Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Tədqiqat: İsveçdə ana olmaqdan şüurlu şəkildə imtina edən qadınlara qərəzli münasibət göstərilir

Tədqiqat: İsveçdə ana olmaqdan şüurlu şəkildə imtina edən qadınlara qərəzli münasibət göstərilir

12.06.2026 [11:39]

İsveçdə ana olmaqdan şüurlu şəkildə imtina edən qadınlar cəmiyyətdə qərəzli münasibətlə üzləşməyə davam edirlər. Belə bir qənaətə 35-60 yaş arası qadınlar arasında sorğu keçirən Erebru Universitetinin tədqiqatçıları gəliblər.

AZƏRTAC xəbər verir ki, araşdırma nəticəsində bir çox iştirakçının ahıl yaşlarında yalnız qalacağı və qərarlarından peşman olacağı barədə müntəzəm olaraq xəbərdarlıqlar eşitdikləri aşkar edilib. Bəziləri, həmçinin eqoist və ya başqalarına qayğı göstərə bilməyən fərdlər adlandırılıb. Tədqiqatçılar onu da qeyd edirlər ki, uşaqların qocalıqda dəstək və qayğıya zəmanət verməsi fikri də geniş yayılıb.

Lakin sorğuda iştirak edən qadınların əksəriyyəti bu narahatlıqları bölüşmür. Onlar qeyd edirlər ki, uşaq sahibi olmaq həmişə tənhalıqdan qorumur. Bu qadınlar şüurlu şəkildə dostlar, qohumlar, qonşular, digər yaxın insanlarla münasibətlərə vaxt və səy sərf edirlər. Çoxları bu sosial dairəni “seçilmiş ailə” adlandırır.

Tədqiqat, həmçinin müəyyən edib ki, İsveçdə uşaq sahibi olmamaq seçimi getdikcə daha çox yayılır. Bu seçimin səbəbləri arasında iqlim dəyişikliyi, iqtisadi qeyri-sabitlik, mənzil böhranı və beynəlxalq vəziyyətlə bağlı narahatlıqlar da var. Bəzi qadınlar uyğun partnyorun olmaması səbəbindən də ana olmağı təxirə salırlar.

Tədqiqat müəllifləri şüurlu şəkildə uşaq sahibi olmamağı seçən qadınlardan bəhs etdiklərini vurğulayırlar. Buna görə də, onlar “könüllü uşaqsız” ifadəsini işlədirlər ki, bu da “uşaqsız” ifadəsindən fərqlidir. Sonuncu ifadə seçimsiz uşaq sahibi olmayan qadınları nəzərdə tutur.

Tədqiqat müəlliflərinin fikrincə, ənənəvi ailə anlayışı tədricən dəyişir.

“Ənənəvi ailə anlayışı artıq dəyişib. Bu gün ailə münasibətlərinin müxtəlif formaları mövcuddur. Doğum nisbəti aşağı düşdükcə, cəmiyyətdə uşaqların sayı da azalır. Zamanla könüllü uşaqsızlıq daha da normal hala çevriləcək. Lakin biz hələ bu mərhələyə çatmamışıq”, - deyə tədqiqatçılar qeyd edirlər.

Paylaş:
Baxılıb: 59 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30