/ / Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda Azərbaycanın qlobal çağırışlara baxışını və strateji mövqeyini bir daha bəyan etdi
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda Azərbaycanın qlobal çağırışlara baxışını və strateji mövqeyini bir daha bəyan etdi
16.07.2026 [14:05]
İlqar İlyasov
Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri
Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda çıxışı müasir beynəlxalq münasibətlər sistemində Azərbaycanın artan nüfuzunu, müstəqil xarici siyasət kursunu və qlobal proseslərə yanaşmasını bir daha nümayiş etdirdi. Dünyanın müxtəlif ölkələrindən media nümayəndələrini, ekspertləri və analitikləri bir araya gətirən forum artıq beynəlxalq informasiya məkanının mühüm platformalarından birinə çevrilib. İştirakçıların sayının ildən-ilə artması, Şuşanın qlobal dialoq mərkəzi kimi mövqeyinin möhkəmlənməsi Azərbaycanın beynəlxalq nüfuzunun bariz göstəricisidir.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Qarabağda, xüsusilə də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada belə mötəbər auditoriyanı qəbul etmək böyük şərəf olmaqla yanaşı, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra yaratdığı yeni siyasi reallıqların dünyaya təqdim edilməsinin mühüm ifadəsidir. İşğaldan azad olunmuş torpaqlarda keçirilən beynəlxalq tədbirlər Azərbaycanın qələbəsinin, dövlətimizin gücünün və bölgədə formalaşdırdığı yeni inkişaf modelinin əyani təcəssümüdür.
Dövlətimizin başçısı çıxışında Azərbaycanın xarici siyasət prioritetlərinə toxunaraq Avropa İttifaqı ilə əməkdaşlığın inkişaf etdiyini, Brüssel istiqamətində intensiv siyasi təmasların davam etdiyini vurğuladı. Eyni zamanda, ABŞ ilə münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu bildirərək, Tramp Administrasiyası dövründə Azərbaycan–ABŞ əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini qeyd etdi. Bu yanaşma Azərbaycanın bütün tərəfdaşlarla qarşılıqlı hörmət və milli maraqlar əsasında əməkdaşlıq siyasətinin uğurla davam etdirildiyini göstərir.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın beynəlxalq nüfuzunun artmasına da xüsusi diqqət çəkərək vurğuladı ki, ölkəmiz artıq orta gücə malik dövlət kimi qəbul olunur. Bu status təsadüfi deyil. Son otuz ildən artıq müddətdə həyata keçirilən uzaqgörən dövlət siyasəti, iqtisadi inkişaf, enerji təhlükəsizliyinə verilən töhfələr, müstəqil xarici siyasət və Vətən müharibəsində qazanılan tarixi Zəfər Azərbaycanın dünya miqyasında söz sahibi olan dövlətlərdən birinə çevrilməsini təmin edib.
Forumda enerji təhlükəsizliyi məsələləri də geniş yer aldı. Prezident İlham Əliyev bildirdi ki, Rusiya–Ukrayna müharibəsinin başlanmasından sonra Azərbaycan qazına Avropada tələbat əhəmiyyətli dərəcədə artıb. Bu gün ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş kimi mühüm rol oynayır. Bununla yanaşı, Azərbaycanda bərpaolunan enerji sahəsində həyata keçirilən irimiqyaslı layihələr, günəş və külək enerjisi potensialının səmərəli istifadəsi, yaşıl enerji zonalarının yaradılması gələcəyin enerji strategiyasının əsas istiqamətlərini təşkil edir.
Prezident İlham Əliyev rəqəmsal transformasiya və süni intellektin inkişafını da dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi dəyərləndirdi. Bu sahədə həyata keçirilən islahatlar Azərbaycanın innovativ inkişaf modelinə keçidini sürətləndirir, iqtisadiyyatın rəqabət qabiliyyətini artırır və ölkənin regional texnologiya mərkəzlərindən birinə çevrilməsi üçün geniş imkanlar yaradır.
