YAP Qazax rayon təşkilatı Yeni Azərbaycan Partiyasının yaranmasının 21-ci ildönümünü qeyd edib
21.11.2013 [09:26]
Yeni Azərbaycan Partiyası (YAP) Qazax rayon təşkilatı partiyanın yaranmasının 21-ci ildönümü ilə bağlı tədbir keçirib. Öncə tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq, Onun əziz xatirəsini yad ediblər. Daha sonra tədbirdə geniş məruzə ilə çıxış edən YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov bildirib ki, 1992-ci il noyabr ayının 21-i müasir Azərbaycan tarixində öz yeri, çəkisi və siyasi gücü ilə fərqlənən, ölkəmizin inkişafında müstəsna xidmətləri olan və əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Yeni Azərbaycan Partiyasının təsis olunduğu gündür: “Tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycan dövləti ilə demək olar ki, paralel addımlayıb. Bu gün Azərbaycanın əldə etdiyi bütün nailiyyətlərdə YAP-ın böyük rolu var. Bütün bu xidmətlər Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq və gələcək nəsillərə çatdırılacaq. Çünki Yeni Azərbaycan Partiyası böyük bir şəxsiyyətin-bütün həyatını Azərbaycan xalqına həsr etmiş çağdaş dövlətimizin banisi Ulu öndərimiz Heydər Əliyevin ideyaları ilə yaranıb”.
H.Pənahov bildirib ki, bu gün Prezident İlham Əliyevin Sədri olduğu YAP Cənubi Qafqazın ən böyük siyasi qüvvəsinə çevrilib. YAP-ın cəmiyyətin inkişafını hədəfləyən çoxsaylı sosial layihələr reallaşdırması, gəncləri dövlətçilik, milli maraqlar ətrafında sıx birləşdirməsi partiyanın tərəfdarlarının sayının artmasına səbəb olub. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan nəinki Cənubi Qafqazda, hətta Avropada lider dövlətlərdən birinə çevrilib.
Daha sonra çıxış edən YAP Qazax rayon təşkilatının sədr müavini Abdulla Abdullayev, Azərbaycan Müəllimlər İnstitutu Qazax filialının direktoru, ərazi ilk partiya təşkilatının sədri Afaq Qasımova, YAP Qazax rayon təşkilatı Gənclər Birliyinin sədri Vüsal İsmayılov Yeni Azərbaycan Partiyasının ötən 21 il ərzində keçdiyi şərəfli və tarixi yoldan bəhs ediblər.
Tədbirdə çıxış edən Qazax rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov bütün partiya üzvlərini YAP-ın yaradılmasının 21 illiyi münasibətilə təbrik edərək bildirib ki, Ümummilli lider Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası Azərbaycanın müstəqil dövlət kimi inkişafında və tərəqqisində müstəsna xidmətlər göstərib. Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanmasında, ölkəmizin regionun liderinə çevrilməsində YAP-ın özünəməxsus rolu var. İctimai-siyasi proseslərin kifayət qədər mürəkkəb olduğu bir vaxtda dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci il noyabrın 21-də təsis edilən Yeni Azərbaycan Partiyası qısa müddətdə ölkənin gələcək taleyini müəyyənləşdirən əsas siyasi qüvvəyə çevrildi. Dövrün tələbindən yaranan YAP ötən illər ərzində Vətənimizin inkişafı və qüdrətlənməsi üçün saysız-hesabsız işlər görüb: “Bu ilin oktyabrında keçirilən Prezident seçkilərində cənab İlham Əliyevin uğurlu qələbəsi həm də YAP-ın zəfəri və nailiyyəti idi. Bu gün qürur hissi ilə deməliyəm ki, artıq Yeni Azərbaycan Partiyasının sıralarında 600 mindən artıq vətəndaşımız birləşir. Bu təkcə statistika deyil, həm də vətəndaşlarımızın Azərbaycanın bugünkü reallığına verdiyi qiymət və Prezidentimiz, partiyamızın Sədri İlham Əliyev cənablarının həyata keçirdiyi uğurlu daxili və xarici siyasətə olan münasibətlərin ifadəsidir. Əminəm ki, Yeni Azərbaycan Partiyası möhtərəm Prezidentimiz, partiyamızın Sədri cənab İlham Əliyevin rəhbərliyi altında daha böyük uğurlara və qələbələrə imza atacaq”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01

