Gənc tədqiqatçı: Azərbaycan-Çin elmi və ədəbi əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyub
05.08.2026 [12:05]
Azərbaycan ilə Çin arasında əlaqələr zəngin tarixi ənənələrə malikdir. Müstəqillik dövründə Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan bu münasibətlər bu gün də uğurla inkişaf etdirilir. Prezident İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfərindən sonra isə ikitərəfli əlaqələr yeni mərhələyə qədəm qoyub, iqtisadiyyat, elm, təhsil, mədəniyyət və ədəbiyyat sahələrində əməkdaşlığın daha da genişlənməsi üçün əlverişli imkanlar yaranıb.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan - Asiya ədəbi əlaqələri şöbəsinin, Çin Tədqiqatlar Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nərgiz Kərimova söyləyib.
Gənc tədqiqatçı qeyd edib ki, müstəqillik dövründə Azərbaycan-Çin ədəbi əlaqələrinin formalaşması və inkişafında Ədəbiyyat İnstitutunun mühüm rolu olub. Mərkəzin fəaliyyəti çərçivəsində Azərbaycan və Çin ədəbiyyatının qarşılıqlı öyrənilməsi və tanıdılması, birgə elmi konfransların, seminarların və videokonfransların təşkili, elmi nəşrlərin mübadiləsi, eləcə də ortaq elmi tədqiqatların aparılması istiqamətində mühüm işlər görülüb.
Müsahibəsində elmi fəaliyyətindən də danışan Nərgiz Kərimova bildirib ki, 2016-cı ildə doktorantura pilləsinə qəbul olunaraq “Azərbaycan ədəbiyyatında Çin mənşəli arxetip və obrazlar” mövzusunda dissertasiya üzərində işləyib. 2017-ci ildə altı ay müddətində Çində təhsil alıb, Çin dilini öyrənib, ölkənin elm, təhsil və mədəniyyət mühiti ilə yaxından tanış olub.
“Əldə etdiyim bilik və təcrübə sonrakı elmi fəaliyyətimdə mühüm rol oynayıb. Azərbaycana qayıtdıqdan sonra fəlsəfə doktorluğu dissertasiyasını müdafiə etdim. Elmi işimdə Azərbaycan ədəbiyyatında Çin mədəniyyətinə məxsus arxetipik obrazlar və simvollar, onların formalaşma mənbələri və xüsusiyyətlərini orijinal mənbələr əsasında tədqiq etdim. Eyni zamanda, Azərbaycan və Çin müəlliflərinin əsərlərini müqayisəli şəkildə təhlil etdim”, - Nərgiz Kərimova bildirib.
Qeyd edək ki, gənc tədqiqatçı, həmçinin Pekində Çin İctimai Elmlər Akademiyasının Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya Tədqiqatları İnstitutunun təşkil etdiyi “Bir kəmər, bir yol, yüksək keyfiyyətli inkişaf: konsepsiyalar və fəaliyyətlər” adlı beynəlxalq elmi konfransda iştirak edib. Avropa və Asiyanın 15-dən çox ölkəsindən 60-dan artıq alimin qatıldığı tədbirdə elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın inkişaf perspektivləri geniş müzakirə olunub, qarşılıqlı təcrübə mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
10 Avqust 08:55
Sosial
10 Avqust 08:30
Dünya
10 Avqust 08:15
Dünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40

