Beynəlxalq hüquq istənilən sülh üçün universal platformadır...
15.07.2026 [12:35]
Xaləddin Tağıyev
YAP Ağdam rayon təşkilatı, Ağdam Dövlət Sosial-İqtisadi Kolleci Publik Hüquqi Şəxsi ərazi partiya təşkilatının sədr müavini
Şuşa növbəti dəfə beynəlxalq dialoqun və qlobal media əməkdaşlığının mərkəzinə çevrildi. “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusuna həsr olunan IV Şuşa Qlobal Media Forumu təkcə media nümayəndələrinin görüşü deyil, həm də müasir dövrdə informasiya təhlükəsizliyi, həqiqətin qorunması və davamlı sülhün təmin olunması istiqamətində mühüm beynəlxalq platformadır. Dünyanın müxtəlif ölkələrindən media rəhbərlərini, ekspertləri və rəsmi şəxsləri bir araya gətirən Forum Azərbaycanın sülh gündəmini, postmünaqişə dövründə həyata keçirdiyi bərpa və etimad quruculuğu siyasətini beynəlxalq auditoriyaya çatdırmaq baxımından xüsusi əhəmiyyət daşıyır. Məhz bu baxımdan, Şuşada keçirilən Forum Azərbaycanın sülh təşəbbüslərinin beynəlxalq səviyyədə təqdim edilməsi, həqiqətlərin obyektiv şəkildə dünyaya çatdırılması və media vasitəsilə etimad mühitinin formalaşdırılması istiqamətində mühüm mesajlar verəcək. Şuşa Forumunda diqqət çəkən əsas məqamlardan biri müzakirə olunan mövzuların yalnız Cənubi Qafqazla məhdudlaşmaması oldu. Prezident cənab İlham Əliyevin nəqliyyat dəhlizləri, enerji təhlükəsizliyi, ABŞ ilə münasibətlər, Avropa İttifaqı ilə əməkdaşlıq, Rusiya və Çin amili, Yaxın Şərqdə baş verən proseslər, süni intellekt texnologiyaları və qlobal idarəetmə sisteminin gələcəyi ilə bağlı fikirləri Azərbaycanın beynəlxalq proseslərdə artan rolunu göstərir.
Dünyanın 54 ölkəsindən 160-a yaxın media nümayəndəsinin, ekspert və rəsmi şəxsin iştirak etdiyi Forumun məhz sülhə və etimada həsr olunması təsadüfi deyil: Çünki münaqişələrin artdığı çağdaş dünyamızda Azərbaycan real sülh qurucusu nümunəsi göstərən yeganə ölkə kimi beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunur və onun bu sahədə irəli sürdüyü bütün təşəbbüslər dəstəklənir. Azərbaycanın sülh doktrinası və etimad quruculuğu konsepsiyası ilə bağlı siyasəti artıq dünyada nəzərə alınır və birmənalı olaraq dəstəklənir. Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri suverenlik, ərazi bütövlüyü və beynəlxalq hüququn prinsiplərinə sadiqlikdir. Bu baxımdan, regionda davamlı sülh yalnız dövlətlərin ərazi bütövlüyünün qarşılıqlı tanınması, sərhədlərin toxunulmazlığı və beynəlxalq hüququn vahid standartlarla tətbiqi əsasında mümkündür.
Onu da qeyd edək ki, İranla son illərdə müəyyən gərginliklər yaşansa da, hər iki ölkənin regional sabitlik və əməkdaşlıq baxımından qarşılıqlı maraqları mövcuddur. Azərbaycan üçün əsas prioritetlər sərhəd təhlükəsizliyinin təmin edilməsi, iqtisadi əlaqələrin inkişafı və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin davam etdirilməsidir. Rusiya ilə münasibətlər də xüsusi əhəmiyyət kəsb edir. Rusiya əvvəlki illərlə müqayisədə təsir imkanları zəifləsə də, Cənubi Qafqazda hələ də mühüm aktorlardan biri olaraq qalır. Azərbaycanın Moskva ilə münasibətlərində qarşılıqlı maraqlar və suverenliyə hörmət prinsipləri əsas yer tutur. Prezident cənab İlham Əliyevin sülh mesajı beynəlxalq ictimaiyyətə də ünvanlanıb. Azərbaycan regionda təhlükəsizlik məsələlərinin həllində xarici müdaxilələrdən deyil, beynəlxalq hüquqa əsaslanan yanaşmadan çıxış edir və uzunmüddətli sülhün yalnız dövlətlərin bir-birinin suverenliyini tanıması və beynəlxalq hüquqa hörmət etməsi ilə mümkün olduğunu bildirir.
Azərbaycan Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında bildirib ki, biz sərhədlərimizin həm şimalında, həm cənubunda tezliklə sülhün bərqərar edilməsini istəyirik. Ancaq sülh ədalətli olmalıdır və beynəlxalq hüquqa söykənməlidir. Dövlətimizin başçısı vurğulayıb ki, bu, yalnız hansısa tərəfin iddiaları və ya gündəliyi əsasında olmalı deyil. Beynəlxalq hüquq istənilən münaqişənin həlli, sülh üçün universal platformadır: "Ermənistanla münaqişə dövründə də biz hər zaman beynəlxalq hüququn tərəfdarı olmuşuq".
IV Şuşa Qlobal Media Forumu bir daha göstərdi ki, Şuşa artıq yalnız Azərbaycanın mədəniyyət paytaxtı deyil, həm də qlobal media və beynəlxalq dialoq platformalarından birinə çevrilib. Prezident İlham Əliyevin forumdakı çıxışı informasiya təhlükəsizliyi, həqiqətin qorunması və media vasitəsilə etimadın bərpası istiqamətində beynəlxalq əməkdaşlığın vacibliyini ön plana çıxardı. Bu baxımdan forum həm Azərbaycanın beynəlxalq nüfuzunun gücləndirilməsi, həm də qlobal media əməkdaşlığının inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Xəbər lenti
Hamısına baxGündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08

