Bu gün Azərbaycanın regional məsələlərdə rolu təbii olaraq artır
15.07.2026 [11:23]
Azərbaycanın mədəniyyət paytaxtı Şuşa artıq 4-cü ildir ki, qlobal media foruma ev sahibliyi edir. İlbəil dünya ictimaiyyətinin diqqətini cəlb edən platformalardan birinə çevrilən IV Şuşa Qlobal Media Forumu beynəlxalq xarakterini daha da möhkəmləndirib. 53 ölkədən 160 qonaq, o cümlədən 30 xəbər agentliyinin nümayəndələri, 60-dan artıq media qurumu, bu sahədə fəaliyyət göstərən 10 beynəlxalq təşkilat və təsisatın iştirak bunu bir daha təsdiqləyir. Bu dəfəki forumda da Prezident İlham Əliyev beynəlxalq KİV nümayəndələrinin suallarını cavablandırdı. Beynəlxalq media mənsubları əsasən regionda və dünyada baş verən münaqişələr, geosiyasi proseslər, bir sözlə, qlobal dünya gündəmini əhatə edən mövzularla bağlı cənab Prezidentə suallar ünvanladılar.
Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumundakı çıxışı Azərbaycanın beynəlxalq media dialoqu, regional əməkdaşlıq və nəqliyyat-logistika imkanları ilə bağlı strateji baxışını bir daha ortaya qoydu. Dövlət başçımız Forumun artıq qlobal miqyasda nüfuz qazandığını, Qarabağın bərpasının beynəlxalq ictimaiyyətə nümayiş etdirilməsi baxımından mühüm platformaya çevrildiyini, eyni zamanda Azərbaycanın Avrasiyanın mühüm tranzit və enerji mərkəzi kimi rolunun daha da gücləndiyini bəyan etdi.
Dövlət başçımızın da söylədiyi kimi, forum iştirakçılarının əksəriyyəti Qarabağa ilk səfərlərində dağıdılmış şəhər və kəndlərin mənzərəsini görüblər. Bu gün isə həmin qonaqlar artıq yenidən qurulan şəhərlərin, inşa edilən yaşayış məhəllələrinin, doğma torpaqlarına qayıdan insanların həyatının şahidinə çevrilirlər. Bu xüsusda forumun əsas üstünlüklərindən biri də ictimai rəyin formalaşmasına təsir edən nüfuzlu media nümayəndələrinin Qarabağ həqiqətlərini yerində görməsi və obyektiv şəkildə dünyaya çatdırmasıdır.
Azərbaycanın beynəlxalq nəqliyyat və logistika imkanları dünya mediasının da diqqət mərkəzindədir. Cənab Prezident bu mövzu ilə bağlı suala cavab olaraq bildirdi ki, “hər hansı ölkənin tranzit mərkəzinə çevrilməsi yalnız əlverişli coğrafi mövqedən deyil, həm də qonşularla sağlam və etibarlı münasibətlərdən asılıdır”. Azərbaycan isə uzun illər ərzində coğrafi üstünlüklərini real iqtisadi imkanlara çevirmək üçün ardıcıl siyasət həyata keçirib. Bu məqsədlə ilk növbədə müasir nəqliyyat infrastrukturu yaradılıb. Enerji layihələrinin uğurla həyata keçirilməsini də bu siyasətin mühüm nəticələrindəndir. Azərbaycanın təşəbbüskarı və əsas maliyyə tərəfdaşı olduğu enerji layihələri bu gün bir çox dövlətlərin enerji təhlükəsizliyinə mühüm töhfə verir. Eyni yanaşma nəqliyyat-kommunikasiya layihələrində də tətbiq olunur və bu, regional əməkdaşlığın daha da genişlənməsinə xidmət edir.
Mövcud geosiyasi vəziyyət də Azərbaycanın tranzit imkanlarının əhəmiyyətini daha da artırmaqdadır. Orta Şərqdə baş verən hadisələr fonunda ölkəmizdən keçən nəqliyyat dəhlizləri daha da cəlbedici olub. Həm hava, həm dəniz, həm də quru daşımalarında Azərbaycanın təhlükəsiz və etibarlı marşrut kimi seçilməsi ölkənin strateji əhəmiyyətini artırır. Cənab Prezident də vurğuladı ki, Azərbaycan artan yük axınını qəbul etməyə hazırdır və bu istiqamətdə infrastruktur imkanlarının daha da genişləndirilməsi üzərində işlər davam etdirilir. Bu xüsusda Mərkəzi Asiya ölkələri, Gürcüstan, Türkiyə və Avropa Komissiyası ilə əməkdaşlığın genişlənməsi də Orta Dəhlizin inkişafına mühüm töhfə verir. Azərbaycanın bütün bu proseslərdə etibarlı tərəfdaş kimi çıxış etməsi, əməkdaşlığa üstünlük verməsi və regional məsələlərin qarşılıqlı hörmət əsasında həllinə çalışması ölkənin beynəlxalq nüfuzunu daha da artırır.
Çıxışın digər mühüm istiqaməti Azərbaycanın balanslaşdırılmış xarici siyasət kursu ilə bağlı idi. Prezident Türkiyə ilə müttəfiqlik münasibətlərindən, Avropa İttifaqı ilə əməkdaşlığın yeni mərhələyə keçməsindən, ABŞ-la strateji tərəfdaşlığın genişlənməsindən, Mərkəzi Asiya ölkələri ilə əlaqələrin dərinləşməsindən və İslam dünyasında həmrəyliyin vacibliyindən bəhs etdi. Bu yanaşma göstərir ki, Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəfli əməkdaşlıq və qarşılıqlı faydaya əsaslanan siyasəti prioritet hesab edir.
Prezident həmçinin rəqəmsal transformasiya və süni intellekti ölkənin gələcək inkişaf strategiyasının mühüm istiqaməti kimi təqdim etdi. Süni intellekt sahəsində milli strategiyanın qəbul edilməsi və bu istiqamətdə institusional mexanizmlərin yaradılması Azərbaycanın iqtisadiyyatın şaxələndirilməsi və innovasiya əsaslı inkişaf modelinə keçid niyyətini göstərən mühüm mesajlardan biri idi. Bu da təbii ki, Azərbaycanın gələcəyini yalnız enerji resursları üzərində deyil, bilik, texnologiya və innovasiya üzərində qurmaq istəyini diqqətə çatdırdı.
Ümumilikdə, Prezident İlham Əliyevin çıxışı Azərbaycanın xarici siyasətində yeni mərhələnin konturlarını nümayiş etdirdi. Əsas mesaj ondan ibarət idi ki, ölkəmiz postmünaqişə dövrünü yeni inkişaf mərhələsinə çevirib, regional sabitlik, enerji və nəqliyyat təhlükəsizliyi, rəqəmsal transformasiya və beynəlxalq əməkdaşlıq sahələrində daha fəal rol oynamağa hazırdır. Bu baxımdan, Şuşa Qlobal Media Forumu yalnız media nümayəndələrinin görüşü deyil, həm də Azərbaycanın beynəlxalq mövqeyini, prioritetlərini və gələcəyə baxışını beynəlxalq ictimaiyyətə təqdim edən mühüm platforma kimi çıxış edir.
Müşfiq Səfərov
Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxMədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Xəbər lenti
02 Avqust 00:23
Dünya
01 Avqust 23:18
Xəbər lenti
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Xəbər lenti
01 Avqust 21:16
Xəbər lenti
01 Avqust 20:30
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54

