Azərbaycan-Slovakiya münasibətləri: praqmatik siyasət və etibarlı tərəfdaşlıq
16.07.2026 [09:57]
Azərbaycan Prezidenti İlham Əliyevin azad olunmuş torpaqlarımıza, Qarabağa bu dəfəki səfəri həm də mühüm rəsmi tədbirlərlə müşayiət olundu. Əvvəlcə iyulun 13-də IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində iştirak edərək media nümayəndələrinin çoxsaylı suallarına verdiyi cavablarla regional və qlobal problemlərin bütöv bir spektrinə münasibətini ifadə edən dövlət başçımız bir gün sonra, iyulun 14-də Şuşada Slovakiyanın Prezidenti Peter Pelleqrini ilə görüş keçirdi. Görüşdən sonra hər iki prezidentin mətbuata verdikləri bəyanatlar həm ikitərəfli münasibətlərin dinamikası, həm də Azərbaycanın post-münaqişə dövründəki regional statusu baxımından çox mühüm siyasi və diplomatik kodlar daşıyır.
Qeyd edək ki, Mərkəzi Avropa ölkəsi olan Slovakiyanın ərazisi 49 min kvadratkilometrdən, əhalisi 5,4 milyon nəfərdən bir az artıq olsa da, bu ölkə öz regionunun ən inkişaf etmiş dövlətlərindən biri sayılır. 1918-1992-ci illərdə Çexoslovakiyanın tərkibində olan Slovakiyanın parlamenti müstəqillik haqqında bəyannaməni 1992-ci ilin iyul ayında qəbul etmiş, 1993-cü il yanvarın 1-də isə federasiyanın rəsmi parçalanması baş vermişdir. Başqa sözlə, Slovakiya da Azərbaycan kimi sosialist blokunun iflasından sonra müstəqillik əldə etmiş yeni dövlətlərdəndir. Ölkə 2004-cü ilin mart ayından NATO-nun, həmin ilin may ayından isə Avropa İttifaqının üzvüdür.
Bu baxımdan, ölkəmizin Slovakiya ilə münasibətləri kifayət qədər böyük maraq doğurur. Son illərdə iki dövlətin rəsmi şəxsləri, xüsusən liderləri arasında intensivləşən dialoq və görüşlər Şuşa görüşü ilə özünün növbəti zirvəsini yaşadı. Belə ki, Prezident Peter Pelleqrini bundan əvvəl üç dəfə – iki dəfə baş nazir və parlament sədri vəzifəsində, bir dəfə isə COP29-da iştirak məqsədi ilə Azərbaycana səfərə gəlsə də, Slovakiyanın dövlət başçısı kimi ölkəmizə ilk dəfə rəsmi səfərə gəldi. Öz növbəsində Prezident İlham Əliyev 2025-ci il dekabrın 8-də slovak dövlətinin paytaxtı Bratislavaya rəsmi səfər etmişdi və bunu elə öz bəyanatının əvvəlində məmnunluqla qeyd etdi. İki dost dövlətin liderləri arasında hazırkı görüşün isə məhz Şuşada baş tutması, rəsmi protokolların Qarabağın ürəyi sayılan Şuşada icra olunması və Azərbaycan Prezidentinin bəyanatında səsləndirilən “Sizi bir daha Azərbaycanda, Qarabağda salamlayıram” ifadəsi Azərbaycanın öz torpaqları üzərində suverenliyinin beynəlxalq səviyyədə qəbul edilməsinin növbəti əyani nümayişi idi. Bu baxımdan, Aİ və NATO üzvü olan bir dövlətin rəhbərinin rəsmi səfər çərçivəsində birbaşa Qarabağa gəlməsi Azərbaycanın ərazi bütövlüyünə və post-münaqişə reallıqlarına verilən hüquqi və mənəvi dəstəyin göstəricisidir.
Prezident İlham Əliyev öz bəyanatında xüsusi qeyd etdi ki, iki dövlət arasında əlaqələr sadəcə bəyanatlardan ibarət deyil, ortada konkret, praktiki nəticələr var. Belə ki, hələ 2024-cü il mayın 7-də Slovakiyanın baş naziri Robert Fitsonun ölkəmizə səfəri zamanı Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında Strateji Tərəfdaşlığın Qurulması haqqında Birgə Bəyannamə imzalanmışdı. Həmin sənədin imzalanmasından sonra dövlətlər arasında münasibətlər daha sürətlə inkişaf etməyə başlayıb. Bu gün artıq Slovakiya Qarabağın yenidən qurulması prosesində iştirak edir – Ağdamın Baş Qərvənd kəndində “ağıllı kənd” layihəsini məhz slovak şirkətləri icra edirlər. Prezidentlərin iştirakı ilə iyulun 14-də təməli qoyulan slovak generalı Milan Rastislav Ştefanikin adını daşıyacaq 840 şagird yerlik Baş Qərvənd kənd tam orta məktəbi isə Slovakiya dövlətinin Azərbaycana hədiyyəsidir. İşğaldan azad edilmiş ərazilərin bərpasına investisiya yatırmaq keçmiş məcburi köçkünlərin geri qayıtmasına (Böyük Qayıdışa) böyük humanitar dəstək kimi münasibətlərin yüksək səviyyəsinin təzahürüdür.
