Xalqın maraqları hər zaman öndədir
14.11.2025 [17:33]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabr ayının 12- də yeni təyin edilmiş Prezidentin Naxçıvanda səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra başçılarını qəbul edib. Görüş zamanı dövlət başçısı çıxış edərək, ölkənin dövlət idarəçiliyində keyfiyyətcə yeni bir mərhələnin başlandığını qeyd edərək, bölgələrdə idarəetmənin səmərəliliyini artırmaq, vətəndaşların rifahını yüksəltmək, yerlərdə sosial-iqtisadi inkişafı sürətləndirməkdir və vətəndaş məmnunluğunun artırılması ilə bağlı mühüm tapşırıqlar verib.
Prezident İlham Əliyev bildirib ki, icra başçısı vəzifəsinə təyinat böyük etimaddır və hər bir məmur bu etimadı əməli fəaliyyəti ilə doğrultmalıdır: “Sizə böyük etimad göstərilir, əminəm ki, bu etimadı doğruldacaqsınız” fikri, əslində, məmur təyin olunmaqla bitməyən, əksinə, xalq qarşısında başlanğıc götürən məsuliyyət anlayışını təsbit edir.Bu, bir mesajdır ki, vəzifə imtiyaz yox, xidmət missiyasıdır.
Prezident İlham Əliyev çıxışında regionların sosial-iqtisadi inkişafına xüsusi diqqət ayıraraq bildirdi ki, son illər həyata keçirilən proqramlar sayəsində bütün bölgələrdə abadlıq, infrastruktur və sosial layihələr geniş vüsət alıb:“ Bizim bölgələrimizdə əsas infrastruktur layihələri demək olar ki, başa çatıb. Dövlət xətti ilə, dövlət investisiya proqramları xətti ilə son illər ərzində müsbətə doğru böyük dönüş təmin edilib. Bir neçə regional inkişaf proqramının icrası uğurla nəticələnib. Demək olar ki, əsas infrastruktur istiqaməti olan elektrik enerjisi ilə bütün bölgələrdə vəziyyət tam normallaşıb. Təbii ki, köhnəlmiş infrastrukturun təzələnməsi, təmiri məsələləri var. Ancaq bu problem artıq ciddi problem kimi mövcud deyil. Bizim bütün bölgələrimizdə, o cümlədən işğaldan azad edilmiş ərazilərdə elektrik infrastrukturunun yaradılması güclü potensial yaratmışdır.”
Artıq Azərbaycanın kəndləri və şəhərləri müasir kommunikasiyalarla təmin olunur, bütün bölgələr bərabər imkanlar mühitinə daxil edilir.Prezident İlham Əliyevin dediyi kimi, magistral yollar müasir standartlara cavab verir, kənd yolları 70-80 faiz yenilənib, içməli su layihələri icra edilir. Bu, mərkəzlə region arasında bərabər inkişaf siyasətinin reallaşması deməkdir. Bu yanaşma regional iqtisadi siyasətin sosial yönünü göstərməklə insanların rifahına birbaşa təsir edir.
Dövlət başçısı Azərbaycanda məmur korpusunda, xüsusilə mərkəzi icra orqanlarında aparılan kadr islahatları nəticəsində vəziyyətin xeyli dərəcədə sağlamlaşdırılmasını da vurğuladı. Son illərdə aparılan dərin kadr və struktur islahatları da bu istiqamətə yönəlib. Prezident İlham Əliyev bəyan etdi ki, artıq mərkəzdən “qanunsuz tapşırıqlar” verilməyəcək və bu dövr arxada qalıb. Bu fikir Azərbaycan idarəçilik tarixində hesabatlı və şəffaf idarəetmənin institusionallaşması baxımından dönüş nöqtəsidir. Artıq yerli rəhbərlər öz qərarlarına, əməllərinə və seçimlərinə görə şəxsən cavabdehdirlər. Bu, həm etimadın, həm də nəzarətin eyni anda möhkəmləndirilməsidir.
Dövlət başçısının sözləri göstərdi ki, dövlət təmizlənmə prosesini qətiyyətlə və davamlı şəkildə həyata keçirməkdə qərarlıdır.Bu mübarizə təkcə inzibati məsələ deyil, bu, xalqla dövlət arasında inam münasibətlərinin bərpası, ədalət duyğusunun qorunması üçün aparılan prinsipial xəttdir.
Prezident İlham Əliyevin çıxışı yeni təyin edilmiş icra başçıları üçün həm bir xəbərdarlıq, həm də inam mesajı oldu. Dövlət başçısının sözlərinə görə, hər bir rəhbər şəxs ölkədə aparılan islahatların fəal iştirakçısına çevrilməli, “etimadın şərəfini əməli fəaliyyətlə” qorumalıdır. Bu çıxış bir daha göstərdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında idarəçilik sistemi müasir tələblərə uyğun şəkildə təkmilləşdirilir və xalqın maraqları hər zaman öndədir.
Gündüz Bayramov
YAP Samux rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04

