Ulu Öndər Heydər Əliyevin tarixi missiyası
30.07.2026 [10:35]
Səyyad Mirzəyev
YAP Ağdam rayon təşkilatının əməkdaşı
"Dil hər bir xalqın milliliyinin, mənəvi dəyərlərinin, mədəniyyətinin yaşamasını təmin edən əsas amildir." Bu fikir Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dilinə verdiyi yüksək dəyərin, milli-mənəvi irsə sonsuz bağlılığının və dövlətçilik fəlsəfəsinin parlaq ifadəsidir. Ana dilinə sevgi Ulu Öndərin siyasi fəaliyyətinin bütün mərhələlərində dəyişməz prinsip olmuş, onun həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycan dili dövlətçiliyimizin ən mühüm atributlarından biri kimi möhkəmlənmişdir. Hər il avqustun 1-də qeyd olunan Azərbaycan əlifbası və Azərbaycan dili günü xalqımızın milli kimliyinə, zəngin dil irsinə və dövlət dilinə göstərilən ehtiramın təntənəsidir. Bu əlamətdar günün təsis edilməsi də məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyevin 9 avqust 2001-ci il tarixli Sərəncamı ilə hər il 1 Avqustun Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunması qərara alındı. Bu mühüm qərar Azərbaycan dilinin inkişafına göstərilən dövlət qayğısının hüquqi və siyasi ifadəsinə çevrildi.
Ulu Öndər hələ sovet hakimiyyəti dövründə milli maraqların müdafiəsində böyük cəsarət göstərirdi. O illərdə ittifaq respublikalarında dövlət dillərinin hüquqlarının genişləndirilməsi asan məsələ deyildi. Lakin Heydər Əliyevin qətiyyətli mövqeyi nəticəsində 1978-ci il Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunmasına nail olundu.Bu addım milli özünüdərkin qorunması baxımından tarixi hadisə idi və gələcək müstəqil dövlətçilik üçün möhkəm hüquqi-siyasi zəmin yaratdı. Ulu Öndər Heydər Əliyev çıxışlarının birində deyirdi: "Hər bir xalq öz dili ilə yaranır. Ancaq xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya səviyyəsinə qaldırmaq dövlət xadimlərinin fəaliyyətinin nəticəsidir." Bu fikirlər onun dövlət dili siyasətinin mahiyyətini tam əks etdirir. O, ana dilinin yalnız ünsiyyət vasitəsi deyil, xalqın milli yaddaşı, tarixi və mənəvi sərvəti olduğunu dəfələrlə vurğulayırdı. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra dövlət dilinin inkişafı keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Ümummilli Liderin rəhbərliyi ilə Azərbaycan dili dövlət idarəçiliyində, təhsil sistemində, məhkəmə-hüquq orqanlarında və bütün rəsmi sənədlərdə əsas ünsiyyət vasitəsinə çevrildi. Latın qrafikalı əlifbaya keçid prosesi uğurla başa çatdırıldı, klassik və müasir ədəbiyyat nümunələri yeni əlifba ilə yenidən nəşr edildi, milli kitabxana fondları zənginləşdirildi. 2002-ci ildə qəbul edilən "Azərbaycan Respublikasında dövlət dili haqqında" Qanun ana dilimizin hüquqi müdafiəsini daha da gücləndirdi. Bu qanun dövlət dilinin tətbiqi, qorunması və inkişafı istiqamətində mühüm hüquqi mexanizmlər müəyyənləşdirdi. Bu gün Ulu Öndərin müəyyən etdiyi dil siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının imzaladığı fərman və sərəncamlar Azərbaycan dilinin saflığının qorunmasına, terminologiyanın zənginləşdirilməsinə, rəqəmsal informasiya məkanında düzgün istifadəsinə və beynəlxalq aləmdə təbliğinə yeni imkanlar açmışdır.
Prezident İlham Əliyev qeyd edir: "Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici sözə ehtiyac yoxdur. Sadəcə olaraq, dilimizi qorumalıyıq." Bu fikir dövlət dilinin inkişafına yönəlmiş siyasətin əsas istiqamətlərini müəyyənləşdirir. Dövlət başçısı dəfələrlə vurğulayıb ki, Azərbaycan dilinin saflığının qorunması hər bir vətəndaşın mənəvi borcudur. Bu gün Azərbaycan dili yalnız ölkə daxilində deyil, beynəlxalq müstəvidə də nüfuzunu artırır. Xarici universitetlərdə Azərbaycan dili tədris olunur, dünya azərbaycanlıları ana dilinin qorunması istiqamətində fəal fəaliyyət göstərirlər. Rəqəmsal texnologiyaların inkişafı fonunda Azərbaycan dilində elektron resursların, lüğətlərin, elmi bazaların və media platformalarının sayı durmadan artır. Ana dili xalqın milli varlığının əsas göstəricisidir. Tarix göstərir ki, öz dilini qoruyan xalq milli kimliyini, dövlətçiliyini və mədəniyyətini də qorumağı bacarır. Məhz buna görə də Heydər Əliyev Azərbaycan dilini milli ideologiyanın əsas dayaqlarından biri hesab edir, bu istiqamətdə ardıcıl və prinsipial siyasət həyata keçirirdi. Azərbaycan əlifbası və Azərbaycan dili günü hər bir vətəndaşı ana dilinə daha böyük sevgi ilə yanaşmağa, onu qorumağa və gələcək nəsillərə saf şəkildə ötürməyə çağırır. Bu gün həm də Ümummilli Lider Heydər Əliyevin milli-mənəvi dəyərlərimizin qorunması naminə göstərdiyi misilsiz xidmətlərin bir daha ehtiramla xatırlandığı gündür. Dövlət dili uğrunda ardıcıl mübarizə aparan, ən mürəkkəb siyasi şəraitdə belə milli maraqlardan geri çəkilməyən Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan dili bu gün dövlət müstəqilliyimizin rəmzlərindən birinə çevrilmişdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasət uğurla davam etdirilir və ana dilimizin gələcək inkişafı üçün yeni üfüqlər açılır. Azərbaycan dilinin zənginliyi, saflığı və nüfuzu bundan sonra da xalqımızın milli birliyinin, dövlətçiliyinin və mənəvi gücünün əsas dayaqlarından biri olaraq qalacaqdır.
Xəbər lenti
Hamısına baxDünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18
Siyasət
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:07
Gündəm
25 Sentyabr 12:05
Gündəm
25 Sentyabr 12:03
İqtisadiyyat
25 Sentyabr 12:03
Siyasət
25 Sentyabr 11:42

