Azərbaycan Cənubi Qafqaz regionunun iqtisadi və siyasi gücüdür
16.03.2026 [13:23]
XXI əsrdə beynəlxalq münasibətlər sistemi dərin transformasiya mərhələsindən keçir. Qlobal təhlükəsizlik arxitekturasının dəyişməsi, regional münaqişələrin artması, enerji təhlükəsizliyi və nəqliyyat-logistika şəbəkələrinin strateji əhəmiyyət qazanması dövlətlərin xarici siyasət prioritetlərini yenidən formalaşdırır. Belə mürəkkəb geosiyasi şəraitdə regional güc mərkəzlərinin rolu əhəmiyyətli dərəcədə artır. Azərbaycan Respublikası da son illər həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət, enerji strategiyası və regional əməkdaşlıq təşəbbüsləri ilə beynəlxalq münasibətlər sistemində mühüm aktorlardan birinə çevrilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda XIII Qlobal Bakı Forumu keçirildi. Qlobal Bakı Forumu artıq regional və beynəlxalq müstəvidə nüfuzlu diplomatik platformalardan birinə çevrilib və hər il ardıcıl surətdə təşkil olunan bu forumda dünya birliyi üçün, bəşəriyyət üçün bir çox aktual məsələlər müzakirə olunur.Bu məqamı XIII Qlobal Bakı Forumunun açılış mərasimində iştirak edən Prezident İlham Əliyev də öz çıxışında xüsusi olaraq vurğuladı. Dövlətimizin başçısı bildirdi ki, sistemli yanaşmaların, dəyişən beynəlxalq vəziyyətə aid olan məsələlərə mövqeyin formalaşmasında bu forumun böyük rolu var.
Prezident İlham Əliyev forumda regiondakı iqtisadi vəziyyət, eyni zamanda, sülh gündəliyinə uyğun olaraq Azərbaycan və Ermənistan arasındakı əməkdaşlığın qurulmasından, eləcə də Orta Dəhliz daxil olmaqla regional koridorların inkişafından danışıb.
Azərbaycanın müasir siyasi tarixində təhlükəsizlik məsələsi xüsusilə Qarabağ münaqişəsi ilə əlaqədar olmuşdur. Təxminən otuz il davam edən işğal dövrü regionda sabitliyin pozulmasına və Azərbaycanın ərazi bütövlüyünün məhdudlaşdırılmasına səbəb olmuşdur. Bu kontekstdə Azərbaycan dövləti beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq öz suverenliyini bərpa etmək məqsədilə müxtəlif siyasi və diplomatik strategiyalar həyata keçirmişdir.
Prezident İlham Əliyevin çıxışında qeyd olunduğu kimi, Azərbaycanın ərazi bütövlüyünün bərpası BMT Nizamnaməsinin özünümüdafiə hüququnu nəzərdə tutan maddələrinə uyğun şəkildə həyata keçirilmişdir. Bu fakt beynəlxalq hüququn dövlətlərin suveren hüquqlarının müdafiəsində mühüm rol oynadığını göstərir.
Artıq sülh gündəliyinə uyğun olaraq Azərbaycan və Ermənistan arasında praktiki olaraq ticarət əlaqələrinə başlanılıb. Həmçinin Zəngəzur dəhlizinin istifadəyə verilməsi Ermənistanı tarixdə ilk dəfə olaraq tranzit ölkəyə çevirəcək. Bu isə ondan xəbər verir ki, Azərbaycan regionda sülh və əməkdaşlığa töhfə verən və bu istiqamətdə layihələri dəstəkləyən ölkədir. Vacib məqamlardan biri dəhlizlərlə bağlı Prezident İlham Əliyev tərəfindən qeyd edilən məqamlardır.
Azərbaycan, həmçinin regional təhlükəsizliyə və enerji təhlükəsizliyinə xüsusi töhfə verən ölkədir. Azərbaycan artıq 16 ölkəyə öz enerji məhsullarını ixrac edib. Yalnız Avropa deyil, artıq Suriya da, yaxın şərq ölkəsi də Azərbaycanın təbii qazını alır. 16 ölkənin 10-u Avropa İttifaqına üzv ölkədir. Bütün bunlar ondan xəbər verir ki, Azərbaycanın enerji siyasəti bütövlükdə regionun, eləcə də qitənin təhlükəsizliyində xüsusi rola malikdir. Azərbaycan Avropa İttifaqının təbii qaz idxalında ilk beşlikdə bərqərar olub. Qeyd olunduğu kimi, boru kəmərləri vasitəsilə Azərbaycan ən çox enerji məhsulları ixrac edən ölkədir.
Beləliklə, Azərbaycanın müasir siyasi kursu onu göstərir ki, ölkə regional güc mərkəzlərindən birinə çevrilmişdir. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasət Azərbaycanı həm enerji təhlükəsizliyi, həm nəqliyyat-logistika sistemləri, həm də regional sabitlik baxımından mühüm aktora çevirmişdir. Bu isə Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyinin daha da güclənəcəyini göstərir.
Rövlan Heydərov
YAP Naftalan şəhər təşkilatının sədri
Xəbər lenti
Hamısına baxGündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26
YAP xəbərləri
28 Aprel 12:11
Gündəm
28 Aprel 11:59
Elm
28 Aprel 11:57
İdman
28 Aprel 11:57
Sosial
28 Aprel 11:56
Gündəm
28 Aprel 11:30
Siyasət
28 Aprel 11:17
Gündəm
28 Aprel 10:55
Siyasət
28 Aprel 10:39
YAP xəbərləri
28 Aprel 10:29
YAP xəbərləri
28 Aprel 10:22
Siyasət
28 Aprel 10:21
Gündəm
28 Aprel 10:14
Siyasət
28 Aprel 09:58
Ədəbiyyat
28 Aprel 09:30
Analitik
28 Aprel 09:14
Sosial
28 Aprel 08:51
Siyasət
28 Aprel 08:35
Sosial
28 Aprel 08:18
Dünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
YAP xəbərləri
27 Aprel 21:25
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
Gündəm
27 Aprel 19:28
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
Gündəm
27 Aprel 17:13
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53

