Xocalı faciəsi heç vaxt unudulmamalı və unutdurulmamalıdır.
02.03.2026 [14:27]
2026-cı ilin 26 fevral tarixi Prezident İlham Əliyevin Xocalı Soyqırımı Memorialının açılışında iştirakı və çıxışında səsləndirdiyi əsas tezislər, dövlət mövqeyinə və beynəlxalq hüquqa əsaslanır.
Azərbaycan xalqının XX əsrdə üzləşdiyi ən ağır faciələrdən biri Xocalı şəhərində törədilmiş soyqırımıdır. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən həyata keçirilmiş bu vəhşi cinayət təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş ağır cinayət kimi tarixə düşmüşdür. Xocalı faciəsi insanlıq əleyhinə cinayət, müharibə cinayəti və soyqırımı aktıdır. Xocalı faciəsi əvvəlcədən planlaşdırılmış və məqsədli şəkildə həyata keçirilmiş soyqırımı aktıdır. Dinc əhalinin xüsusi qəddarlıqla öldürülməsi, əsir və girovlara işgəncə verilməsi beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır. Bu faktlar Xocalı hadisələrinin müharibə cinayəti və insanlıq əleyhinə cinayət olduğunu açıq şəkildə sübut edir. Prezident İlham Əliyevin “Xocalıya ədalət” mövzusunda çıxışları bu faciənin dünya ictimaiyyətinə çatdırılması, tarixi həqiqətlərin təhrif olunmasının qarşısının alınması və günahkarların beynəlxalq hüquq çərçivəsində cəzalandırılması istiqamətində Azərbaycan dövlətinin qətiyyətli və prinsipial mövqeyini əks etdirir. Azərbaycan dövləti bu istiqamətdə ardıcıl və məqsədyönlü siyasət həyata keçirir. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə vurğulamışdır ki, Xocalı faciəsi heç vaxt unudulmamalı və unutdurulmamalıdır. Dövlət başçısının sözlərinə görə, unudulan faciələr təkrarlana bilər və buna yol verməmək üçün tarixi həqiqətlər daim gündəmdə saxlanılmalıdır. Bu gün bir sıra ölkələrin parlamentləri və beynəlxalq qurumlar Xocalı hadisələrini kütləvi qırğın və soyqırımı kimi tanımışdır. Bu, Azərbaycanın apardığı informasiya və diplomatik mübarizənin nəticəsidir. “Xocalıya ədalət” kampaniyası beynəlxalq aləmdə maarifləndirmə və həqiqətlərin yayılması baxımından mühüm rol oynayır. Xocalı soyqırımı eyni zamanda Azərbaycan xalqının milli birliyini və həmrəyliyini daha da gücləndirmişdir. Bu faciə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm əhəmiyyət daşıyır. Xocalı qurbanlarının xatirəsi daim ehtiramla anılır və onların acısı xalqımızın ümumi dərdinə çevrilmişdir
Xocalı faciəsinin təsadüfi hərbi əməliyyat olmadığını, əvvəlcədən planlaşdırılmış, məqsədli və mülki əhaliyə qarşı yönəlmiş soyqırımı aktı olduğunu xüsusi vurğulayır. Qadınların, uşaqların, qocaların amansızcasına qətlə yetirilməsi, əsirlərə və girovlara işgəncələr verilməsi bu cinayətin mahiyyətini açıq şəkildə göstərir.
Bu faciə eyni zamanda gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayır. Prezident çıxışlarında gənclərə müraciət edərək bildirir ki, tarixi bilmək, həqiqəti qorumaq və onu gələcək nəsillərə ötürmək hər bir vətəndaşın borcudur.
Prezident İlham Əliyevin çıxışında qeyd etdi ki, Heydər Əliyev Fondu yarandıqdan dərhal sonra “Xocalıya ədalət!” genişmiqyaslı hərəkatına start verdi. Azərbaycan xalqı üçün bu, ən böyük faciədir. Bu faciəni dünya ictimaiyyətinə çatdırmaq üçün, bizim haqq işimizi dünya birliyinə təqdim etmək üçün həm Azərbaycan dövləti, həm ictimai təşkilatlar, qeyri-hökumət təşkilatları, demək olar ki, bir çox qurumlar fəal çalışıblar. Burada xüsusilə Heydər Əliyev Fondunun fəaliyyətini qeyd etmək istərdim. Fond yarandıqdan dərhal sonra “Xocalıya ədalət!” genişmiqyaslı hərəkatına start verdi. Bu təşəbbüsü Fondun vitse-prezidenti Leyla Əliyeva həyata keçirirdi.
Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin ən dəhşətlisidir. Xocalı – bir gecənin içində dondurulmuş ümidlərin, yarımçıq qalmış arzuların və qana boyanmış ağ kəfənin adıdır. Bu gün Xocalıda dalğalanan üçrəngli bayrağımız o gecə şəhid olan günahsız ruhların ən böyük təsəllisidir. Xocalıya ədalət – bu, yalnız keçmişə verilən qiymət deyil, həm də gələcək üçün ədalətli dünya çağırışıdır. Azərbaycan bu çağırışı Prezident İlham Əliyevin rəhbərliyi ilə qətiyyətlə davam etdirir.
Azər Ağayev
YAP Tərtər rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxMaraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04

