Tarixi köklərə əsaslanan strateji tərəfdaşlıq
13.10.2025 [21:49]
Azərbaycan Prezidenti cənab İlham Əliyevin oktyabrın 10-da Düşənbədə keçirilən MDB Dövlət Başçıları Şurasının iclasındakı çıxışı təkcə siyasi münasibətlərin davamlılığını deyil, həm də Azərbaycan diplomatiyasının humanitar və mədəni istiqamətdə uğurla inkişaf etdiyini nümayiş etdirdi. Dövlət başçısının vurğuladığı kimi, bu gün MDB məkanında Azərbaycan həm mədəni inteqrasiyanın, həm də müasir inkişaf modelinin aparıcı dayaqlarından biridir. Cənab Prezidentin “Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin bu il MDB-nin mədəniyyət paytaxtı kimi namizədliyini dəstəklədiklərinə görə MDB dövlət başçılarına təşəkkürümü bildirirəm” sözləri həm diplomatik təşəkkür, həm də siyasi mesajdır. Bu, Azərbaycanın mədəniyyət diplomatiyasının yeni mərhələyə qədəm qoyduğunu göstərir. Laçının 30 illik işğaldan sonra bərpası, qısa zamanda regionun ən müasir şəhərlərindən birinə çevrilməsi yalnız quruculuq deyil, həm də milli iradənin təntənəsidir.
Cənab Prezident İlham Əliyev bu fikirlə həm də MDB ölkələrinə, daha geniş mənada beynəlxalq ictimaiyyətə göstərdi ki, Azərbaycanın mədəni dirçəlişi, azad edilmiş ərazilərdəki yenidənqurma prosesi regionda sülh, sabitlik və tərəfdaşlıq üçün yeni üfüqlər açır. Düşənbədə dövlət başçısının qeyd etdiyi kimi: “Tədbirin qonaqları Laçının Ermənistanın 30 illik işğalından azad ediləndən sonra sürətli dirçəlişinin əyani şəkildə şahidi oldular.” Bu, Azərbaycan modelinin — dağıntılardan tərəqqiyə gedən yolun ən canlı nümunəsidir. Laçının MDB-nin mədəniyyət paytaxtı elan olunması, əslində, beynəlxalq birliyin Azərbaycan reallığını qəbul etməsi, müasir Azərbaycanın mədəni dirçəlişini regional nüfuz faktoru kimi tanıması deməkdir. Bu, həm də cənab Prezident İlham Əliyevin formalaşdırdığı “mədəni diplomatiya siyasətinin” real təntənəsidir. Laçın indi təkcə Azərbaycanın deyil, bütün MDB məkanının mədəniyyət, sülh və yaradıcılıq simvoludur. Orada səslənən hər bir musiqi, keçirilən hər bir tədbir azadlıq, yenilənmə və mədəni qayıdışın səsini dünyaya yayır. Cənab Prezident İlham Əliyevin Düşənbə çıxışında xüsusi vurğuladığı məsələlərdən biri də Gəncədə keçirilmiş III MDB Oyunları oldu. Dövlət başçısı qeyd etdi ki, bu tədbir “Birliyin həyatında mühüm hadisə” kimi tarixə düşdü. Doğrudan da, qədim Gəncə şəhərində keçirilən bu beynəlxalq idman bayramı Azərbaycanın həm idman diplomatiyasının, həm də regional əməkdaşlıq ruhunun parlaq göstəricisidir. Cənab Prezidentin “Gəncə ilə yanaşı, Azərbaycanın daha altı şəhərində – Qəbələ, Göygöl, Yevlax, Mingəçevir, Xankəndi, Şəkidə 13 ölkədən – həm MDB üzvləri olan, həm də qonaq ölkələrdən 1600-dən çox idmançı qəbul edildi” sözləri, Azərbaycanın sülh, dostluq və əməkdaşlıq platforması kimi yüksələn rolunu təsdiqləyir. Bu, Azərbaycanın müstəqil siyasətinin, qlobal proseslərdə bərabərhüquqlu və etibarlı tərəfdaş kimi çıxışının bariz nümunəsidir. III MDB Oyunları yalnız idman hadisəsi deyildi. Bu, həm də MDB məkanında yeni dostluq fəlsəfəsinin formalaşması idi. Azərbaycan bu oyunlar vasitəsilə bir daha nümayiş etdirdi ki, idman, mədəniyyət və əməkdaşlıq sahəsində təşəbbüslər regionda sabitliyin və qarşılıqlı etimadın güclənməsinə xidmət edir. Cənb Prezident İlham Əliyevin vurğuladığı kimi: “Bu qəbildən tədbirlər MDB məkanında və onun hüdudlarından kənarda dostluğu, əməkdaşlığı möhkəmləndirir, bərabərhüquqlu, qarşılıqlı maraqlara və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin güclənməsinə kömək edir.” Gəncədəki oyunlar Azərbaycan üçün həm siyasi mesaj, həm də mənəvi göstərici idi. Bu şəhər — Nizami Gəncəvinin yurdu, müdriklik və mədəniyyət beşiyi olan Gəncə — indi həm də MDB gəncliyinin dostluq, birlik və qarşılıqlı anlayış məkanı kimi tarixə yazıldı. Bu, Azərbaycanın “yumşaq güc” siyasətinin ən uğurlu nəticələrindən biridir. Beləliklə, Düşənbədə cənab Prezident İlham Əliyevin çıxışı ilə bir daha təsdiqləndi ki, Azərbaycan MDB-də sadəcə iştirakçı deyil, istiqamətverici qüvvədir. Laçınla Gəncə — biri mədəniyyət, digəri idman vasitəsilə – Azərbaycanın beynəlxalq arenada formalaşdırdığı yeni diplomatik enerjinin simvoluna çevrildi. Bu iki hadisə həm Azərbaycanın nüfuzunu möhkəmləndirir, həm də MDB-nin gələcəkdə daha sıx əməkdaşlıq məkanına çevrilməsi üçün strateji baza yaradır.
David İbramxəlilov,
YAP Qusar rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxGündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42
Dünya
06 May 21:39
Elanlar
06 May 21:17
Dünya
06 May 21:15
Gündəm
06 May 21:05
Dünya
06 May 20:43
Siyasət
06 May 20:34
YAP xəbərləri
06 May 20:33
İqtisadiyyat
06 May 20:30
Dünya
06 May 20:17
Dünya
06 May 19:52
Dünya
06 May 19:25
Dünya
06 May 19:10
YAP xəbərləri
06 May 18:43
YAP xəbərləri
06 May 18:36
YAP xəbərləri
06 May 18:07
Xəbər lenti
06 May 18:04
Sosial
06 May 17:01
Sosial
06 May 17:00
Sosial
06 May 16:59
Sosial
06 May 16:59
Sosial
06 May 16:58
Sosial
06 May 16:58
İqtisadiyyat
06 May 16:57
YAP xəbərləri
06 May 16:50
Siyasət
06 May 16:42
YAP xəbərləri
06 May 16:27
YAP xəbərləri
06 May 16:26
YAP xəbərləri
06 May 16:12
YAP xəbərləri
06 May 15:16
Dünya
06 May 15:13
Elanlar
06 May 15:03
Hadisə
06 May 14:39
YAP xəbərləri
06 May 14:10
Sosial
06 May 14:05
Dünya
06 May 13:05
Hadisə
06 May 12:40

