31 Mart qırğınları - ermənilərin vəhşi xislətinin bariz nümunəsi
02.04.2026 [11:33]
Elşən Alıyev
YAP Daşkəsən rayon təşkilatının sədr müavini
31 Mart – Azərbaycanlıların Soyqırımı Günü tariximizin ən ağrılı səhifələrindən birini əks etdirir. Bu tarix faciələrin unudulmaması və tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm önəm kəsb edir.
Xalqımıza qarşı həyata keçirilmiş zorakılıq və qırğın siyasətinin kökləri XIX əsrin əvvəllərinə gedib çıxır. Həmin dövrdən etibarən regionda demoqrafik vəziyyətin dəyişdirilməsi, yerli əhalinin sıxışdırılması və tarixi torpaqlardan uzaqlaşdırılması planlı şəkildə həyata keçirilmişdir. Bu siyasətin ideoloji əsasını isə erməni millətçilərinin irəli sürdüyü mifik “Böyük Ermənistan” ideyası təşkil etmişdir.
Bu proseslərin ən qanlı mərhələsi 1918-ci ilin mart-aprel aylarında baş vermiş hadisələrlə bağlıdır. Bakı Sovetinin himayəsi altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən Bakı şəhərində və digər bölgələrdə dinc əhaliyə qarşı kütləvi qırğınlar törədilmişdir. Minlərlə insan yalnız etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, insanlar öz doğma yurdlarından didərgin salınmışdır.
Hadisələrin coğrafiyası geniş olmuş, Şamaxı, Quba, Qarabağ, Naxçıvan, Zəngəzur, Lənkəran və digər bölgələr bu qırğınlardan ciddi zərər görmüşdür. Ümumilikdə on minlərlə insanın həyatına son qoyulmuş, yüzlərlə kənd və şəhər viran edilmişdir. Şamaxıda minlərlə dinc sakin, o cümlədən qadın və uşaqlar qətlə yetirilmiş, Qubada isə yüzlərlə yaşayış məntəqəsi dağıdılmış və sonradan aşkar edilmiş kütləvi məzarlıqlar bu faciənin real miqyasını üzə çıxarmışdır.
İrəvan quberniyasında və Zəngəzurda baş verən hadisələr də eyni siyasətin tərkib hissəsi olmuşdur. Bu hadisələr region üzrə sistemli şəkildə həyata keçirilən etnik təmizləmə siyasətinin açıq təzahürü idi. Tarixi mənbələr və araşdırmalar bu hadisələrin miqyasını təsdiqləyir. Hətta bəzi erməni mənşəli tarixçilərin, o cümlədən Yervand Lalayan kimi tədqiqatçıların qeydlərində də həmin dövrdə azərbaycanlı əhaliyə qarşı törədilən qırğınların genişliyi etiraf olunur. 1918-ci ildə yaradılmış Fövqəladə İstintaq Komissiyasının materialları və sonrakı illərdə aparılan elmi araşdırmalar həmin faktların sənədləşdirilməsində mühüm rol oynamışdır.
1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanmış “Azərbaycanlıların soyqırımı haqqında” Fərman bu faciələrə ilk dəfə sistemli siyasi-hüquqi qiymət verilməsi baxımından mühüm dönüş nöqtəsi olmuşdur. Bu sənədlə martın 31-i dövlət səviyyəsində qeyd olunan anım gününə çevrilmiş, xalqımıza qarşı törədilmiş qırğınların mahiyyəti və miqyası daha geniş şəkildə araşdırılmağa başlanmışdır.
Prezident İlham Əliyev 30 dekabr 2009-cu il tarixində Quba şəhərində “Soyqırımı memorial kompleksi”nin yaradılması haqqında Sərəncam imzalayıb. Memorial kompleks 2012-2013-cü illərdə Quba şəhərində Qudyalçayın sol sahilində inşa edilmiş və 2013-cü il sentyabrın 18-də açılışı olub. Bu memorial kompleksi həmin faciələrin yaddaşlarda yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır. Burada aparılan tədqiqatlar nəticəsində aşkarlanan kütləvi məzarlıq soyqırımının maddi sübutu kimi tarixə düşüb.
Müstəqil dövlətimiz bu tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində ardıcıl siyasət həyata keçirir. Erməni-bolşevik silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Prezident İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalayıb.
Tarixi həqiqətlərin qorunması, saxtalaşdırılmasının qarşısının alınması və dünya ictimaiyyətinə obyektiv şəkildə çatdırılması hər bir vətəndaşın mənəvi borcudur. Bu istiqamətdə aparılan işlərin davam etdirilməsi soyqırımı qurbanlarının xatirəsinə ehtiramın ən ali ifadəsidir.
Nəticə etibarilə, 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü xalqımızın yaddaşında silinməz iz qoymuş faciələri təcəssüm etdirir. Soyqırımı qurbanlarının xatirəsini anmaqla yanaşı, onların haqq səsinin dünyaya çatdırılması istiqamətində səylərin davam etdirilməsi hər birimizin üzərinə düşən müqəddəs vəzifədir.
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19

