Milli kimliyin və dövlətçiliyin əsas dayağı
31.07.2026 [14:52]
Qloballaşmanın sürətləndiyi, informasiya texnologiyalarının həyatın bütün sahələrinə nüfuz etdiyi müasir dövrdə milli dillərin qorunması hər bir dövlət üçün strateji əhəmiyyət daşıyan məsələlərdən biridir. Xarici dillərin təsirinin artdığı, rəqəmsal kommunikasiya vasitələrinin gündəlik həyatın ayrılmaz hissəsinə çevrildiyi bir şəraitdə ana dilinin saflığını, zənginliyini və funksionallığını qorumaq təkcə dil məsələsi deyil, həm də milli kimliyin, mədəni irsin və dövlətçilik ənənələrinin qorunması deməkdir. Bu baxımdan Azərbaycan dövləti dövlət dili siyasətini müasir dövrün çağırışlarına uyğun olaraq ardıcıl şəkildə inkişaf etdirir.
Azərbaycan dilinin dövlət dili kimi möhkəmləndirilməsi və inkişafı Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik konsepsiyasının mühüm istiqamətlərindən biri olub. Ulu Öndər ana dilini xalqın milli varlığının əsas dayağı hesab edir, "Dil hər bir millətin milliliyinin əsasıdır" fikri ilə dilin milli kimliyin formalaşmasındakı rolunu xüsusi vurğulayırdı. Məhz onun təşəbbüsü ilə həyata keçirilən hüquqi və institusional islahatlar nəticəsində Azərbaycan dili dövlət idarəçiliyində, təhsil sistemində, elm və mədəniyyət sahələrində aparıcı mövqeyə yüksəldi. Avqustun 1-nin Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi təsis olunması da ana dilinə göstərilən yüksək dövlət qayğısının mühüm ifadəsidir.
Bu siyasi kurs Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirilir. Dövlət başçısı çıxışlarında dəfələrlə vurğulayıb ki, Azərbaycan dilinin saflığının qorunması yalnız dilçilərin deyil, bütün cəmiyyətin ümumi məsuliyyətidir. Televiziya və radio məkanında, yazılı və elektron mediada, rəsmi sənədlərdə, eləcə də gündəlik ünsiyyətdə ədəbi dil normalarına riayət olunması, lüzumsuz xarici söz və ifadələrin işlədilməsinin qarşısının alınması milli dil siyasətinin əsas istiqamətlərindəndir. Çünki ana dilinin zəifləməsi milli-mədəni kimliyin aşınmasına gətirib çıxara bilər.
Son illərdə həyata keçirilən tədbirlər dövlətin bu sahəyə sistemli yanaşmasının bariz göstəricisidir. Latın qrafikalı kitabların kütləvi nəşri, Azərbaycan Milli Ensiklopediyasının hazırlanması, dünya ədəbiyyatı nümunələrinin ana dilimizə tərcümə edilərək nəşri, "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın təsdiqi dilimizin elmi və praktik inkişafına mühüm töhfələr verib. Bununla yanaşı, Azərbaycan dilinin rəqəmsal mühitdə istifadəsinin genişləndirilməsi, elektron resursların zənginləşdirilməsi və informasiya texnologiyalarında tətbiq imkanlarının artırılması müasir dövrün tələblərinə uyğun yeni perspektivlər yaradıb.
Dövlət dilinin qorunması istiqamətində normativ-hüquqi bazanın daim təkmilləşdirilməsi də bu siyasətin ardıcıl xarakter daşıdığını göstərir. "Azərbaycan dilinin Orfoqrafiya Normaları"nın təsdiq edilməsi, dövlət dilindən istifadəyə nəzarət mexanizmlərinin gücləndirilməsi, eləcə də bu sahədə səlahiyyətlərin Mədəniyyət Nazirliyinə həvalə olunması vahid dövlət dili siyasətinin daha səmərəli həyata keçirilməsinə xidmət edir. Bu addımlar Azərbaycan dilinin normalarının qorunmasına, tətbiqinin təkmilləşdirilməsinə və cəmiyyətdə dil mədəniyyətinin yüksəldilməsinə mühüm töhfə verir.
Müasir dövrdə dilin qorunması yalnız hüquqi mexanizmlərlə məhdudlaşmır. Rəqəmsal texnologiyaların, sosial şəbəkələrin və süni intellekt platformalarının geniş yayıldığı şəraitdə Azərbaycan dilinin elektron məkanda inkişafı, müasir terminologiya ilə zənginləşdirilməsi və yeni kommunikasiya vasitələrində düzgün tətbiqi xüsusi əhəmiyyət kəsb edir. Bu istiqamətdə görülən işlər ana dilimizin qlobal informasiya məkanında rəqabət qabiliyyətini artırmaqla yanaşı, gələcək nəsillərə zəngin dil irsinin ötürülməsinə də xidmət edir.
Bu gün Azərbaycan dili müstəqil dövlətimizin əsas rəmzlərindən biri olmaqla yanaşı, dünya azərbaycanlılarını birləşdirən ən güclü mənəvi bağdır. Onun saflığının qorunması, zənginləşdirilməsi və gələcək nəsillərə olduğu kimi çatdırılması hər bir vətəndaşın mənəvi borcudur. Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət dili siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi onu göstərir ki, ana dilimizin inkişafı və qorunması bundan sonra da dövlət siyasətinin əsas prioritetlərindən biri olaraq qalacaq. Bu siyasət milli kimliyimizin, mədəni irsimizin və dövlətçiliyimizin etibarlı təminatı kimi Azərbaycanın gələcək inkişafında mühüm rol oynamağa davam edəcək.
Natiq Quluzadə
YAP Zəngilan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Xəbər lenti
02 Avqust 00:23
Dünya
01 Avqust 23:18
Xəbər lenti
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Xəbər lenti
01 Avqust 21:16
Xəbər lenti
01 Avqust 20:30
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20
Gündəm
31 İyul 15:17
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:56

