QƏLƏBƏMİZİN ZİRVƏSİ
06.11.2025 [10:15]
27 sentyabr milli birliyimizin başlanğıcı kimi Azərbavcanın ən yeni tarixinə daxil olunub. Təbii ki, milli birliyin nəticəsi dövlətin inkişafının rəhni deməkdir. Ölkə Prezidentinin daxili və xarici uğurlu siyasətinin nəticəsində xalqın birliyi və vətənpərvərliyi təmin olunmuşdur. Vətənpərvərlik dinamik və daim olmalı, araşdırılmalı, müntəzəm təhlil olunmalı, qələbəmizin məzmununu, gənclərə, bütün təhsil sisteminə ardıcıl şəkildə çatdırılmalıdır. Bu işdə yüksək şəxsiyyətlərin, peşəkar ziyalıların, Vətən müharibəsi iştirakçılarının, Milli qəhrəmanların, qazilərin, şəhid valideynlərinin imkanlarından, onların çıxışlarından xalqa, xüsusilə gənc nəslə müraciətlərindən düzgün istifadə olunur. 44 günlük müharibənin nəticələri dünyanın vəziyyətində bir sıra yeniliklərin yaranmasına, köklü dəyişilmələrin təzahürünə səbəb olmuşdur.
27 sentyabr ordumuzun geniş planda əks hücum əməliyyatından başlayaraq Azərbaycanın Cənubi Qafqazın ən qüdrətli dövlətinə, Ali Baş Komandan Prezident İlham Əliyevin regionun lider Dövlət başçısına çevrilməsilə nəticələnmişdir. Bütün bunlar ən zəruri məsələlər olduğu üçün hələ Vətən müharibəsinin gedişində dünyanın düzənində ciddi dəyişilmələrin yaranmasına səbəb olmuşdur. Amerika, İngiltərə, Avstraliya yeni bir İttifaqda birləşmiş, Fransa dövləti NATO-dan kənarda Avropa İttifaqı ordusu yaratmaq üçün cəhd göstərir.
Şuşada Azərbaycan-Türkiyə Bəyənnaməsi imzalandı. Milli Məclisdə daha ciddi bir sənəd öz təsdiqini tapdı: Pakistan-Azərbaycan-Türkiyə, həmçinin də göstərilən ölkələr arasında birgə hərbi təlimlərə başlanıldı. Bunlar hamısı 44 günlük müharibədə qazanılmış qələbənin nəticəsində yaranmışdır. Lakin qazanılmış qələbədən sonra hibrid müharibə formatı başlanılmışdır. Hibrid müharibə dedikdə informasiya müharibəsi, texnologiya müharibəsi və canlı qüvvənin iştirakının təmin olunması başa düşülür. Artıq dünya bu sahədə hibrid müharibəsinin əsaslarını Azərbaycandan öyrənməyə üstünlük verir. Təsadüfü deyil ki, II Qarabağ müharibəsi zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri də Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətinə üstünlük verirlər. Vətən müharibəsinin gedişində Ali Baş Komandan İlham Əliyev dünyanın müxtəlif ölkələrindən olan 30-dan artıq KİV-inə müsahibə verdi. Prezident İlham Əliyev özünün polad məntiqi sayəsində verdiyi müsahibələrində dünyanın diplomatiya tarixinə yeni ümumbəşəri çalarlar gətirdi.
Dünyanın səviyyəli hərbi ekspertlərinin çoxu İkinci Qarabağ müharibəsini dronlar müharibəsi adlandırırlar. Nəticə göstərdi ki, Azərbaycan 44 günlük müharibədə pilotsuz uçuş aparatlarının bütün növlərindən düzgün istifadə etmişdir.
Qələbədən sonra Azərbaycan Qənimətlər Parkını yaratdı. Bu, ağır döyüşlərdə qazanılmış zəfərin nümunəsidir. Həmin parkın zəruri nümunələrindən biri ondan ibarətdir ki, xalqımız bu müharibəni heç vaxt unutmayacaq. Xocalı soyqırımında həlak olmuş mülki və hərbi vətəndaşlarımızı xatirələrdə daim yaşatmaq üçün bu park tarixi abidədir. Qənimətlər Parkından əlavə Zəfər Muzeyi tikilib istifadəyə verilmişdir.
2023-cü ilin 19-20 sentyabrında isə 24 saata yaxın davam edən antiterror əməliyyatının nəticəsi olaraq Dağlıq Qarabağ düşməndən tam azad olundu və bununla Azərbaycan bir dövlət kimi ərazi bütövlüyünü və suverenliyini təmin etdi.
