Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Elm / UNEC aliminin Qarabağla bağlı analitik şərhi Koreyanın aparıcı beyin mərkəzində nəşr olunub

UNEC aliminin Qarabağla bağlı analitik şərhi Koreyanın aparıcı beyin mərkəzində nəşr olunub

06.08.2026 [16:17]

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Elmi fəaliyyətin təşkili şöbəsinin müdiri, Xanım Tədqiqatçılar Şurasının rəhbəri siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Nərgiz Hacıyevanın “Yenidənqurmadan dayanıqlı iqtisadi inkişafa: Azərbaycanın Qarabağ sənaye parklarının ilkin nəticələri” (Reconstruction to Self-Sustaining Growth: Early Performance of Azerbaijan’s Karabakh Industrial Parks) adlı analitik məqaləsi Koreya Respublikasının Beynəlxalq İqtisadi Siyasət İnstitutunun (KIEP) EMERiCs beynəlxalq analitik platformasında dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə Qarabağ və Şərqi Zəngəzurda münaqişədənsonrakı bərpa və yenidənqurma prosesinin iqtisadi aspektləri, Ağdam Sənaye Parkı və Araz Vadisi İqtisadi Zonasının ilkin fəaliyyət nəticələri, “Yaşıl Enerji Zonası” konsepsiyası, “Böyük Qayıdış” Proqramı, dayanıqlı inkişaf strategiyası, xarici investisiyaların rolu və regionun uzunmüddətli iqtisadi transformasiyası elmi əsaslarla təhlil edilib. Müəllif sənaye parklarının təkcə infrastruktur layihələri deyil, həm də Qarabağın iqtisadi müstəqilliyinə, məşğulluğun artırılmasına və qeyri-neft sektorunun inkişafına xidmət edən strateji inkişaf mexanizmləri olduğunu vurğulayır.

Nərgiz Hacıyeva siyasi elmlər üzrə ilk azərbaycanlı alimdir ki, analitik məqaləsi KIEP-in EMERiCs platformasında dərc olunub. Onun bu nəşri Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi bərpa və dayanıqlı inkişaf modelinin beynəlxalq ekspert auditoriyasına təqdim olunmasına və ölkəmizin elmi mövqeyinin qlobal analitik müstəvidə tanıdılmasına töhfə verir.

Paylaş:
Baxılıb: 67 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Senzurasız 28 il...

06 Avqust 10:30

Analitik

7-ci görüş...

06 Avqust 10:14

Ədəbiyyat

İqtisadiyyat

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31