Dövlətimizin başçısı çıxışında beynəlxalq hüququn ikili standartlarla tətbiq olunmasını da konkret faktlarla diqqətə çatdırdı. O qeyd etdi ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi dövrdə ölkəmizə qarşı heç bir sanksiya tətbiq edilməmiş, əksinə, Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra müəyyən dairələr tərəfindən qərəzli münasibətlər sərgilənmişdir. Bu yanaşma beynəlxalq təşkilatların fəaliyyətində obyektivliyin və ədalətin vacibliyini bir daha gündəmə gətirir.
Prezident İlham Əliyev Fransanın müstəmləkəçilik siyasətini və neo-kolonial yanaşmasını da sərt tənqid edərək XXI əsrdə minlərlə kilometr uzaqlıqda yerləşən xalqlar üzərində müstəmləkə idarəçiliyinin qəbuledilməz olduğunu vurğuladı. Azərbaycanın bu məsələlərə həssas yanaşmasının əsas səbəblərindən birinin ölkəmizin də uzun illər müxtəlif imperiyaların tərkibində yaşaması və azadlığın əsl dəyərini yaxşı bilməsi olduğu xüsusi qeyd edildi.
Çıxış zamanı BMT-də islahatların aparılması zərurəti də diqqət mərkəzində oldu. Prezident İlham Əliyev vurğuladı ki, beynəlxalq münasibətlər sistemində ədalətin təmin olunması üçün BMT Təhlükəsizlik Şurasında islahatlar aparılmalı, inkişaf etməkdə olan ölkələrin və Qoşulmama Hərəkatının maraqları daha geniş şəkildə təmsil olunmalıdır. Azərbaycanın təklif etdiyi inklüzivlik prinsipi məhz beynəlxalq idarəetmədə daha balanslı və ədalətli mexanizmlərin formalaşdırılmasına xidmət edir.
Forumda qlobal sülh və təhlükəsizlik məsələlərinə də toxunan dövlətimizin başçısı Afrikada və dünyanın müxtəlif bölgələrində sülhün bərqərar olmasının bütün bəşəriyyət üçün mühüm əhəmiyyət daşıdığını bildirdi. Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi dövründə nümayiş etdirdiyi həmrəylik siyasəti də məhz bu prinsiplərə əsaslanır.
Prezident İlham Əliyevin çıxışında xüsusi vurğulanan əsas ideyalardan biri də xalqımızın tarixi təcrübəsi idi. Azərbaycan xalqı işğalın acı nəticələrini, şəhər və kəndlərin dağıdılmasını yaşamış, eyni zamanda Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə tarixi Zəfəri qazanmış və bu gün genişmiqyaslı bərpa-quruculuq prosesinin birbaşa iştirakçısına çevrilmişdir. “Heç vaxt işğalla barışmamaq” prinsipi Azərbaycanın dövlət siyasətinin əsas xəttini təşkil etmiş və məhz bu qətiyyət ölkəmizi tarixi ədalətin bərpasına gətirib çıxarmışdır.
IV Şuşa Qlobal Media Forumu bir daha nümayiş etdirdi ki, Azərbaycan bu gün təkcə regionun deyil, daha geniş coğrafiyanın siyasi, iqtisadi və informasiya gündəliyinə təsir göstərən mühüm aktorlardan biridir. Prezident İlham Əliyevin forumda səsləndirdiyi fikirlər ölkəmizin milli maraqlara söykənən müstəqil siyasətinin, beynəlxalq hüquqa əsaslanan mövqeyinin və qlobal çağırışlara verdiyi konstruktiv töhfələrin məntiqi ifadəsi olmaqla yanaşı, Azərbaycanın gələcək inkişaf strategiyasının əsas istiqamətlərini də aydın şəkildə ortaya qoyur.
Xəbər lenti
Hamısına baxMədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Xəbər lenti
02 Avqust 00:23
Dünya
01 Avqust 23:18
Xəbər lenti
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Xəbər lenti
01 Avqust 21:16
Xəbər lenti
01 Avqust 20:30
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54

