Samuxda “Sülhə sadiqlik prinsipinə əsaslanan qətiyyətli iradə” mövzusunda tədbir keçirilib
13.03.2026 [15:17]
Martın 13-də “Şəhərsalma və Memarlıq İli” çərçivəsində YAP Samux rayon təşkilatının Samux şəhər Kolayır ərazi partiya təşkilatında partiya fəallarının iştirakı ilə əlaqədar “Sülhə sadiqlik prinsipinə əsaslanan qətiyyətli iradə” mövzusunda tədbir keçirilib.Tədbir Prezident İlham Əliyevin martın 11-də Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana səfəri zamanı verdiyi bəyanata həsr edilmişdir.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri açıq elan edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov bildirib ki, bu gün Azərbaycan Prezidentinin həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasət ölkəmizin beynəlxalq nüfuzunun daha da artmasına səbəb olur. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən balanslı xarici siyasət Azərbaycanın regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın təşviqinə verdiyi töhfələri daha da gücləndirib. G.Bayramov qeyd edib ki, Prezident İlham Əliyevin beynəlxalq platformalarda səsləndirdiyi fikirlər Azərbaycanın sülhə sadiqliyini və regional sabitliyin təmin olunmasında qətiyyətli mövqeyini bir daha nümayiş etdirir.
Sədr həmçinin bildirib ki, Azərbaycan hər zaman sülhə, dialoqa və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin tərəfdarı olub. Dövlət başçısının səsləndirdiyi fikirlər bir daha göstərir ki, ölkəmiz regionda davamlı sülhün təmin olunması, əməkdaşlıq mühitinin gücləndirilməsi və sabitliyin möhkəmləndirilməsi istiqamətində qətiyyətli iradə nümayiş etdirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət Azərbaycanın beynəlxalq mövqelərini daha da gücləndirir, ölkəmizi regionda sülhün, sabitliyin və inkişafın əsas təşəbbüskarlarından birinə çevirir. Bu siyasət həm də Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə edən güclü dövlət kimi mövqeyini bir daha təsdiq edir.
Sonra tədbirdə iştirak edən Samux şəhər 3 saylı tam orta məktəb ərazi təşkilatının sədri Nuridə Həsənova, partiya fəalları Toğrul Coqiyev, Samir Qurbanov, Leyli Süleymanova və Lalə Məmmədova çıxış edərək bildiriblər ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirib. Natiqlər həmçinin qeyd edib ki, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana səfəri ölkəmizin Avropa məkanı ilə əməkdaşlığının inkişafını daha da möhkəmləndirir.
Xəbər lenti
Hamısına baxİdman
13 Avqust 15:59
İqtisadiyyat
13 Avqust 15:47
Sosial
13 Avqust 15:20
İqtisadiyyat
13 Avqust 14:55
Mədəniyyət
13 Avqust 14:45
İqtisadiyyat
13 Avqust 14:20
Sosial
13 Avqust 14:18
Sosial
13 Avqust 13:50
Elm
13 Avqust 13:26
Elm
13 Avqust 13:20
İqtisadiyyat
13 Avqust 13:12
Elm
13 Avqust 13:11
İqtisadiyyat
13 Avqust 12:53
Mədəniyyət
13 Avqust 12:25
Sosial
13 Avqust 12:05
Elm
13 Avqust 12:00
Gündəm
13 Avqust 11:50
Sosial
13 Avqust 11:50
Elm
13 Avqust 11:37
İdman
13 Avqust 11:35
Elm
13 Avqust 11:32
YAP xəbərləri
13 Avqust 10:59
Analitik
13 Avqust 09:55
Gündəm
13 Avqust 09:50
Gündəm
13 Avqust 09:45
Sosial
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:20
Sosial
13 Avqust 09:05
Dünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45
Elm
12 Avqust 16:30
İdman
12 Avqust 16:22
Sosial
12 Avqust 16:00
Siyasət
12 Avqust 15:35
Sosial
12 Avqust 15:35
Sosial
12 Avqust 15:27
İdman
12 Avqust 15:20
İqtisadiyyat
12 Avqust 15:00
Elm
12 Avqust 14:50
Sosial
12 Avqust 14:35
İqtisadiyyat
12 Avqust 14:20
Sosial
12 Avqust 14:20
Elm
12 Avqust 13:50
Dünya
12 Avqust 13:25
Siyasət
12 Avqust 13:17

