Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Böyük Britaniya xəstəxanalarında tibb işçilərinə qarşı irqçi davranışlar artır

Böyük Britaniya xəstəxanalarında tibb işçilərinə qarşı irqçi davranışlar artır

04.08.2026 [16:22]

Böyük Britaniyanın dövlət səhiyyə sistemində həkimlərə və tibb işçilərinə qarşı irqçi təhqir və ayrı-seçkilik hallarının artdığı bildirilir.

AZƏRTAC xəbər verir ki, Radioloqlar Cəmiyyətinin məlumatına görə, son 18 ay ərzində xəstələr tərəfindən edilən irqçi təhqirlərin sayında nəzərəçarpacaq artım müşahidə olunub. Məlumata əsasən, bəzi tibb işçiləri “meymun”, “çirkli əcnəbi” kimi təhqirlərə məruz qalır, bəzi xəstələr isə qeyri-ağdərili həkim və tibb personalı tərəfindən müalicə olunmaqdan imtina edirlər. Həmçinin “bura gəlib işlərimizi əlimizdən alırlar” kimi ksenofob ifadələrin də səsləndirildiyi qeyd olunur.

Radioloqlar Cəmiyyətinin üzvləri arasında keçirilən sorğunun nəticələrinə görə, bəzi səhiyyə işçiləri bu cür irqçi davranışları artıq peşələrinin qaçılmaz hissəsi kimi qəbul etməyə məcbur olduqlarını deyiblər.

Paylaş:
Baxılıb: 68 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

İqtisadiyyat

Parisin “Bit bazarı”

04 Avqust 11:50  

Analitik

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31