Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib
06.08.2026 [14:34]
Avqustun 6-da Böyük Britaniya Rusiyanı hədəf alan sanksiya siyahısına 19 yeni şəxs və təşkilatı, o cümlədən Moskvanı dəstəkləməkdə və ya Rusiya enerji məhsullarını daşımaqda ittiham olunan altı gəmini əlavə edib.
AZƏRTAC “The Guardian” nəşrinə istinadla xəbər verir ki, Böyük Britaniya xarici siyasət idarəsinin məlumatına görə, Rusiyanın 6 maliyyə qurumu - “Ozon Bank”, Rusiya İxrac-İdxal Bankı, “Center-Invest Bank”, “Realist Bank”, “Bank Stavr” və “Teleport Bank” aktivlərin dondurulması, etibarnamə xidmətlərinin məhdudlaşdırılması və direktorların vəzifədən kənarlaşdırılması sanksiyaları ilə hədəfə alınıb.
Böyük Britaniya maliyyə qurumlarına, həmçinin sadalanan banklarla müxbir bank münasibətləri saxlamaq və ya onların vasitəsilə ödənişləri emal etmək qadağan edilib.
“Northern Engineering” MMC də Rusiyanın strateji əhəmiyyətli enerji sektorundakı əməliyyatlarına görə sanksiyaya məruz qalıb. Bundan başqa, Hindistanda yerləşən “Frion Ship Management LLP” şirkəti “Arctic Express LNG” tankerinin Rusiyanın mülkiyyətinə və nəzarətinə verməsi səbəbindən siyahıya salınıb.
“Metallkomplekt”, “Nikom”, “Promsiz” və “Technolux” da daxil olmaqla Rusiyanın 4 şirkəti Ukraynanın qeyri-sabitliyinə və ya ərazi bütövlüyünə təhdid yarada biləcək mal və ya texnologiya tədarük etdiyi iddiası ilə sanksiyalara məruz qalıb. Siyahıda, həmçinin “Siltron” kimya şirkətinin sahibi, Rusiya vətəndaşı Aleksandr Jdanov da var. O, aktivlərin dondurulması, səyahət qadağası, etibarnamə xidmətləri məhdudiyyətləri və direktorun diskvalifikasiyası tədbirəri ilə üzləşir. Altı gəmiçilik şirkəti – “Arctic Express”, “Perseas”, “Torvian”, “Asteras”, “Visund” və “Zenturo” da ticarət sanksiyaları altına alınıb.
Böyük Britaniya hökuməti bildirib ki, Rusiya bayrağı altında üzən “Arctic Express” tankeri Rusiya mənşəli mayeləşdirilmiş təbii qazı üçüncü ölkəyə daşıyıb. Digər beş gəmi isə Rusiyanın neft və ya neft məhsullarını üçüncü ölkələrə daşımaqda ittiham olunub.
Gəmilərin Böyük Britaniya limanlarına daxil olması qadağandır; onlar saxlanıla və ya əks istiqamətdə hərəkət etmələri üçün göstəriş verilə bilər. Həmin tankerlərə texniki, heyət, əməliyyat, çarter, vasitəçilik və ya maliyyə xidmətləri göstərmək də qadağandır.
Böyük Britaniya maliyyə qurumlarına, həmçinin sadalanan banklarla müxbir bank münasibətləri saxlamaq və ya onlar vasitəsilə ödənişləri emal etmək qadağan olunub.
Xəbər lenti
Hamısına baxDünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44

