/ / “Dilimiz milli kimliyimiz, əlifbamız milli-mənəviyyatımızdır” mövzusunda elmi-praktik tədbir keçirilib
“Dilimiz milli kimliyimiz, əlifbamız milli-mənəviyyatımızdır” mövzusunda elmi-praktik tədbir keçirilib
31.07.2026 [17:38]
YAP Xaçmaz rayon təşkilatı və Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş “Dilimiz milli kimliyimiz, əlifbamız milli-mənəviyyatımızdır” mövzusunda elmi-praktik tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra tədbir iştirakçılarına mövzuya həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan YAP Xaçmaz rayon təşkilatının sədri Emil Tağıyev geniş məruzə ilə çıxış edərək bildirib ki, avqustun 1-i ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur. Bu əlamətdar tarix təkcə ana dilimizin zənginliyinə ehtiramın ifadəsi deyil, həm də xalqımızın milli yaddaşına, dövlətçilik ənənələrinə və mənəvi dəyərlərinə sədaqətin təntənəsidir. Dil sadəcə ünsiyyət vasitəsi olmaqla yanaşı, xalqın tarixini, mədəniyyətini, dünyagörüşünü və milli ruhunu gələcək nəsillərə daşıyan ən etibarlı körpüdür. Azərbaycan dili əsrlər boyu müxtəlif tarixi sınaqlardan keçərək öz saflığını və zənginliyini qoruyub saxlamışdır. Xalqımızın müstəqil dövlətə malik olmadığı dövrlərdə belə məhz ana dili milli varlığımızın yaşamasını təmin edən ən güclü amil olmuşdur. Ümummilli Lider Heydər Əliyev hər zaman xalqı və milləti formalaşdıran əsas amilin məhz ana dili olduğunu vurğulayırdı.
Sovet hakimiyyəti illərində milli dillərin sıxışdırılması siyasətinin gücləndiyi bir dövrdə Azərbaycan dilinin hüquqlarını müdafiə etmək böyük cəsarət tələb edirdi. Lakin Ulu Öndər Heydər Əliyev qətiyyətli mövqeyi ilə seçilərək ana dilinin dövlət dili kimi tanınması uğrunda ardıcıl mübarizə aparmış və ziyalıları bu müqəddəs məqsəd ətrafında birləşdirmişdir. Məhz onun təşəbbüsü ilə 1978-ci il Azərbaycan SSR Konstitusiyasında "Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir" müddəasının təsbit edilməsi milli tariximizin ən mühüm hadisələrindən birinə çevrilmiş və gələcək müstəqil dövlətimizin dil siyasətinin hüquqi-mənəvi təməlini formalaşdırmışdır.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ana dilinin inkişafı dövlət siyasətinin prioritet istiqamətinə çevrilmişdir. 1995-ci il Konstitusiyasında dövlət dilinin Azərbaycan dili kimi təsbit edilməsi milli iradənin təntənəsi idi. Ardınca qəbul olunan "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Fərman, Dövlət Dil Komissiyasının yaradılması, "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" Fərman, həmçinin "Azərbaycan Respublikasında dövlət dili haqqında" Qanun ana dilimizin hüquqi əsaslarını daha da möhkəmləndirmişdir.
Bu siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının Azərbaycan dilinin saflığının qorunması, latın qrafikalı nəşrlərin genişləndirilməsi, rəqəmsal məkanda tətbiqinin artırılması və dilçiliyin inkişafına dair Dövlət Proqramının qəbul edilməsi istiqamətində imzaladığı sərəncamlar ana dilimizin inkişafına göstərilən ali diqqətin bariz nümunəsidir. Qloballaşma dövründə xarici sözlərdən yersiz istifadənin qarşısının alınması və dil normalarının qorunması hər bir Azərbaycan vətəndaşının mənəvi borcudur.
Tədbirdə YAP Xaçmaz rayon təşkilatı Mədəniyyət idarəsinin ərazi partiya təşkilatının sədri, Heydər Əliyev Mərkəzinin direktoru Könül Əskərova qurumun fəaliyyəti və görülən işlər barədə hesabat məruzəsi ilə çıxış edib. Daha sonra Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin əməkdaşı Fərid Musayev, Tarix-Diyarşünaslıq Mərkəzinin direktoru Mehdiyeva Pakizə, şair Telman Təravət və Gənclər kitabxanasının əməkdaşı Xəyalə Müslümova çıxış edərək Azərbaycan əlifbası və dilinin inkişafında Ulu Öndər Heydər Əliyevin müstəsna rolundan danışıblar.
Tədbir iştirakçıları mədəniyyət sahəsinə və ana dilimizin inkişafına göstərilən hərtərəfli diqqətə və qayğıya görə Partiyamızın sədri, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
Xəbər lenti
Hamısına baxSiyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20
Gündəm
31 İyul 15:17
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:54
YAP xəbərləri
31 İyul 14:52
Elm
31 İyul 14:27
Sosial
31 İyul 14:09
Elanlar
31 İyul 13:55
YAP xəbərləri
31 İyul 13:52
Xəbər lenti
31 İyul 13:45
Gündəm
31 İyul 12:55
Xəbər lenti
31 İyul 12:45
Sosial
31 İyul 12:39
İqtisadiyyat
31 İyul 12:32
Hadisə
31 İyul 12:32
İqtisadiyyat
31 İyul 12:06
YAP xəbərləri
31 İyul 12:04
YAP xəbərləri
31 İyul 12:04
Analitik
31 İyul 11:15
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 | 31 |