Prezident İlham Əliyev Slovakiya ilə qurulan tərəfdaşlığı keyfiyyətcə yeni mərhələ adlandırır və 2024-cü ildə imzalanmış Birgə Bəyannamənin icrasının sürətlə getdiyini xüsusi vurğulayır. Bu, Azərbaycanın Avropada tərəfdaş axtarışında coğrafiyanı daha da şaxələndirdiyini, xüsusilə Mərkəzi və Şərqi Avropa ölkələri ilə möhkəm iqtisadi-siyasi bağlar qurduğunu göstərir. Ölkəmizə rəhbərliyinin ilk anlarından – “Əsl siyasət konkret, real iş görməkdən ibarətdir”, – deyən Azərbaycan Prezidenti iyulun 14-dəki bəyanatında da həmin mövqeyinin özünün praqmatik xarici siyasət kursunun fəlsəfəsi kimi dövlətlərarası münasibətlərdə də nümayiş etdirdiyini bir daha ortaya qoydu: “Əminəm ki, bundan sonra da bu münasibətlər uğurla inkişaf edəcək. Çünki biz konkret işlərin tərəfdarıyıq. Hər iki tərəf ikitərəfli münasibətlərə çox böyük önəm verir və deyə bilərəm ki, son illər ərzində çox güclü tərəfdaşlıq yaradılmışdır”.
İki dövlət arasında iqtisadiyyat, energetika, hərbi-texniki və digər sahələr üzrə inkişaf etdirilən çoxşaxəli əməkdaşlıq Azərbaycan-Slovakiya münasibətlərinin uğurlu perspektivindən xəbər verir. Slovakiya Azərbaycan qazının Avropaya nəqli məsələsində, xüsusən “Həmrəylik halqası” təşəbbüsü çərçivəsində əsas tərəfdaşlardan biridir. Hazırda fosil, yaxın gələcəkdə isə həm də “yaşıl enerji” ixracı fonunda bu tərəfdaşlıq strateji əhəmiyyətini qoruyub saxlayacaqdır. Hərbi-texniki sahənin prioritetlər arasında qeyd olunması Slovakiya ilə Azərbaycan arasında hərbi sənaye, müdafiə texnologiyalarının ötürülməsi və birgə istehsalat sahəsində yeni perspektivlərin açıldığını göstərir.
Prezident İlham Əliyevin Peter Pelleqrininin ölkəmizə etdiyi səfərlərin xronologiyasına istinad etməsi, onun həm parlament sədri, həm baş nazir kimi Azərbaycana səfərlərini, həmçinin Bakıda keçirilən beynəlxalq iqlim konfransındakı iştirakını xatırlatması şəxsi diplomatiya alətindən uğurla istifadə edərək, iki lider arasındakı münasibətlərin səmimiyyətə və dostluğa əsaslandığını göstərir. Digər tərəfdən, bu xatırlatma Slovakiya Prezidentinin Azərbaycanı və region reallıqlarını yaxşı tanıdığını, iki ölkə arasındakı əlaqələrin konyunktur dəyişikliklərdən asılı olmadığını və dövlətlərarası münasibətlərin hazırkı mərhələdə liderlər səviyyəsində uzunmüddətli etibarlı dostluq platformasına söykəndiyini sübut edir.
Prezident İlham Əliyevin bu bəyanatı göstərir ki, Azərbaycan öz ərazi bütövlüyünü təmin etdikdən sonra diplomatik müstəvidə yeni bir mərhələyə – sülh, yenidənqurma və beynəlxalq inteqrasiya mərhələsinə keçidini uğurla tamamlayır. Slovakiya kimi realist və praqmatik Avropa ölkələri ilə Qarabağda birgə quruculuq layihələrinin icra edilməsi Azərbaycanın regionda yaratdığı yeni geosiyasi status-kvonun Qərb tərəfindən de-fakto və de-yure qəbul edildiyini növbəti dəfə təsdiqləyir. Bəyanat bütövlükdə iki dövlət arasında sözdən konkret əmələ keçən səmimi tərəfdaşlıq ruhunda münasibətlərin gələcəyinə olan böyük inamın ifadəsi kimi diqqətəlayiq oldu.
Elman Cəfərli
YAP Naxçıvan şəhər təşkilatının sədri,
tarix üzrə fəlsəfə doktoru, dosent
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
28 Sentyabr 10:17
YAP xəbərləri
28 Sentyabr 10:05
YAP xəbərləri
28 Sentyabr 10:02
YAP xəbərləri
28 Sentyabr 10:00
YAP xəbərləri
28 Sentyabr 09:55
Dünya
28 Sentyabr 09:45
Hadisə
28 Sentyabr 09:17
Dünya
28 Sentyabr 08:50
Dünya
28 Sentyabr 08:23
Siyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33
Hərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24

