ƏBƏDİ QƏLƏBƏMİZ
05.11.2025 [12:16]
8 noyabr - Azərbaycanın tarixinə müdrik siyasi rəhbərliyin və uzaqgörən hərbi strategiyanın təntənəsi, xalqımızın yenilməz gücünün və qəhrəmanlığının rəmzi kimi daxil olub. Məhz bu gün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsində əldə etdiyi, beşinci ildönümü qeyd olunan şanlı qələbəmizin tarixi günüdür.
44 günlük Vətən müharibəsində gücləndirilmiş Azərbaycan Silahlı Qüvvələri erməni hərbi birləşmələrini darmadağın etdi və 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarımızı geri qaytardı. Bu yolda yenilənmiş hərbi təchizatla yanaşı ordumuzun əsasını təşkil edən igid hərbiçilərimizin canla-başla göstərdiyi qəhrəmanlıq önəmli rol oynadı. Ordumuz düşmənə “Qarabağ Azərbaycandır!” həqiqətini sübut etdi və bunu bütün dünyaya çatdırdı. Beləliklə qazanılmış qələbə tarixi ədalətin bərpasını həyata keçirdi. Qısa müddət ərzində Qarabağ iqtisadi rayonunun böyük hissəsi əsarətdən xilas edildi.Düşmən kapitulyasiya aktına imza atmağa məcbur qaldı. Ermənistan istənilən halda faktiki olaraq 10 noyabr axşamı rüsvayçı şəkildə məğlub olduğunu bəyan etdi. Siyasi arenada İlham Əliyevin şəxsində qazanılan bu qələbə erməni separatizminə, terroruna ən ağır zərbəni vurdu. 10 noyabr üzərindən illər keçsə də, Azərbaycanın şanlı tarixində mühüm mərhələ hesab olunacaq. Bu tarix bizim haqq savaşımızın qalibiyyətlə başa çatdığı, düşmənin isə rüsvayçılıqla darmadağın olduğunu bütün dünya qarşısında etiraf etdiyi əlamətdar gün kimi yaddaşlarda həkk olunub.
2020-ci il dekabrın 10-da Bakıda keçirilmiş möhtəşəm Zəfər paradı ölkəmizin qüdrətini, dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun tarixi Qələbəsini bütün dünyaya nümayiş etdirdi. Bu, eyni zamanda, ərazi bütövlüyümüzün bərpasının təqdimatı idi. Şuşa işğaldan azad edildikdən sonra Azərbaycan hərbçiləri tərəfindən şəhər üzərində qaldırılan Zəfər bayrağının da parada gətirilməsi xüsusilə qürurverici idi. Zəfər paradı həmçinin nümayiş etdirilən texnikalar baxımından da yadda qalan olmuşdur. Azadlıq meydanında keçirilən hərbi paradda 3000 nəfərdən artıq şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən, silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdirildi. Ordumuzun maddi-texniki bazasının zənginliyini sübut edən texnika və silah-sursatın bir hissəsinin paradda əyani şəkildə nümayiş olunması ilə hər kəs Azərbaycan Ordusunun arsenalının müasir silahlarla təchiz edildiyinin əyani şahidi oldu. Zəfər paradı təkcə Azərbaycan xalqı üçün deyil, bütün türk dünyası, İslam aləmi üçün əvəzolunmaz hisslər yaşatdı. Bu gün 30 il həsrət qaldığımız Vətən torpaqlarında artıq üçrəngli Azərbaycan bayrağı dalğalanır ki, bu da bizim üçün çox qürurvericidir.
44 gün ərzində 30 illik təcavüz və etnik təmizləmə siyasətinin qanunsuz nəticələrini ləğv etmək Azərbaycan tarixinin həqiqətən şanlı səhifəsidir. Prezident İlham Əliyev haqqımızı dünyaya təlqin edə-edə bu böyük nəticələri əldə etdi. Azərbaycanın haqqına hörmət edən, etməyə məcbur edilən, ya da heç olmasa neytral qalan ölkələrin sayı və dairəsi genişləndi. Azərbaycan cənab Prezident İlham Əliyevin sayəsində müharibədən daha da güclənərək çıxdı.
Daim sülhün tərəfdarı olan Azərbaycan qarşı tərəfə bunu təklif etsə də verilən sözü tutmayan Ermənistan yenə də mənfur əməlindən geri qalmadı. 2020-ci il 10 noyabrda imzalanan üçtərəfli Bəyanatın bəndlərindən biri Qarabağdakı qeyri-qanuni erməni hərbi birləşmələrinin çıxarılması idi. Lakin uzun müddət keçməsinə baxmayaraq, bu bənd icra olunmurdu. İşğaldan azad edilmiş ərazilərdə sülhməramlıların yerləşdirilməsinə məhəl qoymayan ermənilərin mövqelərimizi davamlı silah atəşinə tutması daha bir münaqişəyə təkan verdi. 2023-cü ilin sentyabrın 19-da başlayan döyüş 24 saatdan qısa müddətdə davam etdi. Lokal xarakterli antiterror tədbirlərində Qarabağda yaşayan seperatçılar darmadağın edildi, qalan ərazilər də düşmənlərdən təmizləndi. Həmçinin qondarma Dağlıq Qarabağ altında “hakim”liyini elan etmiş şəxslər taxt-tacından düşərək qurduğu “dövlət”i sonlandırdı.
Əldə olunan Zəfər yalnız hərbi gücün deyil, həm də siyasi iradənin, xalqın birliyinin və beynəlxalq hüquqa əsaslanan mövqenin nəticəsi oldu. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti bir daha sübut etdi ki, müstəqilliyini, suverenliyini və vətəndaşlarının təhlükəsizliyini qorumağa qadir qüdrətli bir ölkədir.
Qeyd edək ki, hərbi qələbəmizin, həmçinin xalqımızın Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı tarixi Zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir: “Çünki Vətən uğrunda öz canlarını fəda etmiş qəhrəman övladlarımızın ailə üzvləri dövlət tərəfindən qayğı ilə əhatə olunmalıdır və biz bunu bu gün əyani şəkildə görürük. Öz sağlamlığını itirmiş, yaralanmış qazilər bütün dövlət orqanları tərəfindən daim qayğı ilə əhatə olunmalıdır və biz bunu təmin edirik.” Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin yaradılması haqqında Sərəncam, həmçinin Hərbi Qənimətlər Parkının salınması Zəfərimizin gələcək nəsillərə çatdırılması, Qələbəmizin əbədiliyindən xəbər verir.
Gündüz Bayramov
YAP Samux rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSiyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39

