təminatında mühüm rol oynayır. Azərbaycan
Silahlı Qüvvələrinin bölgədə söz sahibi olması ölkənin hərbi qüdrətinin
göstəricilərindən biri kimi çıxış edir. Bu qüdrətin Naxçıvan istiqamətində də
davamlı şəkildə artırılması muxtar respublikanın təhlükəsizliyinin uzunmüddətli
təminatına xidmət edir.
Naxçıvanın təhlükəsizliyinin möhkəmləndirilməsi onun sosial-iqtisadi inkişafı ilə
paralel aparılır. Çünki müasir dövrdə təhlükəsizlik yalnız hərbi imkanlarla
ölçülmür. Enerji, ərzaq, nəqliyyat, iqtisadi və sosial təhlükəsizlik də ümumi milli
təhlükəsizliyin mühüm komponentləridir. Bu baxımdan Prezident İlham Əliyevin
müsahibəsində hərbi potensialla yanaşı, sənaye, enerji, kənd təsərrüfatı və sosial
təminat məsələlərini vurğulaması vahid strateji yanaşmanın göstəricisidir.
Səfər çərçivəsində Naxçıvan Sənaye Parkının təməlinin qoyulması muxtar
respublikanın iqtisadi inkişafında mühüm hadisədir. Azərbaycanda son illərdə
yaradılan sənaye parkları ölkənin sənayeləşmə siyasətinin əsas alətlərindən birinə
çevrilib. Bu parklar yeni istehsal sahələrinin yaradılmasına, investisiyaların cəlb
edilməsinə, ixrac potensialının artırılmasına və məşğulluğun genişləndirilməsinə
imkan yaradır. Naxçıvan Sənaye Parkının ərazi baxımından Sumqayıt Sənaye
Parkından sonra ikinci böyük sənaye parkı kimi təqdim olunması layihənin
miqyasını və qarşıya qoyulan hədəflərin böyüklüyünü təsdiqləyir. Bu layihə
Naxçıvanda yeni iş yerlərinin yaradılması, istehsal imkanlarının genişləndirilməsi
və sahibkarlığın inkişafı baxımından mühüm perspektivlər yaradır. Daha önəmlisi
isə sənaye parkının enerji infrastrukturu ilə paralel şəkildə inkişaf etdirilməsidir.
Naxçıvanın sosial-iqtisadi inkişafında kənd təsərrüfatı da xüsusi əhəmiyyət daşıyır.
Yaxın aylarda qəbul edilmiş kənd təsərrüfatının inkişafına dair Dövlət
Proqramında Naxçıvan üçün xüsusi yer ayrılıb və bunun üçün müvafiq vəsait
nəzərdə tutulub. Burada əsas məsələlərdən biri suvarma imkanlarının
genişləndirilməsidir. Artezian quyularının qazılması, müasir suvarma sistemlərinin
quraşdırılması və hazırda suvarılmayan torpaqların su ilə təmin olunması kənd
təsərrüfatının inkişafına ciddi təkan verə bilər. Bu layihələr kənd təsərrüfatı
istehsalının genişlənməsinə, torpaqlardan daha səmərəli istifadəyə və kənd
yerlərində məşğulluğun artmasına imkan yaradacaq. Beləliklə, Naxçıvanın inkişaf
modeli yalnız sənaye və enerji layihələrinə deyil, kənd təsərrüfatının potensialının
tam reallaşdırılmasına da əsaslanır.
Naxçıvanın strateji əhəmiyyətini artıran əsas amillərdən biri onun regional
nəqliyyat sistemindəki potensial roludur. Prezident İlham Əliyevin müsahibəsində
“yeni nəqliyyat damarlarının” yaradılmasını qeyd etməsi Naxçıvanın gələcəkdə
daha geniş coğrafiyanın nəqliyyat xəritəsində mühüm yer tuta biləcəyinin
göstəricisidir. Bu baxımdan Zəngəzur dəhlizi məsələsi xüsusi əhəmiyyət daşıyır.
Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək nəqliyyat bağlantısının
yaradılması Azərbaycanın uzunmüddətli strateji hədəflərindən biridir. 2020-ci ilin
noyabrında imzalanmış üçtərəfli bəyanatda bu məsələ ayrıca əksini tapıb. Həmin
sənədin 9-cu bəndində regiondakı bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası
ilə yanaşı, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında
nəqliyyat əlaqəsinin təmin edilməsi məsələsi də öz əksini tapıb. Azərbaycan üçün
bu bağlantının əhəmiyyəti yalnız Naxçıvanla əlaqənin bərpası ilə məhdudlaşmır.
Layihə Şərq-Qərb nəqliyyat marşrutunun mühüm həlqəsinə çevrilə və Azərbaycanı
regional tranzit imkanları baxımından daha əlverişli mövqeyə çıxaracaqdır.
Zəngəzur dəhlizi məsələsi Azərbaycanın 2020-ci il Vətən müharibəsindən sonra
formalaşmış yeni regional reallıqlar çərçivəsində irəli sürdüyü əsas strateji
təşəbbüslərdən biridir. Azərbaycanın məqsədi ölkənin əsas hissəsi ilə Naxçıvan
arasında etibarlı və dayanıqlı nəqliyyat bağlantısının yaradılmasıdır. Bu bağlantının
reallaşması Naxçıvanın iqtisadi imkanlarını genişləndirəcək, Türkiyə ilə birbaşa
quru əlaqələrinin möhkəmlənməsinə şərait yaradacaq və Şərq-Qərb nəqliyyat
marşrutlarının inkişafına əlavə impuls verəcək. Bu mənada Naxçıvan məsələsi
yalnız regional və ya lokal məsələ deyil. Azərbaycanın geoiqtisadi mövqeyinin
gücləndirilməsi, nəqliyyat-logistika imkanlarının genişləndirilməsi və regional
əməkdaşlıq üçün yeni imkanların yaradılması ilə birbaşa bağlıdır.
Bu gün qarşıya qoyulan məqsəd muxtar respublikanın mövcud potensialını
qorumaqla kifayətlənmək deyil, həmin potensialı yeni iqtisadi və geostrateji
imkanlara çevirməkdir. Naxçıvanın enerji istehsalçısı və ixracatçısı, sənaye və
logistika mərkəzi kimi inkişaf etdirilməsi, kənd təsərrüfatı imkanlarının
genişləndirilməsi və müdafiə potensialının daha da gücləndirilməsi bu
strategiyanın əsas elementləridir. Dövlətimizin başçısının səfəri Naxçıvanın
inkişafında yeni mərhələnin mühüm siyasi və iqtisadi mesajlarını özündə əks
etdirən əlamətdar hadisə kimi dəyərləndirilir.
Xəbər lenti
Hamısına baxHadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18

