Strateji tərəfdaşlıq, enerji təhlükəsizliyi və sülh gündəliyi
07.07.2026 [10:55]
Meydanəli Yolçiyev
YAP Daşkəsən rayon təşkilatının sədri
İyulun 1-də Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin ölkəmizə səfəri və bu çərçivədə keçirilən görüşlər ikitərəfli münasibətlərdə yeni mərhələnin başlandığını nümayiş etdirdi. Dövlət başçısının mətbuata bəyanatında qeyd etdiyi fikirlər təsdiqləyir ki, tərəflər arasında əməkdaşlıq artıq təkcə enerji sahəsi ilə məhdudlaşmır, ticarət, nəqliyyat, yaşıl enerji, regional sabitlik və uzunmüddətli strateji tərəfdaşlıq istiqamətlərini də əhatə edən geniş gündəliyə malikdir.
Bu səfər, eyni zamanda Avropa Komissiyası ilə münasibətlərin son illərdə formalaşan yeni dinamikasının məntiqi davamı kimi dəyərləndirilir. Mart ayında Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın, may ayında isə Avropa diplomatiyasının rəhbəri Kaya Kallasın Azərbaycana səfərlərindən sonra Ursula Fon der Lyayenin gəlişi tərəflər arasında intensiv siyasi dialoqun və qarşılıqlı etimadın daha da möhkəmləndiyinin göstəricisidir.
Bəyanatda vurğulanan məqamlardan biri münasibətlərdə “görünməmiş dinamika”nın formalaşması olub. Bu dinamika hər iki tərəfin əməkdaşlığı genişləndirmək və strateji tərəfdaşlığı daha yüksək səviyyəyə qaldırmaq iradəsini nümayiş etdirir. Müasir beynəlxalq münasibətlər sistemində uzunmüddətli tərəfdaşlığın əsas şərtlərindən biri qarşılıqlı etimaddır. Son illər ərzində formalaşan siyasi dialoq, keçirilən qarşılıqlı səfərlər və əldə olunan razılaşmalar təsdiqləyir ki, bu etimad artıq konkret layihələr və real nəticələrlə müşayiət olunur.
Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşı olaraq qalır. Xarici ticarətin 40 faizdən çoxunun Aİ üzv dövlətləri ilə aparılması iqtisadi münasibətlərin miqyasını sübut edir. Eyni zamanda, Cənubi Qafqaz regionunda Avropa İttifaqı ilə həyata keçirilən ticarətin təxminən 70 faizinin Azərbaycanın payına düşməsi ölkənin regionun əsas iqtisadi tərəfdaşı statusunu təsdiqləyir. Bu göstəricilər yalnız iqtisadi rəqəmlər deyil, həm də qarşılıqlı etimada əsaslanan uzunmüddətli əməkdaşlığın göstəricisidir.
Son illərdə enerji təhlükəsizliyi beynəlxalq münasibətlərin əsas prioritetlərindən birinə çevrilib. Xüsusilə Avropada baş verən geosiyasi dəyişikliklər alternativ enerji mənbələrinin və etibarlı tərəfdaşların əhəmiyyətini daha da artırıb. 2022-ci ildə imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlıq Haqqında Anlaşma Memorandumu əməkdaşlıq tarixində mühüm dönüş nöqtəsi olub. Həmin sənədin imzalanmasından sonra Avropa İttifaqına təbii qaz ixracının təxminən 65 faiz artması bu əməkdaşlığın real nəticələrini nümayiş etdirir. Hazırda qaz ixracının yarısının Avropa İttifaqı ölkələrinə yönəldilməsi, 10 üzv dövlətin Azərbaycan qazı ilə təmin olunması və bu coğrafiyanın genişləndirilməsi imkanlarının mövcudluğu enerji əməkdaşlığının davamlı inkişaf etdiyinin göstəricisidir. 3500 kilometrlik Cənub Qaz Dəhlizi bu gün Avrasiyanın ən mühüm enerji layihələrindən biri hesab olunur. Bu layihə yalnız enerji infrastrukturu deyil, eyni zamanda müxtəlif dövlətləri və tərəfdaşları vahid strateji məqsəd ətrafında birləşdirən uğurlu əməkdaşlıq modelidir. Boru kəmərlərinin yaradılması üçün uzun illər ərzində həyata keçirilən siyasi, diplomatik və maliyyə səyləri nəticəsində Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verən sistem formalaşıb. Dövlətimizin başçısı qeyd etdiyi kimi, bu gün hər ölkə üçün enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir: “Azərbaycan böyük dərəcədə siyasi səylər qoymuş, diplomatik fəaliyyət aparmış və həmçinin neftimizin, qazımızın nəqli üçün infrastrukturun qurulmasına maliyyə sərmayələri yatırmışdır. Cənub Qaz Dəhlizi ümumi fəaliyyətimizin gözəl nümunəsidir”.
Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri üzərində yerləşməsi Azərbaycanın strateji mövqeyini daha da gücləndirir. Son illərdə dəmir yollarının, avtomobil yollarının, limanların və logistika mərkəzlərinin inkişafına yatırılan böyük investisiyalar yükdaşımaların həcminin artmasına şərait yaradıb. Yeni geosiyasi şəraitdə ticarət marşrutlarının şaxələndirilməsi ehtiyacı Xəzər hövzəsi və Orta Dəhliz üzərindən keçən marşrutların əhəmiyyətini daha da artırır. Bu istiqamətdə həyata keçirilən layihələr yalnız regional deyil, Avropa ilə Asiya arasında iqtisadi inteqrasiyanın genişlənməsinə də xidmət edir.
Bəyanatda diqqət çəkən mühüm istiqamətlərdən biri də bərpaolunan enerji sahəsində əməkdaşlıq oldu. Günəş, külək və hidroenerji potensialının inkişafı, yeni ötürmə xətlərinin tikilməsi və Avropaya yaşıl enerji ixracı perspektivləri tərəfdaşlığın yeni istiqamətini müəyyənləşdirir. Hazırda imzalanmış müqavilələr çərçivəsində yaxın beş-altı il ərzində səkkiz giqavat gücündə günəş və külək enerjisinin istehsalı planlaşdırılır. Bu isə regionun yaşıl enerji mərkəzlərindən birinə çevrilmək istiqamətində mühüm addımdır. Yaşıl enerji layihələri gələcəkdə Avropanın enerji balansında daha mühüm yer tutacaq və karbon emissiyalarının azaldılmasına ciddi töhfə verəcəkdir.
Görüş zamanı regional təhlükəsizlik və Ermənistanla normallaşma prosesi də geniş müzakirə olunub. Vaşinqtonda imzalanmış Birgə Bəyannamə və paraflanmış sülh sazişi regionda yeni siyasi reallıq formalaşdırıb. Sülhün yalnız siyasi bəyanat kimi deyil, real həyatın tərkib hissəsinə çevrilməsi istiqamətində atılan addımlar, o cümlədən tranzit məhdudiyyətlərinin aradan qaldırılması və iqtisadi əməkdaşlıq imkanlarının yaradılması regionda qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edir.
Avropa Komissiyasının regionda sabitliyin möhkəmləndirilməsi istiqamətində fəal mövqeyi tərəflər arasında siyasi dialoqun əhəmiyyətini artırır. Sabitlik, iqtisadi inkişaf, enerji təhlükəsizliyi və nəqliyyat marşrutlarının genişləndirilməsi üzrə həyata keçirilən layihələr bir-birini tamamlayan vahid strateji gündəm formalaşdırır. Bu baxımdan Avropa Komissiyası ilə əməkdaşlıq yalnız ikitərəfli münasibətlər üçün deyil, bütövlükdə Cənubi Qafqazın gələcək inkişafı baxımından da mühüm əhəmiyyət kəsb edir.
Avropa Komissiyası ilə münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Enerji təhlükəsizliyi, ticarət, nəqliyyat, yaşıl enerji, rəqəmsal transformasiya və regional sülh kimi istiqamətlər artıq vahid strateji əməkdaşlıq platformasının əsas elementlərinə çevrilib. Qarşılıqlı etimad, siyasi iradə və ortaq maraqlar əsasında qurulan bu tərəfdaşlıq yaxın illərdə daha da dərinləşəcək. Bu əməkdaşlıq təkcə iqtisadi inkişafı deyil, həm də Avrasiyanın enerji təhlükəsizliyini, nəqliyyat marşrutlarının dayanıqlığını və Cənubi Qafqazda uzunmüddətli sülhün möhkəmlənməsini dəstəkləyən mühüm amillərdən biri kimi çıxış edəcəkdir.
Xəbər lenti
Hamısına baxGündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08

