Yasamal rayonunda 17 İyun-Tibb İşçilərinin Peşə Bayramı Gününə həsr olunmuş tədbir keçirilib
17.06.2026 [16:13]
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı və Yasamal Rayon İcra Hakimiyyəti ilə birgə 17 İyun-Tibb İşçilərinin Peşə Bayramı Gününə həsr olunmuş tədbir keçirilib.
Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatıında baş tutan tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyətinin Başçısı Elşad Həsənov, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Azərbaycan Respublikası Milli Məclisinin Səhiyyə komitəsinin sədr müavini, millət vəkili, Azərbaycan Respublikasının əməkdar həkimi Rəşad Mahmudov, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Kardiologiya kafedrasının müdiri, Elmi-Tədqiqat Kardiologiya İnstitutunun şöbə müdiri Tofiq Cahangirov, YAP Veteranlar Şurasının üzvü Misir Mərdanov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Göydəniz Qəhrəmanov, Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru Nazim Pənahov, Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli, Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin direktoru Rauf Ağayev, Respublika Diaqnostika Mərkəzinin baş direktoru Rəşid Vəzirov, K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Aynur Poluxova, Bakı şəhər Narkoloji Dispanserinin baş həkimi Qalib Məmmədov, 2 nömrəli Bakı Baza Tibb Kollecinin direktoru Dilarə Məmmədəliyeva, 1 nömrəli Bakı Tibb Kollecinin direktoru Nailə Əliyeva, YAP Yasamal rayon təşkilatının, Yasamal Rayon İcra Hakimiyyətinin əməkdaşları, Yasamal rayonunda fəaliyyət göstərən tibb müəssisələrinin rəhbərləri və əməkdaşları, ərazi partiya təşkilatlarının sədr, sədr müavinləri, fəal gənclər iştirak edib.
Tədbirdən öncə YAP Yasamal rayon təşkilatının inzibati binasında yerləşən müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü ziyarət olunaraq əziz xatirəsi ehtiramla yad edilib, büstün önünə gül dəstələri düzülüb.
Tədbirdə ilk öncə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Daha sonra 17 İyun Tibb İşçilərinin Peşə Bayramı Gününə həsr olunmuş videoçarx nümayiş olunub.
Tədbiri giriş nitqi ilə açan Yeni Azərbaycan Partiyası Yasamal Rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk dövrdən etibarən səhiyyə sahəsinin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub. Həmin illərdə ölkədə yeni xəstəxanalar, poliklinikalar və tibb müəssisələri tikilərək istifadəyə verilib, mövcud səhiyyə ocaqlarının maddi-texniki bazası gücləndirilib, tibb kadrlarının hazırlanmasına və peşəkarlığının artırılmasına xüsusi diqqət yetirilib. Bəxtiyar Nəbiyev vurğulayıb ki, Azərbaycan tibb elminin görkəmli nümayəndəsi, akademik Zərifə Əliyevanın zəngin elmi fəaliyyəti də ölkə səhiyyəsinin inkişaf tarixində mühüm yer tutur. Dünya şöhrətli alim kimi Zərifə xanım Əliyeva oftalmologiya elminə mühüm töhfələr verib, peşə xəstəliklərinin, xüsusilə də görmə orqanlarının patologiyalarının öyrənilməsi və müalicəsi sahəsində fundamental tədqiqatlar aparıb. Qeyd edilib ki, Ümummilli Liderin xalqın təkidli tələbi ilə ölkə rəhbərliyinə qayıdışından dərhal sonra onun həyata keçirməyə başladığı islahatlar tibb sahəsində də öz bəhrəsini verdi, səhiyyənin səmərəsinin yüksəldilməsi və intensivləşdirilməsi üçün baza yaradıldı, beynəlxalq əlaqələr genişləndirildi. Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji siyasət kursunu layiqincə davam etdirən Prezident cənab İlham Əliyevin diqqət və qayğısı ilə nəinki paytaxt Bakıda, bölgələrdə də müasir tibb mərkəzləri açılır, köhnə tibb ocaqları yenidən bərpa olunaraq müasir avadanlıqlarla təmin olunur. Bu istiqamətdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diabetli və talassemiyalı xəstələrə göstərdiyi qayğı, onların müalicəsinin təşkilində, qanvermə aksiyalarının keçirilməsində, ana və uşaqların sağlamlığının qorunmasının yaxşılaşdırılmasında gördüyü işlər xalqımız tərəfindən böyük rəğbətlə qarşılanır. Qeyd olunub ki, 44 günlük Vətən müharibəsi, lokal xarakterli anti terror tədbirləri və sonrakı dövrdə Azərbaycan tibb işçiləri yaralı hərbçilərin həyatının xilas edilməsi, onların operativ müalicəsi və reabilitasiyasının təşkili istiqamətində böyük fədakarlıq nümayiş etdiriblər. Çıxışın sonunda Bəxtiyar Nəbiyev tibb işçilərini bu əlamətdar gün münasibətilə təbrik edib, onlara məsuliyyətli və şərəfli fəaliyyətlərində uğurlar, möhkəm cansağlığı və yeni nailiyyətlər arzulayıb.
