/ / MDB çərçivəsində əməkdaşlığın yeni mərhələsi: Düşənbə iclası regional həmrəyliyin göstəricisidir
MDB çərçivəsində əməkdaşlığın yeni mərhələsi: Düşənbə iclası regional həmrəyliyin göstəricisidir
15.10.2025 [14:35]
Elşən Alıyev
YAP Daşkəsən rayon təşkilatının sədr müavini
Oktyabrın 10-da Tacikistanın paytaxtı Düşənbədə keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası təşkilatın fəaliyyətində növbəti mühüm mərhələ oldu. Bu mötəbər tədbir bir tərəfdən müstəqil dövlətlər arasında siyasi dialoqun dərinləşməsinə, digər tərəfdən isə iqtisadi, humanitar və mədəni sahələrdə əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsinə xidmət etdi.
Prezident İlham Əliyevin çıxışı həm regional inteqrasiyanın zəruriliyinə, həm də dostluq və əməkdaşlıq ruhunun qorunmasına yönəlmiş aydın siyasi mesajlarla zəngin idi. Düşənbə toplantısı MDB-nin gələcək fəaliyyəti üçün yeni ideyaların, o cümlədən birgə iqtisadi və mədəni təşəbbüslərin müzakirə olunduğu mühüm platforma kimi dəyərləndirilir. Dövlətimizin başçısı çıxışında Tacikistanla Azərbaycan arasında ikitərəfli münasibətlərin ardıcıl və yüksələn xətlə inkişaf etdiyini vurğulayıb. İki ölkə arasında dostluq və qardaşlıq münasibətləri qarşılıqlı etimad, hörmət və dəstəyə əsaslanır.
Bu əlaqələrin kökləri dərin tarixi və mədəni bağlarla əlaqədardır. Son illərdə Azərbaycan və Tacikistan arasında iqtisadi, ticarət, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlıq istiqamətləri əhəmiyyətli dərəcədə genişlənib. İki ölkə arasında imzalanmış sənədlər və keçirilmiş yüksək səviyyəli görüşlər münasibətlərin strateji xarakter aldığını təsdiqləyir.
Əməkdaşlığın mühüm istiqamətlərindən biri də nəqliyyat-kommunikasiya sahəsidir. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən regional nəqliyyat dəhlizləri Tacikistan üçün yeni ticarət marşrutlarına çıxış imkanları yaradır. Bu, təkcə iqtisadi deyil, həm də siyasi sabitlik və qarşılıqlı asılılıq baxımından böyük əhəmiyyət daşıyır. Beləliklə, Tacikistanla Azərbaycanın dostluq və qarşılıqlı fayda əsasında qurulan əlaqələri MDB çərçivəsində nümunəvi əməkdaşlıq modelidir.
Prezident İlham Əliyev çıxışında MDB dövlət başçılarına Şərqi Zəngəzur bölgəsində yerləşən Laçın şəhərinin bu il MDB-nin mədəniyyət paytaxtı kimi seçilməsinə verdikləri dəstəyə görə təşəkkürünü bildirib. Humanitar əməkdaşlıq sahəsində görülən işlər xalqları birləşdirən mənəvi körpü rolunu oynayır. Bu mənada Laçının “MDB-nin mədəniyyət paytaxtı ili” çərçivəsində seçilməsi təsadüfi deyil. 2025-ci ilin iyununda keçirilən təntənəli açılış mərasimi regionda mədəni inteqrasiyanın və birgə dəyərlərin təbliğinə xidmət edir.
Tədbirin iştirakçıları Laçının azad edildikdən sonra necə böyük sürətlə yenidən qurulduğunu öz gözləri ilə gördülər. Bir zamanlar tamamilə dağıdılmış bu şəhər qısa müddət ərzində müasir infrastruktur, yaşıl enerji konsepsiyasına əsaslanan memarlıq və rahat yaşayış şəraiti ilə fərqlənən nümunəvi məkana çevrilib. Bu, həm də Azərbaycanın azad edilmiş ərazilərdə həyata keçirdiyi genişmiqyaslı bərpa və quruculuq siyasətinin bariz nəticəsidir. Laçının MDB mədəniyyət paytaxtı seçilməsi yalnız bir şəhərin deyil, bütövlükdə regionun dirçəlişinin bir təzahürüdür. Bu əlamətdar hadisə həm MDB dövlətləri arasında mədəni əlaqələrin güclənməsinə, həm də xalq diplomatiyasının inkişafına yeni təkan verib.
Prezident İlham Əliyevin çıxışında diqqət çəkən digər vacib məqam III MDB Oyunlarının Azərbaycanda yüksək səviyyədə keçirilməsi oldu. 2025-ci il sentyabrın 28-dən oktyabrın 8-dək Azərbaycanın qədim Gəncə şəhərində – dahi mütəfəkkir Nizami Gəncəvinin vətənində keçirilən bu mötəbər idman tədbiri MDB məkanında dostluğun, əməkdaşlığın və gənclərin birliyinin təntənəsinə çevrildi. Gəncə ilə yanaşı, Qəbələ, Göygöl, Yevlax, Mingəçevir, Xankəndi və Şəki şəhərlərində keçirilən yarışlarda 13 ölkədən – həm MDB üzvləri, həm də qonaq ölkələrdən 1600-dən çox idmançı iştirak etdi. Bu idman oyunları yalnız yarışların keçirilməsi deyil, həm də mədəni mübadilənin, xalqlar arasında mehriban münasibətlərin möhkəmlənməsinin təzahürü idi. Oyunların bir hissəsinin azad edilmiş torpaqlarda – xüsusilə Xankəndidə keçirilməsi isə xüsusi rəmzi məna daşıyırdı. Bu, azadlığın və sülhün rəmzi olmaqla yanaşı, regionun bərpasının və yenidən həyat qazanmasının əyani sübutudur.
Belə tədbirlər MDB məkanında birliyi və həmrəyliyi daha da gücləndirir, təşkilatın mənəvi dayaqlarını möhkəmləndirir. Azərbaycan üçün bu oyunlar həm də dünyaya modern idman infrastrukturu və təşkilatçılıq bacarığını göstərmək imkanı yaratdı.
Cənab İlham Əliyevin Düşənbə iclasındakı çıxışının əsas məğzini MDB məkanında qarşılıqlı hörmət, bərabərhüquqluluq və faydalı əməkdaşlığın qorunması ideyası təşkil edirdi. Müasir çağırışlar fonunda təşkilatın üzv dövlətləri daha sıx əməkdaşlıq edir, iqtisadi, humanitar və təhlükəsizlik sahələrində bir-birini dəstəkləyirlər. MDB-nin uğuru üzv dövlətlərin qarşılıqlı etimad və səmimi münasibətlərinə əsaslanır.
Azərbaycan bu istiqamətdə hər zaman fəal və təşəbbüskar mövqedə çıxış edib. Təşkilatın tədbirlərinə ev sahibliyi etməklə yanaşı, MDB-nin gündəliyinə real məzmun gətirən ideyalar irəli sürür. Bu fəaliyyət, eyni zamanda, Azərbaycanın beynəlxalq müstəvidə etibarlı tərəfdaş kimi nüfuzunu daha da gücləndirir.
Beləliklə, Düşənbə iclasında səsləndirilən fikirlər bir daha təsdiqləyir ki, Azərbaycan MDB-nin inteqrasiyasında, həmrəyliyin və dostluğun dərinləşməsində əsas rol oynayan dövlətlərdən biridir.
Xəbər lenti
Hamısına baxSiyasət
10 May 12:32
Gündəm
10 May 12:27
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10

