Azərbaycan-Tacikistan: münasibətlərdə stratejı tərəfdaşlıq
13.10.2025 [15:20]
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Tacikistana səfəri çərçivəsində oktyabrın 10-da Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirilib. İclasda çıxış edən Azərbaycan Prezidenti qardaş Tacikistan xalqını Prezidentin rəhbərliyi ilə əldə olunmuş uğurlar və nailiyyətlər münasibətilə təbrik edərək, Düşənbədə dəfələrlə olmağından, ölkənin paytaxtının necə sürətlə inkişaf etdiyindən, yeni binaların tikildiyindən, bütün bunların bizi dost kimi çox sevindirdiyindən danışıb.
Bildirib ki, Tacikistan ilə Azərbaycan arasında ikitərəfli münasibətlər ardıcıl inkişaf edir. Onlar qardaşlıq, dostluq, qarşılıqlı dəstəyə əsaslanır və böyük inkişaf potensialına malikdir.
İlham Əliyev humanitar sahədə əməkdaşlığın möhkəmləndirilməsi məsələlərinə də toxunaraq vurğulayıb ki, bu ilin iyununda Laçında “MDB-nin mədəniyyət paytaxtı İli”nin açılış mərasimi keçirilib. Açılış mərasimində Azərbaycanın bu qədim torpağının tarixi, mədəni irsi haqqında ətraflı məlumat verilib. Tədbirin qonaqları Laçının Ermənistanın 30 illik işğalından azad ediləndən sonra sürətli dirçəlişinin, tamamilə dağıdılmış şəhərin bir neçə il ərzində ən gözəl və yaşayış üçün rahat şəhərlərdən birinə çevrilməsinin əyani şəkildə şahidi olublar.
Ölkə Prezidenti Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin bu il MDB-nin mədəniyyət paytaxtı kimi namizədliyini dəstəklədiklərinə görə MDB dövlət başçılarına təşəkkürünü bildirib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında qeyd edib ki, birliyin həyatında daha bir mühüm hadisə sentyabrın 28-dən oktyabrın 8-dək qədim Gəncə şəhərində - XII əsrin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin vətənində keçirilən III MDB Oyunları olub. Gəncə ilə yanaşı, Azərbaycanın daha altı şəhərində - Qəbələ, Göygöl, Yevlax, Mingəçevir, Xankəndi, Şəkidə 13 ölkədən – həm MDB üzvləri olan, həm də qonaq ölkələrdən 1600-dən çox idmançı qəbul edilib. Bu qəbildən tədbirlər MDB məkanında və onun hüdudlarından kənarda dostluğu, əməkdaşlığı möhkəmləndirir, bərabərhüquqlu, qarşılıqlı maraqlara və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin güclənməsinə kömək edir.
Tacikistan ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasından bəri keçən müddət ərzində iki ölkə arasında siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlıq dinamik şəkildə inkişaf etmişdir. Bu münasibətlər ortaq tarixi, mədəni və dini bağlarla möhkəmlənmiş, qarşılıqlı hörmət və etimad əsasında davam etməkdədir. İki ölkə arasında diplomatik münasibətlər 29 may 1992-ci ildə qurulmuşdur. Həmin vaxtdan etibarən Azərbaycan və Tacikistan arasında müxtəlif səviyyələrdə rəsmi səfərlər, görüşlər və əməkdaşlıq formatları həyata keçirilmişdir. Bu səfərlər ikitərəfli əlaqələrin genişlənməsinə və strateji sahələr üzrə tərəfdaşlığın dərinləşməsinə zəmin yaratmışdır. Siyasi sahədə əməkdaşlıq sabit və etibarlı şəkildə inkişaf edir. Hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən Birləşmiş Millətlər Təşkilatı (BMT), İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Türk Dövlətləri Təşkilatı və digər beynəlxalq platformalarda bir-birinin mövqeyini dəstəkləyir. Azərbaycanın ərazi bütövlüyünə dair Tacikistanın nümayiş etdirdiyi prinsipial mövqe ölkəmiz tərəfindən yüksək qiymətləndirilir.
Şamo Qasımov
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45