30 ildən sonra işğaldan azad olunmuş bütün ərazilərdə Azərbaycan müharibənin yaralarını sağaldır və bu işin vüsətli sürəti heyrət doğurur. İndi işğaldan azad olunmuş bölgədə geniş miqyasda abadlıq-quruculuq işləri, ilk növbədə elektrikləşdirmə işləri aparılır. Laçında, Kəlbəcərdə, Suqovuşanda gücü 20 meqavatt olan elektrik stansiyaları bərpa olunub istifadəyə verilibdir.
Bütün istiqamətlərdə uzunluğu 1000 km olan yollar çəkilib və yolların çəkilişi ilə yanaşı Kəlbəcər istiqamətində tunellər inşa olunur.
Keçmiş qaçqın və köçkünlərin öz doğma yurdlarına qayıtması yüksək vüsətlə aparılan yalnız şəhər və rayon mərkəzlərinə deyil, kənd və qəsəbələrdə də insanların onlar üçün inşa olunmuş mənzillərlə təmin olunması yüksək səviyyədədir.
Qarabağ Universitetinin təsis olunmasını və fəaliyyətini, Füzuli Beynəlxalq aeroportunun istifadə verilməsini, Zəngəzur yolunun açılması istiqamətində 8 avqust 2025-ci il tarixli Vaşinqton razılaşmasını da deyilənlərə bariz nümunə kimi əlavə etmək olar.
Azərbaycan Ordusunun zəfər həmlələri qarşısında duruş gətirə bilməyən düşmən mülki əhalini hədəfə almaqla hərbi cinayət törətməyə başladı.
Müharibənin gedişi zamanı Ermənistan tərəfi Azərbaycanın şəhərlərini ballastik raketlərlə, fosforlu və kasetli bombalarla atəşə tutub. Düşmənin müharibə qanunlarına zidd olan atəşləri nəticəsində 100-ə yaxın mülki şəxs, onların arasında qadınlar və uşaqlar da həlak olub. 400 nəfərdən çox mülki şəxs yaralanıb, 5 mindən artıq ev, müxtəliuf təyinatlı tikili dağıdılıb. Gəncə, Bərdə, Ağdam, Naftalan, Fizuli, Goranboy, Tərtər və Mingəçevirin şəhər və kəndlərinin raket atəşinə tutulması ilə Ermənilər tərəfindən müharibə cinayəti törədilmişdir.
Müharibə zonasına aid olmayan şəhər və rayonların müxtəlif təyinatlı silah növlərindən atəşə məruz qalması təbii ki, beynəlxalq ictimaiyyət tərəfindən kəskin qinanılmalı və müharibə cinayəti hesab olunmalıdır.
Rəsmi İrəvanın hərbi cinayətkar olmasının sübutlarından biri də düşmənin işğal etdiyi zonlarda mina basdırmaları və basdırılmış minaların xəritəsini Azərbaycana təqdim etməmələridir.
Basdırılmış minalara aid düzgün xəritənin verilməməsi həmin ərazilərdə bərpa işçilərinin aparılmasını ləngidir və mülki əhalinin həyatı üçün təhlükə törədir. Müharibə başa çatandan sonra, indiyədək mülki əhali və hərbçilər həyatını itirmiş və ya şikəst olmuşdur. Bu cür insidentlərə qarşı Beynəlxalq ictimaiyyətin susması, rəsmi bəyanatlarla çıxış etməməsinin səbəbi siasətdə “ikili standartların” olmasının nəticəsidir.
Ermənilərin Qarabağ uğrunda gedən 44 günlük müharibədə azərbaycanlıların mülki əhalisinə qarşı törətdikləri cinayət işləri ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Baş prokrorluğu səviyyəsində sistemli araşdırmalar aparılmış, 176 adda müxtəlif istiqamətli cinayət işi müəyyənləşdirilmiş, 24 nəfər yüksək vəzifəli erməni vətəndaşı beynəlxalq axtarışa verilmişdir. Onlardan 69 nəfərin cinayət işinin mühakiməsi Bakıda davam etdirilir.
Azad olunmuş ərazilərdə yenidənqurma işlərinin yüksək səviyyədə aparılması ölkə Prezidenti İlham Əliyevin nəzarəti və qayğısı ilə həyata keçirilir.
Ədalət Fərəcov,
“91-lər”in nümayəndəsi, YAP Veteranlar Şurasının üzvü, professor, Prezident təqaüdçüsü
Sultanəli Qurbanov,
Səbail rayonu YAP “Ü.Hacıbəyov-68” ƏPT sədri,
ADPU-nun dosenti
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43