Çıxış edən Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Azərbaycan Respublikası Milli Məclisinin Səhiyyə komitəsinin sədr müavini, millət vəkili Rəşad Mahmudov hər il 17 iyun tarixində Azərbaycanda Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunmasının Ulu Öndər Heydər Əliyevin ölkə səhiyyəsi üçün gördüyü mühüm işlər sırasında xüsusi rol oynadığını diqqətə çatdırıb. Ulu Öndər Heydər Əliyevin xaqımızın təkidli tələbi əsasında hakimiyyətə qayıdışından sonra bir sıra fərman və sərəncamların imzalaması, bütün sahələrdə, eləcə də, tibb sahəsində həyata keçirdiyi islahatlar səhiyyə sahəsinin inkişafının əsasını qoydu. Ulu öndər Heydər Əliyevin səhiyyəyə diqqət və qayğısının nəticəsi olaraq 2001-ci il 4 iyun tarixli Sərəncamı ilə hər il 17 iyun Tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin diqqət və qayğısının nəticəsində Azərbaycanın səhiyyə sistemində aparılan uğurlu islahatların, tibb müəssisələrinin maddi-texniki bazasının təkmilləşdirilməsinin, təchizat və kadr hazırlığı ilə bağlı görülmüş işlərin bəhrəsini bu gün hər birimiz öz həyatımızda hiss edirik. Dövlət başçısının səhiyyə sahəsində müəyyən etdiyi proqramlar tibb müəssisələrinin təmir və bərpasının, onların ən müasir avadanlıqlarla təchiz olunmasının, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təminatının və müalicəsinin, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsinin, xüsusilə uşaqların bütün tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunmasının başlıca istiqamətlərini təşkil edir. Bir sıra dövlət proqramlarının reallaşdırılmasında Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətləri vardır. Çıxışın sonunda Rəşad Mahmudov 17 iyun- Tibb işçilərinin peşə bayramı günü ilə əlaqədar olaraq tədbir iştirakçılarını təbrik edib.
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Tofiq Cahangirov çıxış edərək bildirib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının sosial inkişafı sahəsində tibb işçilərinin böyük xidmətlərini və Azərbaycan Xalq Cümhuriyyətinin ilk Səhiyyə Nazirliyinin 1918-ci il iyunun 17-də yaradılmasını nəzərə alınaraq hər il iyunun 17-si Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Ümummilli Liderin ölkə rəhbərliyinə qayıdışından dərhal sonra onun həyata keçirməyə başladığı islahatlar tibb sahəsində də öz bəhrəsini verdi. Bu gün Azərbaycan səhiyyəsi özünün yeni inkişaf mərhələsini yaşayır. Səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yeniləşdirilməsi daim diqqət mərkəzindədir. Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji siyasət kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi sosial siyasət nəticəsində dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsait ildən-ilə artırılır. Bu da tibb müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılmasına, ümumilikdə tibbi xidmətin müasir tələblər səviyyəsinə qaldırılmasına yeni imkanlar açır. Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan genişmiqyaslı islahatlar göstərir ki, milli səhiyyə sistemimiz sürətlə müasirləşir, vətəndaşlarımız dövlətin yaratdığı tibb xidmətlərindən yüksək səviyyədə yararlanır. Səhiyyə sistemində aparılan islahatlar vətəndaşların sağlamlığının etibarlı təminatına xidmət edir. Azərbaycan səhiyyəsinə göstərilən bu diqqət və qayğı içərisində tibb işçiləri peşə bayramlarını qeyd edirlər. Çıxışın sonunda Tofiq Cahangirov tibb sahəsində çalışan əməkdaşları əlamətdar gün nünasibəti ilə təbrik edib.
Yekun nitqlə çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin Başçısı Elşad Həsənov bildirib ki, 17 iyun - öz taleyini ən nəcib və məsuliyyətli bir işə bağlayanların, insanlara həyat və sağlamlıq bəxş edən tibb işçilərinin peşə bayramı günüdür. Həkimlik çox nəcib peşədir. İnsanların sağlamlığını qorumaq, onlara ömür bəxş etmək, yaşatmaq müqəddəs və şərəfli bir vəzifədir. Bu gün respublikamızda səhiyyə sahəsinə göstərilən diqqət və qayğı möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının Azərbaycan xalqının sağlamlığının qorunması yolunda atdığı mühüm addımlar, ümumiyyətlə, ölkədə həyata keçirilən sosialyönümlü siyasət Ulu Öndərin bu istiqamətdə müəyyən etdiyi strategiyanın uğurla davam etdirilməsinin parlaq təzahürüdür. Azərbaycan səhiyyəsi özünün yeni inkişaf mərhələsini yaşayır. Ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə bütün Respublikamızda tibb mərkəzləri açılır, köhnə tibb ocaqları yenidən bərpa olunaraq müasir avadanlıqlarla təmin olunur. Səhiyyə sisteminin inkişafı, daim diqqət mərkəzindədir. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında aparılan genişmiqyaslı islahatlar göstərir ki, milli səhiyyə sistemimiz sürətlə müasirləşir, vətəndaşlarımız dövlətin yaratdığı tibb xidmətlərindən yüksək səviyyədə yararlanır. Səhiyyə sistemində aparılan islahatlar vətəndaşların sağlamlığının etibarlı təminatına xidmət edir. Çıxışların sonunda 17 İyun-Tibb İşçilərinin Peşə Bayramı Günü münasibəti ilə təbriklər çatdırılıb.
Çıxışlardan sonra17 İyun-Tibb İşçilərinin Peşə Bayramı Günü ilə əlaqədar olaraq fəxri fərmanlar təqdim edilib.
Sonra Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib,xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33

