Samuxda “Zəfər tariximiz” mövzusunda inşa yazı müsabiqəsi keçirilib
29.10.2025 [14:45]
29 oktyabr 2025-ci il tarixdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində YAP Samux rayon təşkilatı, Samux rayon İcra Hakimiyyəti və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi Samux rayonu üzrə Təhsil sektorunun birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Samux rayon məktəbliləri arasında Vətən müharibəsində qazanılmış Qələbənin 5-ci ildönümü ilə əlaqədar “Zəfər tariximiz” mövzusunda inşa yazı müsabiqəsi keçirilib.
Tədbirdə YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, Samux Rayon İcra Hakimiyyəti Başçısının müavini -ictimai, siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə Xəlilova məktəblərin müəllimləri və şagirdlər iştirak ediblər.
YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov çıxış edərək “Konstitusiya və Suverenlik ili” və Vətən müharibəsində qazanılmış Qələbənin 5-ci ildönümünün əhəmiyyəti barədə danışıb.
Qeyd edib ki, 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər Azərbaycanın dövlətçilik ənənələrinin gücünü bir daha göstərdi. Bu Zəfər xalqın birliyi və iradəsi nəticəsində əldə olunmuş böyük bir nailiyyətdir. Bildirib ki, gənclərə və şagirdlərə bu Zəfərin əhəmiyyəti düzgün dəyərlər və vətənpərvərlik ruhu ilə aşılanır. Dövlətçilik və suverenlik anlayışlarının gənclərdə və şagirdlərdə möhkəmləndirilməsi gələcək uğurların təməlini qoyur.
Tədbirdə iştirak edən Samux Rayon İcra Hakimiyyəti Başçısının müavini -ictimai, siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə Xəlilova çıxış edərək qeyd edib ki, Vətən müharibəsində əldə edilən Zəfər yalnız torpaqlarımızın azadlığı deyil, həm də şəhidlərimizin ruhuna olan böyük ehtiramı və xalqımızın milli qürurunun bərpasını simvollaşdırır. Bu çərçivədə təşkil edilən müsabiqələr gənc nəslin tarixi yaddaşını möhkəmləndirir və onlarda dövlətçiliyə və milli dəyərlərə hörməti artırır.
Qeyd edək ki, İnşa yazı müsabiqəsində 15 məktəbdən seçilən 30 nəfər şagird öz zehni qüvvələrini sınayacaqlar. İnşa yazı müsabiqəsinin yekununda qalib gələn şagirdlərə Fəxri Fərman və qiymətli hədiyyələrin 44 günlük Vətən müharibəsində qazanılmış qələbənin 5-ci ildönümünə həsr edilmiş ümumrayon tədbirində təqdim edilməsi nəzərdə tutulub.
Xəbər lenti
Hamısına baxGündəm
19 Sentyabr 13:19
Dünya
19 Sentyabr 12:23
Gündəm
19 Sentyabr 11:05
Siyasət
19 Sentyabr 11:00
İqtisadiyyat
19 Sentyabr 10:59
Gündəm
19 Sentyabr 10:40
Siyasət
19 Sentyabr 10:25
Gündəm
19 Sentyabr 10:23
İqtisadiyyat
19 Sentyabr 09:41
Analitik
19 Sentyabr 09:14
Ədəbiyyat
19 Sentyabr 08:57
Ədəbiyyat
19 Sentyabr 08:31
Gündəm
19 Sentyabr 08:16
Dünya
18 Sentyabr 23:46
Dünya
18 Sentyabr 23:21
Dünya
18 Sentyabr 22:49
Dünya
18 Sentyabr 22:17
Dünya
18 Sentyabr 21:53
Dünya
18 Sentyabr 21:25
Dünya
18 Sentyabr 20:43
Dünya
18 Sentyabr 20:18
Dünya
18 Sentyabr 19:59
Dünya
18 Sentyabr 19:20
YAP xəbərləri
18 Sentyabr 19:07
YAP xəbərləri
18 Sentyabr 19:03
YAP xəbərləri
18 Sentyabr 19:00
Dünya
18 Sentyabr 18:25
Analitik
18 Sentyabr 18:15
Siyasət
18 Sentyabr 18:03
Dünya
18 Sentyabr 17:45
Dünya
18 Sentyabr 17:19
YAP xəbərləri
18 Sentyabr 16:30
YAP xəbərləri
18 Sentyabr 16:23
Dünya
18 Sentyabr 16:23
Elanlar
18 Sentyabr 16:21
Din
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40
İqtisadiyyat
18 Sentyabr 15:32
Dünya
18 Sentyabr 15:31
YAP xəbərləri
18 Sentyabr 14:56
YAP xəbərləri
18 Sentyabr 14:54
Dünya
18 Sentyabr 14:50
Sosial
18 Sentyabr 14:50
Siyasət
18 Sentyabr 14:28
Dünya
18 Sentyabr 14:27
İqtisadiyyat
18 Sentyabr 13:55
Dünya
18 Sentyabr 13:42
Dünya
18 Sentyabr 13:19
YAP xəbərləri
18 Sentyabr 13:07
Dünya
18 Sentyabr 12:50
Gündəm
18 Sentyabr 12:35
Dünya
18 Sentyabr 12:21
Formula 1
18 Sentyabr 12:12
Hadisə
18 Sentyabr 12:12
Elm
18 Sentyabr 12:11
Mədəniyyət
18 Sentyabr 12:10
İdman
18 Sentyabr 12:10
Sosial
18 Sentyabr 11:55
Sosial
18 Sentyabr 11:49
Gündəm
18 Sentyabr 11:46
Xəbər lenti
18 Sentyabr 11:39
Sosial
18 Sentyabr 11:30
Gündəm
18 Sentyabr 11:28
Siyasət
18 Sentyabr 11:04
İqtisadiyyat
18 Sentyabr 10:54
Sosial
18 Sentyabr 10:43

