Elm dövlətin gələcək modelinin əsasını təşkil edir
06.11.2025 [13:25]
AMEA-nın 80 ildə böyük yol keçərək, azərbaycançılıq ideologiyasına, milli kadr hazırlığına böyük töhfə verib, görkəmli alimlər nəsli yetişdirib. AMEA-nın taleyində Ulu Öndər Heydər Əliyevin müstəsna rolu olub. Dahi lider bu elmi qurumun fəaliyyətini daim diqqət mərkəzində saxlayıb. Müstəqil Azərbaycan dövlətinə Heydər Əliyevin rəhbərliyi dövründə ölkədə elmin inkişafı, elmi-texniki potensialın güclənməsi, yüksəkixtisaslı elmi kadrların hazırlanması, cəmiyyətdə elmi işçilərin nüfuzunun artırılması sahəsində önəmli tədbirlər həyata keçirilmişdir. Ulu öndər Heydər Əliyevin 2001-ci il 15 may tarixli Fərmanı ilə Azərbaycan Elmlər Akademiyasına “Milli Elmlər Akademiyası” statusu verilmişdir. Bu tarixi fərman Azərbaycanda fundamental elmin əldə etdiyi nailiyyətləri, Azərbaycanın sosial-iqtisadi, mədəni və mənəvi təşəkkülündə elmin rolunu, ölkənin ictimai-siyasi həyatında nüfuzunu və akademik elmin suveren Azərbaycan dövlətinin tərəqqisinin təminatçısı olduğunu bir daha təsdiqləyir. Heydər Əliyevin 4 yanvar 2003-cü il tarixli Fərmanı isə AMEA-ya müstəqil dövlətimizin elmi və elmi-texniki siyasətini həyata keçirən ali dövlət orqanı statusu vermiş oldu, onun Nizamnaməsinə dövlət sənədi, onun prezidentinə ali icra hakimiyyəti üzvü səlahiyyəti verildi. Beləliklə, AMEA-nın hərtərəfli inkişafı üçün hüquqi zəmin yarandı, Akademiyanın fəaliyyət dairəsi genişləndi, səlahiyyətləri artdı və qarşısına məsul dövlət vəzifələri qoyuldu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev elm, təhsil və mədəniyyət sahəsində Heydər Əliyev strategiyasını, proqramını və qayğıkeşliyini ardıcıl davam etdirir. Həm Ulu Öndər Heydər Əliyev, həm də Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının tarixində və taleyində mühüm rol oynayıblar. AMEA-nın dövlət səviyyəsində ilk dəfə yubileyi məhz Ümummilli Liderin təşəbbüsü ilə 1975-ci ildə keçirilib.
Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi də Azərbaycan Prezidenti İlham Əliyevin elmə verdiyi yüksək dəyərin göstəricisidir. 2025-ci il noyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş tədbirdəki çıxışı, təkcə elmi ictimaiyyət üçün deyil, həm də bütövlükdə Azərbaycan cəmiyyəti üçün strateji istiqamət daşıyan mühüm konseptual bəyanat oldu, elmin dövlət siyasətində tutduğu yerin nə qədər strateji əhəmiyyət daşıdığını bir daha nümayiş etdirdi.
Prezidentin nitqində vurğulanan əsas mövzulardan biri iqtisadiyyatımızın aparıcı təkanverici qüvvəsi olan qeyri-neft sektorunun ümumi iqtisadiyyatımızın böyük bir hissəsini təşkil etməsi idi. Dövlət başçısı qeyd etdi ki, bu gün bizim iqtisadiyyat sağlam iqtisadiyyatdır. Biz heç kimdən asılı deyilik. İqtisadi müstəqillik təbii olaraq siyasi müstəqilliyi də gücləndirir. Bizim xarici borcumuz çox aşağı səviyyədədir. Sirr deyil ki, bir çox inkişaf etmiş ölkələrdə xarici borc o ölkələrin ümumi daxili məhsulunun yüz faizini, bəlkə də daha çox təşkil edir. Bizdə isə bu, cəmi 6 faizdən bir qədər çoxdur. Bizim valyuta ehtiyatlarımız ildən-ilə artır və bu il də əhəmiyyətli dərəcədə artıb, 80 milyard dolları ötüb. Bizim valyuta ehtiyatlarımız xarici borcumuzdan 16 dəfə çoxdur. Biz əgər istəsək, xarici borcumuzu bir neçə ay ərzində sıfırlaya bilərik. Yəni, bu göstəriciyə görə Azərbaycan bu gün dünya miqyasında aparıcı yerlərdədir.
Prezident İlham Əliyev çıxışında vurğulayıb ki, bizim güclü iqtisadiyyatımız bizə həm əminlik verir, həm də azad edilmiş torpaqların tezliklə bərpa edilməsinə imkan verir. Güclü hərbi potensialı yaratmaq üçün imkan verir. Dövlət başçısı bildirib ki, bu gün Azərbaycanda icra edilən bərpaolunan enerji layihələri çox genişmiqyaslıdır. “Təkcə Qarabağda və Şərqi Zəngəzurda son 5 il ərzində 30-dan çox su elektrik stansiyası inşa edilmişdir. Onların toplam generasiya gücü 300 meqavatdan çoxdur. Günəş və külək elektrik stansiyalarının inşası gedir. Bu yaxınlarda Cəbrayıl rayonunda 100 meqavatlıq iki stansiyanın təməli qoyuldu. O stansiyaların yanında 240 meqavat gücündə üçüncü Günəş elektrik stansiyası inşa edilir. Bütövlükdə 2030-cu ilə qədər Günəş, külək və su elektrik stansiyalarının generasiya gücü 6 min meqavata çatmalıdır. Bu, böyük bir sənaye sahəsidir, sənayenin inkişafının növbəti istiqamətidir. Azərbaycan alimlərini burada da fəal olmağa dəvət edirəm”- deyən Prezident İlham Əliyev, bununla müasir dövrdə elmin iqtisadiyyata inteqrasiyasının Azərbaycanın beynəlxalq iqtisadi gücünü möhkəmləndirən amilə çevrildiyini bir daha önə çıxardı.
Prezident İlham Əliyev çıxışında Qarabağda aparılan geoloji tədqiqatlardan, orada həyata keçirilən elmi-infrastruktur layihələrdən də bəhs etdi. Bu, həm iqtisadi, həm də elmi baxımdan strateji əhəmiyyət kəsb edir. Qarabağ torpaqlarında aparılan elmi tədqiqatlar yalnız resurs araşdırması deyil, həm də 30 illik işğalın nəticələrinin bərpası və ədalətin elmi sübutudur.
Prezident İlham Əliyevin çıxışı bir daha sübut edir ki, elm dövlətin gələcək modelinin əsasını təşkil edir. Bu siyasətin mahiyyəti ondan ibarətdir ki, təbii sərvətlərin yerini bilik, elmi yaradıcılıq və texnoloji innovasiya tutmalıdır. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycanın müasir inkişaf modelinin əsasını güclü iqtisadiyyat, müstəqil texnologiya və milli təhlükəsizlik siyasəti təşkil edir.
Gündüz Bayramov
YAP Samux rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18

