Çin poçt markalarının tarixi – ADU-da mühazirə
12.08.2026 [14:50]
Azərbaycan Dillər Universitetinin Konfutsi İnstitutunun yay onlayn lektoriyası çərçivəsində Beynəlxalq Filateliya Federasiyasının 100 illiyinə həsr olunmuş “Çin poçt və poçt markalarının tarixi” adlı mühazirə təşkil edilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, institutun direktoru Rafiq Abbasov mühazirəsində Çində poçt xidmətinin inkişafının əsas dövrlərini ətraflı təsvir edib. Qeyd edib ki, Çində piyada və atlı elçilərin müntəzəm dövlət poçt xidməti Çjou sülaləsi dövründə məlum idi və sonradan Sin və Han sülalələri dövründə xeyli genişlənib. Bundan əlavə, həmin dövrlərdə Min Sin Çju katibliyinin gildiya şəbəkəsi şəxsi məktubların çatdırılması ilə məşğul olurdu. 1844-cü ildən başlayaraq bir sıra ölkələr Çindəki Avropa tacirləri arasında ticarət əlaqələrini asanlaşdırmaq üçün Çində poçt müəssisələri yaratdılar. 1865-ci ildə dəniz gömrüyü üçün konsul poçtunun daşınması üçün poçt xidməti yaradıldı. Bu xidmət 1896-cı ildə imperator fərmanı ilə Çin İmperator Poçt İdarəsinə çevrildi və 1914-cü ildə Çin rəsmi olaraq Ümumdünya Poçt İttifaqına qoşuldu. Çin Xalq Respublikası qurulduqdan sonra poçt şöbələri əsasında ümummilli poçt administrasiyası təşkil edildi, bütün böyük şəhərlərlə poçt xidməti yaradıldı və kənd poçtalyonları tərəfindən poçt çatdırılması quruldu və 1959-cu ilə qədər milli poçt şəbəkəsi tam formalaşdı. Bu gün dövlətə məxsus poçt korporasiyası olan “China Post” dünyanın ən böyük poçt şirkətidir.
R.Abbasov, həmçinin bildirib ki, ölkənin təsviri incəsənət və vizual tarixinin mühüm elementi olan ilk Çin markaları (“Böyük əjdaha”, “Qırmızı damga pulu markaları” və “İmperator Çin poçtu”) 1878-ci ildə buraxılıb. XX əsrin birinci yarısında Sun Yatsenin portreti olan seriyalar, ilk hava poçtu markaları, Cənnət məbədinin təsviri olan seriyalar və xüsusi bağlama markaları buraxılıb. Çin Xalq Respublikasının qurulmasından sonra minlərlə seriya xatirə və xüsusi marka buraxıldı ki, bunlardan birincisi Çin Xalq Siyasi Məşvərət Şurasının birinci sessiyasına həsr olunub.
Qeyd olunub ki, Azərbaycanda da Çin mövzularında xüsusi poçt markaları buraxılır. 2002-ci ildə Ümummilli Lider Heydər Əliyevin və Çin Xalq Respublikasının sədri Tsyan Tseminin təsviri olan marka buraxılıb. 2008-ci ildə Pekində Ümummilli Lider Heydər Əliyevin 85 illik yubileyi münasibətilə poçt markası buraxılıb. 2013-cü ildə Heydər Əliyevin anadan olmasının 90-cı ildönümündə bu təsvirdə daha bir marka buraxılıb. İllər ərzində Azərbaycan və Çin arasında diplomatik münasibətlərin qurulmasının 20-ci ildönümünə, Çin Yeni ilinə və Şərq bürcünün simvollarına, eləcə də Çində keçirilən XXIX Yay Olimpiya Oyunlarına həsr olunmuş poçt markaları buraxıb. Azərbaycan poçt markaları, həmçinin Çin Xalq Respublikasının 70 illiyinə həsr olunmuş Uxan şəhərində keçirilən nüfuzlu ümumdünya sərgisində də nümayiş etdirilib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58

