Əbədi müstəqilliyin təməli: Milli Qurtuluş Günü
10.06.2026 [10:14]
15 İyun - Milli Qurtuluş Günü münasibətilə Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı tərəfindən keçirilən silsilə tədbirlər davam edir. Növbəti tədbir YAP Ağdaş rayon təşkilatı Qaradağlı kənd ərazi partiya təşkilatında “Əbədi müstəqilliyin təməli: Milli Qurtuluş Günü” mövzusunda təşkil olunub.
Tədbiri giriş sözü ilə açan Qaradağlı kənd ərazi partiya təşkilatının sədri Amil Musayev qarşıdan gələn əlamətdar gün münasibətilə partiya fəallarını təbrik edib. O bildirib ki, 15 İyun - Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin yox olmaq təhlükəsindən xilas edildiyi, ölkədə daxili sabitliyin bərqərar olunduğu və əbədi müstəqilliyin möhkəm təməlinin qoyulduğu tarixi dönüş nöqtəsidir.
YAP Ağdaş rayon təşkilatının ideoloji işlər üzrə məsləhətçisi Anar Şahmuradov çıxışında qeyd edib ki, 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə Bakıya qayıdan Ümummilli Lider Heydər Əliyev ölkəmizi bürüyən xaos, anarxiya və vətəndaş müharibəsi təhlükəsini qətiyyətlə dəf etdi. Bununla da gələcək tərəqqimizin sarsılmaz bünövrəsi qoyuldu. Bu gün böyük qürurla qeyd etdiyimiz tarixi Zəfərimiz, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası məhz həmin qurtuluş fəlsəfəsinin və güclü dövlətçilik xəttinin məntiqi nəticəsidir. A.Şahmuradov Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işlərinə, eləcə də “Böyük Qayıdış” proqramının uğurlu icrasına diqqət çəkərək, bütün bu nailiyyətlərin əsasında qurtuluşla başlayan tarixi missiyanın dayandığını vurğulayıb.
Partiya fəalları Rəsmiyə Umarova və İntiqam İdrisov çıxışlarında qeyd ediblər ki, 15 iyun tarixi hər bir vətəndaşa müstəqilliyimizi göz bəbəyi kimi qorumağı və onu gələcək nəsillərə daha qüdrətli şəkildə ötürməyi aşılayan ən böyük mənəvi mirasdır. Milli Qurtuluş Günü təkcə keçmişimizin xilası deyil, həm də gələcəyimizin parlaq rəmzi kimi hər bir azərbaycanlının qəlbində xüsusi yer tutur.
Xəbər lenti
Hamısına baxMədəniyyət
05 Avqust 12:58
İqtisadiyyat
05 Avqust 12:55
Xəbər lenti
05 Avqust 12:55
İdman
05 Avqust 12:55
Elm
05 Avqust 12:48
Dünya
05 Avqust 12:45
İdman
05 Avqust 12:35
Mədəniyyət
05 Avqust 12:33
Dünya
05 Avqust 12:25
Sosial
05 Avqust 12:25
İqtisadiyyat
05 Avqust 12:10
Dünya
05 Avqust 12:06
Elm
05 Avqust 12:05
Gündəm
05 Avqust 11:50
Gündəm
05 Avqust 11:40
Analitik
05 Avqust 11:20
COP29
05 Avqust 10:57
Analitik
05 Avqust 10:40
Analitik
05 Avqust 10:20
YAP xəbərləri
05 Avqust 10:06
Analitik
05 Avqust 10:05
Analitik
05 Avqust 09:55
Analitik
05 Avqust 09:40
Sosial
05 Avqust 09:20
YAP xəbərləri
05 Avqust 09:07
İqtisadiyyat
05 Avqust 09:05
Dünya
04 Avqust 23:48
Dünya
04 Avqust 23:24
Dünya
04 Avqust 22:56
Dünya
04 Avqust 22:15
Dünya
04 Avqust 21:54
Dünya
04 Avqust 21:23
Dünya
04 Avqust 20:57
Dünya
04 Avqust 20:26
Dünya
04 Avqust 19:50
Dünya
04 Avqust 19:35
Dünya
04 Avqust 18:42
Dünya
04 Avqust 18:25
Dünya
04 Avqust 17:57
İdman
04 Avqust 17:40
Dünya
04 Avqust 17:35
Dünya
04 Avqust 17:10
Elm
04 Avqust 17:10
Dünya
04 Avqust 16:55
Dünya
04 Avqust 16:22
İqtisadiyyat
04 Avqust 16:10
Dünya
04 Avqust 15:45
İqtisadiyyat
04 Avqust 15:33
Elm
04 Avqust 15:28
Mədəniyyət
04 Avqust 15:28
İdman
04 Avqust 15:25
Dünya
04 Avqust 15:21
Dünya
04 Avqust 15:20
Dünya
04 Avqust 14:55
İqtisadiyyat
04 Avqust 14:37
Sosial
04 Avqust 14:32
Elm
04 Avqust 14:30
Dünya
04 Avqust 14:28
Dünya
04 Avqust 14:20
İdman
04 Avqust 14:19
Sosial
04 Avqust 14:05
Dünya
04 Avqust 13:50
İqtisadiyyat
04 Avqust 13:50
Sosial
04 Avqust 13:40
Siyasət
04 Avqust 13:30
Dünya
04 Avqust 13:30
Elm
04 Avqust 13:20
İqtisadiyyat
04 Avqust 13:15
Elm
04 Avqust 13:10
Siyasət
04 Avqust 12:59

